NƏRCİS
NƏRDİBAN
OBASTAN VİKİ
Nərd
Nərd — şərq masaüstü oyun növü. Nərd oyunu qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Oyunun qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkələrində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə – nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin sayına işarədir.
Cənnətə gedən nərdivan
Cənnətə gedən nərdivan — 3 səmavi dinin nümayəndələrinin əks olunduğu əsər. "Cənnətə gedən nərdivan" adlandırılan əsərin müəllifi heykəltaraş Ecciano Merinadır. Əsərdə 3 səmavi dinin nümayəndələri əks olunub. Yerdə səcdə halında əyilmiş müsəlmana bənzədilən insan, onun üzərində diz üstə oturmuş xristian keşiş və keşişin çiyinləri üzərində dik dayanmış yəhudi din xadimi - haham. Heykəldə eyni zamanda səcdə halında olan müsəlmanın qarşısında xristianların müqəddəs kitabı İncil, keşişin əlində yəhudilərin dini kitabı Tövrat, yəhudi hahamın əlində isə Quran var. Eyni zamanda heykəlin yanında avtomat silahın ucuna yəhudilik simvollarından olan yeddi guşəli şamdan keçirilib. Müəllif bildirib ki, "heykəl" ideyası 2010-cu ilin sentyabrında yaranıb, noyabrda heykəli hazırlamağa başlayıb və 2011-ci ilin yanvarında onu hazırlayıb. Heykəl ilk dəfə İspaniyanın paytaxtı Madriddəki ARCO Müasir Sənət Sərgisində nümayiş edilmişdir. Belə bir ölkədə bu hadisənin baş verməsi müsəlman ölkələrində ciddi narazılıq doğurmuşdur. Heykələ həqiqi bir görünüş qazandırmaq üçün Merino işində qatran, silikon və insan saçı istifadə etmiş.
Feodal nərdivanı
Feodal nərdivanı — feodal torpaq münasibətlərinin təzahürü olan feodal ierarxiyası. Feodalizmin strukturu torpaq mülkiyyəti münasibətləri ilə və bununla bağlı olan siyasi hakimiyyətlə müəyyən olunurdu. Artıq qurulmuş feodalizm mərhələsində bu münasibətlər feodal ierarxiyası formasında təzahür edirdi. Feodal nərdivanın başında ali süzeren və dövlətin nominal başçısı — kral (şah, xaqan,şoqun.) dururdu. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). İkinci pillədə iri feodallar dururdu — kralın bilavasitə vassalları — arxiyepiskoplar, yepiskoplar, hersoqlar, qraflar (xan, knyaz,daymö) və b. Onlar öz mülklərində məhkəmə-inzibati, pul kəsmək, vergi və xərac yığmaq kimi ali dövlət hökmünə malik idilər. Üçüncü pillədə — kral vassallarının vassalları dururdular — baronlar (bəy, məlik). Onların iri mülkləri vardı və faktiki olaraq muxtar idilər. Ən sonuncu pilləni Avropada cəngavərlər, Yaponiyada samuraylar tuturdu.
Nərdivan
Nərdivan — bir yerə qalxmaq və ya enmək üçün ağacdan, dəmirdən, ipdən və s.-dən düzəldilmiş pilləli vəsaitdir.
Ulduz nərdivanı
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir. Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır.
Alovlu nərdivan
Alovlu nərdivan və ya Komanda 49: Alovlu nərdivan (ing. Ladder 49) — rejissor Cey Rasselin yanğınsöndürən Cek Morisson və 49-cu yanğınsöndürmə komandası haqqında çəkdiyi filmdir. == Süjet xətti == Filmin baş qəhrəmanı olan Cek Morrison (Xoakin Feniks) Baltimordan olan yanğınsöndürəndir və o filmin əvvəlində komandası ilə bərabər bir yanğın yerinə gəlir. Burada böyük bir sənaye binası yanır. Cek yanğından bir neçə nəfəri xilas etməyə müvəffəq olur, bundan sonra onun özü tələyə düşür: yanğın nəticəsində döşəmə çökür və onun çıxışla əlaqəsi kəsilir. Kapitan Mayk Kennedinin (Con Travolta) başçılıq etdiyi komandası ona çatmağa çalışarkən, Cek həyatının ən parlaq anlarını xatırlamağa başlayır: Baltimor yanğınsöndürmə idarəsinə qoşulması, ilk yanğının söndürülməsi, gözəl bir qız olan Linda ilə birinci görüşü, toyları, uşaqlarının doğulması və s.Sonda Cek qonşu otağa girməyə nail olur, lakin komandanın qalan hissəsindən keçilməz od divarı ilə ayrı düşür. Artıq hər bir şey üçün gec olduğunu başa düşən Cek kapitandan çox gec olmadan komandanı geri çağırmasını xahiş edir. Mayk Cekin bu istəyini ürək ağrısı ilə yerinə yetirir.Filmin final mərhələsində Mayk Cekin dəfn mərasimində möhtəşəm bir çıxış nitqi söyləyir və burada onu qəhrəman adlandırır. Bundan sonra içərisindəki cənazə ilə birlikdə Cekin tabutu şəhərin küçələrində şərəflə daşınır.

Digər lüğətlərdə