1. tənt. Əzəmətli, böyük, cəsamətli, möhtəşəm. Müəzzəm heykəl. Müəzzəm saray.
– İnqilab … müəzzəm bir bina üçün zəmin hazırlarkən yeni quruluşu anlamayan, ona uya bilməyən Məhəmməd bəy kədər içində boğulub məhv olurdu.
2. klas. Çox hörmətli, ehtiramlı, alicənab, şan və şövkət sahibi. Müəzzəm şəxs.
– Dövran oları müəzzəm etdi; Hər dövr birin mükərrəm etdi.