Sənsən mənə həmdəmi-müvafiq.
[Odunçu və iki oğlu] musiqinin üsuluna (taktına) müvafiq odun yarırlar və balta endikcə, “hey!” edirlər.
□ Müvafiq olmaq – uyğun olmaq, münasib olmaq, düz gəlmək.
Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət.
2. Münasib, uyğun, yarar, yaraşan, əlverişli.
Student özünə müvafiq bir ömür sürməkdə idi.
Güləlioğlu isə fikrini demək üçün müvafiq bir dəqiqə gözlədi.
3. Razı, həmrəy, həmfikir.
[Xəzinədar:] Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyə mən səninlə müvafiqəm.