MƏLİKƏJDƏR

bax: Məlik və Əjdər.
MƏLİKƏHMƏD
MƏLİKƏLİ
OBASTAN VİKİ
Məlikəjdər türbəsi
Məlik Əjdər türbəsi, Məlikəjdər türbəsi və ya Cicimli türbəsi — Azərbaycanda, Laçın rayonunun Cicimli kəndində, yüksək dağlıq ərazidə yerləşən türbə. Elmi araşdırmalara görə XII–XIII əsrlərdə inşa edildiyi güman edilən bu abidənin səkkizbucaqlı bayır və dairəvi iş planı olsa da tutum həllində aydın duyulan sayalığı, müəyyən qədər arxaikliyi oxşar planlı türbələrdən seçilir. 2020-ci ildə Azərbaycanın müzəffər ordusu işğalda olan torpaqları azad etdikdən sonra, ilk dəfə video bloger Ər-Toğrul və görüntü rejissoru Şahmar Səfəroğlu türbənin yeni fotolarını çəkiblər. Bu türbənin digər Azərbaycan türbələrindən fərqi onun məhz həcm quruluşundadır.Planda səkkizbucaqlı quruluşda olsa da, Məlik Əjdər türbəsi xaricdən həndəsi bir həcm kimi deyil, tamamilə başqa bir plastik şəkildə qavranılır. Çünki türbənin divarları şaquli xəttlərlə həll edilməmiş, abidənin tilləri əyri xətlə işlənmiş,türbənin silueti yumşaq cizgilərlə çərçivələnmişdir. Məlik Əjdər türbəsinin ümumi şəkli parabolanı xatırladır. Bu parabolanın səthləri arasındakı tillər oyma çıxıntılar ilə işlənmişdir. Nəticədə abidənin ümumi görünüşü türklər arasında geniş yayılmış yurd quruluşunu xatırladır. Müxtəlif araşdırmaçıların müşahidə etdiyi kimi Cicimli türbəsi yuxarıya doğru əyilib dayanan prizmatik tutumu, parabolik biçimli günbəzi, tinlərində çubuğa bənzər incə sütuncuqları ilə köçəri çadırının yamsılanması ilə yaradılmışdır. Türbənin istər bayır tutumu, istərsə də iç məkanı bütöv olub, gövdəsi ilə örtüyü arasında keçid zonası demək olar ki, yoxdur.