MƏLHUZAT
MƏLİH
OBASTAN VİKİ
Pir Məli
Ov təpə (fars. پیرملو‎, (az-əbcəd. پیرملی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 353 nəfər yaşayır (103 ailə).
Abbasabad (Məlikan)
Abbasabad (fars. عباس اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. Marağa şəhərindən 29,5 km cənub-qərbdə, Marağa-Miyandab avtomobil yolunun 4 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 750 nəfər yaşayır (179 ailə).
Abdulabad (Məlikan)
Abdulabad (fars. عبدالله اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (46 ailə).
Abdulla bəy Məlikaslanov
Afaq Məlikova
Afaq Məlikova (18 yanvar 1947, Bakı) — Azərbaycan rəqqasəsi, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Afaq xanım 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə təyin edirlər. Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlir. == Yaradıcılığı == Afaq Süleyman qızı 1963–1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir. Bir sıra xarici ölkədə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış etmişdir.
Afaq Məlikova. Rəqs dünyam mənim (film, 2017)
Akif Məlikov
Akif Məlikov (1950, Bakı) — Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru (1989-2023), Azərbaycanın əməkdar incəsənət xadimi. == Həyatı == Akif Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsində professor Mayor Rafaeloviç Brennerin sinfində təhsil alıb. Hələ tələbəlik illərindən komsomol orqanlarında çalışmış, 1976-cı ildə YİLKKİ MK yanında Ali Komsomol Məktəbini bitirmiş və Azərbaycan YİLKKİ MK-nın təlimatçısı vəzifəsinə təyin olmuşdur. 1977–1978-ci illərdə Ş. Məmmədova adına Opera studiyasının direktoru vəzifəsində işləmiədir. Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A. Məlikovun rəhbərliyi altında Opera və Balet teatrı bu illər ərzində yüksək yaradıcılıq uğurları qazanmışdır. 1998–2006-cı illərdə A. Məlikov həm də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə A. Məlikov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilmişdir. O, 4 aprel 2023-cü il tarixində vəzifəsindən azad edilmişdir. == Mükafatları == Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" adına, 2002-ci ildə "Hümay" mükafatına, 17 mart 2020-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Ambarsum Məlikov
Ambarsum Məlikov, Ambarsum Məlik-Şahnəzərov — XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi. Əslən Vərəndə məliklərinin nəslindəndir, kinorejissor Karen Şahnəzərovun atasının babasıdır. II Nikolayla şəxsi dostluq münasibətlərinə malik olmuş Ambarsum, Romanovlar sülaləsi hakimiyyətinin 300 illiyinin qeyd edilməsi tədbirlərinin təşkilində aktiv iştirak etmişdir. == Fəaliyyəti == === Neft və su sənayesi === Ambarsum Məlikov Bakının neft sənayesi sahəsində fəaliyyət göstərmiş "A.S.Melikov and Co" adlı şikətin rəhbəri olmuş, şirkəti oğlu Tiqran Məlikovla birlikdə idarə etmişdir. 1908-ci ildə onun şirkəti Bakının neft şirkətlərinin reytinqində on üçüncü yeri tutmuşdur. Bakıda 170 neft şirkəti tərəfindən çıxarılmış 487 milyon pud neftn 1 faizi "A.S.Melikov and Co" şirkətinin payına düşərək 5,7 milyon puda çatırdı. 1914-cü ildə "A.S.Melikov and Co" şirkəti Stepan Giorgiyeviç Lianozovun "Oil" adlı şirkətinin tərkibinə qatılmışdır. Neft sənayesində biznesindən başqa, A.S.Məlikov Zaqulba su təchizatı sisteminin də sahibi olmuşdur. 1902-1903-cü illərdə Bakı Şəhər Dumasının qlasnısı olduğu zaman Şollar su kəmərinin çəkilməsinə qarşı çıxmış və su kəmərinin onun Zaqulbadakı torpaq sahəsi ərazisində yerləşən bulaqdan çəkilməsinə israr etmişdir. === 1905-ci il qırğınlarında iştirakı === 1905-ci ildə Bakının erməni və müsəlman əhalisi arasında qarşıdurma yarandıqda o zaman Bakı qybernatoru olmuş Mixail Nakaşidze müsəlman tərəfdən Hacı Zeynalabdin Tağıyev, erməni tərəfdən isə Ambarsum Məlikovla danışqlar apararaq öz icmaları arasında kifayət qədər nüfuza malik olan bu iki şəxsi kütlənin sakitləşdirilməsinə cəlb etməyə çalışmışdır.
Ambarsum Məlikovun evi (İslam Səfərli küçəsi)
Ambarsum Məlikovun evi — Bakı şəhərində, İ. Səfərli 13, S. Tağızadə 121 və Tolstoy 136 küçələrinin kəsişməsində yerləşən tarixi malikanədir. Bina 1900-cü ildə Vartan Sarkisovun layihəsi əsasında neobarokko üslubunda inşa edilmişdir. == Tarixi == === İnşası === Bina 1900-cü ildə, XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi Ambarsum Məlikovun sifarişi ilə memar Vartan Sarkisovun layihəsi əsasında inşa edilmişdir. === Sonrakı istifadəsi === Əvvəllər yaşayış binası kimi istifadə olunmuş binada 1922-ci ildən Azərbaycanın ən qədim kütləvi kitabxanası olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası yerləşdirilmişdir. Kitabxana 1919-cu ilin mart ayında, Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı tərəfindən əsası qoyulmuş "Xəzər sahili istehlak cəmiyyəti" adlı təşkilatın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan qadınlarını geniş sürətdə kitabxanaya cəlb etmək üçün fəaliyyətə başladığı dövrdən kitabxana "Oxucu qadınlar dərnəyi" təşkil etmişdir. 1922-ci ildə Sabirin vəfatının on illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmiş və həmin ildən kitabxana Məlikovların malikanəsində yerləşdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Məlikovun iki mərtəbəli yaşayış evi forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementlərindən biridir. Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir.
Aqil Məlikov
Aqil Niyaz oğlu Məlikov (6 aprel 1986, Alpan, Quba rayonu – 27 sentyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. 1993-2004-cü illərdə Alpan kənd tam orta məktəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Süleyman adında bir oğlu, Xədicə adında isə bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqil Məlikov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məlikov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Aqil Məlikov (hərbi qulluqçu)
Aqil Məlikov (kapitan)
Aqil Məlikov (mayor)
Aqil Məlikov (əsgər)
Arif Məlikov
Arif Cahangir oğlu Məlikov (13 sentyabr 1933, Bakı – 9 may 2019[…], Bakı) — Azərbaycan bəstəkarı və rəssamı, SSRİ xalq artisti (1986), Azərbaycan SSR xalq artisti (1978), professor (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzvü (akademik) (2014). Avrasiya Akademiyasının qurucu üzvlərinin biri == Həyatı == Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D. Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)
Arif Məlikov. "Məhəbbət əfsanəsi" qısametrajlı sənədli televiziya filmi rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət əfsanəsi" baletindən bəhs edir. == Məzmun == Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət əfsanəsi" baletindən bəhs edir. Bəstəkar baletin yaranma tarixindən, onun nəinki bizim respublikamızda, həm də keçmiş SSRİ-nin ən iri teatrlarında, o cümlədən SSRİ Böyük Teatrında, S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında, bir çox xarici ölkə teatrlarında tamaşaya qoyulması barədə danışır. Film bu sözlərlə qurtarır: "Mən "Əfsanə"nin bəstəkarıyam və hər yeni premyera mənə yeni əsərlər yazmağa impuls verir".
Asif Məlikov
Asif Məlikov (13 aprel 1971, İsmayıllı) — Azərbaycanı təmsil edən ağır atlet. == Həyatı == Asif Məlikov 1971-ci il aprelin 13-də İsmayıllı şəhərində anadan olub. 1986-cı ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Nusrət Abdullayev idi. == Karyerası == Asif Məlikov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Asif Məlikov birdən qaldırma mərhələsində birinci cəhdində 125.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Onun növbəti cəhdi də uğursuz alındı. Sonuncu cəhdində mütləq ştanqı qaldırmalı olan Asif Məlikov bu səfər də onun öhdəsindən gələ bilmədi. Bununla da Asif Məlikov birdən qaldırma mərhələsində nəticə göstərə bilmədiyi üçün Atlanta Olimpiadasında mübarizəsini başa vurdu. Asif Məlikov 1997-ci ildə Tailandda baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.
Ağcadüzəc (Məlikan)
Ağcadizac (fars. اغچه ديزج‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 34,5 km cənub-şərqdə, Marağa-Səriskənd avtomobil yolunun 14,5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.023 nəfər yaşayır (533 ailə).
Ağcaməşhəd Çahardoli (Məlikan)
Ağcaməşhəd Çahardoli (fars. اغچه مشهدچاردولي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (20 ailə).
Aşağı Mehmandar (Məlikan)
Aşağı Mehmandar (fars. مهماندارسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 940 nəfər yaşayır (201 ailə).
Bağ Məlik
Bağ Məlik — İranın Xuzistan ostanının şəhərlərindən və Bağ Məlik şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20844 nəfər və 4025 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Bağ Məlik şəhristanı
Bağ Məlik şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bağ Məlik şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 103,217 nəfər və 19,841 ailədən ibarət idi.
Bağdad bəy Məlikyeqanlı
Bağdad bəy Məlik İsay oğlu == Həyatı == Bağdad bəy Məlik İsay oğlu 1757-ci ildə Qarabağın Dizaq mahalının paytaxtı Tuğ kəndində anadan olmuşdu. Atası Məlik İsay bir müddət Dizaq mahalının məliyi olmuşdu. İbrahimxəlil xan Cavanşirə qarşı çıxdığından 1781-ci ildə öldürüldü. Bağdad bəy Ərdəbilə qaçdı. Orda özünə müttəfiq axtardı. Nəzərəli xan Şahsevən onu tutub Ərdəbil qalasına saldı. 1795-ci ildə müsəlmanlığı qəbul etdi və Ağa Məhəmməd şah Qacarla Qarabağa gəldi. Şah İrana dönəndən sonra Qarabağ xanı ilə yaxınlaşdı. Xan onu himayəsinə aldı. == Ailəsi == Bağdad bəyin Məlik Aslan bəy, Əlihüseyn bəy, Baba bəy adlı oğulları vardı.
Bəhram bəy Məlik-Abbasov
Bəhram bəy Məlik Abbasov —1857-ci ildə Quba qəzasının Nüvəndi kəndində anadan olmuşdur. Ordubad şəhərində təhsil almış,Zəngəzur qəzasında 2-ci dərəcəli dəftərxana rəisi,sonradan qəza tərcüməçisi,polis və ədliiyə rəisi kimi çalışmışdır.1919-ildə Cavanşir qəzası rəisi olmuşdur. Cavanşir qəzası qəza rəisi Məlik-Abbasovdan 108 №li 24 noyabr 1918-ci il tarixlə teleqram. 500 nəfərdən ibarət əsgərlərlə Dövlətli və Bazarkənd ermənilərinin Quturlulara basqın edərək, ümumi dəyəri 1,2milyon rubl həcmində taxılla və bir çox başqa əmlaklarla yüklənmiş 210 öküz və atların aparılması barəsində. Ağdərə erməniləri isə qalayçirlilərin 83 baş malını qaçırdıb apardı. == İstinadlar == İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu.
Bəhram bəy Məlik Abbasov
Bəhram bəy Məlik Abbasov —1857-ci ildə Quba qəzasının Nüvəndi kəndində anadan olmuşdur. Ordubad şəhərində təhsil almış,Zəngəzur qəzasında 2-ci dərəcəli dəftərxana rəisi,sonradan qəza tərcüməçisi,polis və ədliiyə rəisi kimi çalışmışdır.1919-ildə Cavanşir qəzası rəisi olmuşdur. Cavanşir qəzası qəza rəisi Məlik-Abbasovdan 108 №li 24 noyabr 1918-ci il tarixlə teleqram. 500 nəfərdən ibarət əsgərlərlə Dövlətli və Bazarkənd ermənilərinin Quturlulara basqın edərək, ümumi dəyəri 1,2milyon rubl həcmində taxılla və bir çox başqa əmlaklarla yüklənmiş 210 öküz və atların aparılması barəsində. Ağdərə erməniləri isə qalayçirlilərin 83 baş malını qaçırdıb apardı. == İstinadlar == İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu.
Bənayim (Məlikan)
Bənayim (fars. بنايم‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (81 ailə).