NİYYƏTÜLMÖMİN
NİZAM
OBASTAN VİKİ
Dünya nizamı (kitab)
Dünya nizamı — Henri Kissincer tərəfindən yazılmış kitab. 1973-cü il Nobel Sülh Mükafatı laureatı, ABŞ-də Milli Təhlükəsizlik müşaviri və Dövlət Departamenti və bir çox prezidentlərin xarici siyasət məsələləri üzrə müşaviri vəzifələrində çalışmış Henri Kissincer həm təcrübələrini, həm də dünyadakı keçmiş və gələcəyə dair təhlillərini çatdırır. Kissincerə görə, Dünya israrla nizam-intizam axtarsa da, demək olar ki, dörd əsr əvvəl Almaniyanın Vestfaliya bölgəsində keçirilən sülh konfransında bir çox digər sivilizasiyaların iştirak etmədən və hətta bilmədən düşünülmüş əsərdən bəri əsl dünya nizamı heç vaxt mövcud olmayıb. Tarixin çox hissəsi boyu sivilizasiyalar öz nizam anlayışlarını müəyyən etmişlər. Hamısı özlərini dünyanın mərkəzi hesab edirdilər və öz prinsiplərinə universal etibarlılıq aid edirdilər. Bu gün beynəlxalq problemlər qlobal miqyasda yaşanır və ölkələr demək olar ki, dünyanın müxtəlif yerlərində baş verən siyasi hadisələrə dərhal cəlb olunurlar. Buna baxmayaraq, bir çox məsələlərdə əsas oyunçular arasında konsensus yoxdur. Və nəticədə gərginlik artır. Kissincerin dərin tarixi araşdırmalarına və şəxsi təcrübələrinə əsaslanan Dünya Nizamı oxucuları dünya tarixindəki əsas hadisələrə səyahətə çıxarır. Soyuq müharibənin sonunda Reyqannın Sovet prezidenti Qorbaçovla keçirdiyi gərgin danışıqların təfərrüatlarından tutmuş ABŞ-Çin münasibətlərinin gələcəyinə qədər.
Fətəli xan Əmir-nizam
Fətəli xan Hidayətulla xan oğlu Əmir-nizam (?-?)— Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin əmiri olmuşdur. Mirzə Fətəli xan bir müddət Fətəli şah Qacarın sarayında eşikağası vəzifəsində çalışmışdı. Mirzə Fətəli xan bəylərbəyi bir müddət Cənubi Azərbaycan hakimi Əhməd xan Müqəddəmin müavini vəzifəsində çalışmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Jauber xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli xan barədə bu sözləri yazır: "Fətəli xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil aldığını sanmışdım." Mirzə Fətəli xan sonra İranın hərb naziri olmuşdu. Mirzə Məhəmmədbağır xan Əmirnizam - Fətəli xanın nəvəsidir.
Heydərabad nizamları
Heydərabadın Nizamülmülkü (tel. నిజాం-ఉల్-ముల్క్ అఫ్ హైదరాబాద్; urdu نظام-ال-ملک وف حیدرآباد; marathi निझाम-उल-मुल्क ए हैदराबाद; kann. ನಿಜ್ಯಮ್-ಉಲ್-ಮುಲ್ಕ್ ಆಫ್ ಹೈದರಾಬಾದ್; fars. نظام-ال-ملک اف حیدرآباد‎), və yaxud qısaca Heydərabad nizamı — 1720–1948-ci illər arasında Heydərabad, başçılarının titulu. Heydərabad XVII–XIX əsrlərdə Hindistanının ən nüfuzlu müsəlman mərkəzi olub. Bu şəhər 1724-cü ildən 1947-ci ildə müstəqilliyin əldə olunmasınadək oldugca zəngin Nizamülmülklər tərəfindən idarə olunub. Şəhərdə onların irsini daşıyan əlamətlərə hələ də rast gəlmək olar. 1724-cü ildə Böyük Moğol İmperiyasının X padşahı Fərruxsiyar Mir Qəmərüddin xan Siddiqini Dekenin valisi təyin etdi və ona Nizamülmülk ləqəbini verdi. Elə həmin ildən Mir Qəmərüddin xan Asəfcah ləqəbi ilə Heydərabadı müstəqil idarə etməyə başladı.
Heydərabad nizamlığı
Heydərabad nizamlığı—1724-1948-ci illərdə hakimiyyətdə olmuş dövlət, Hindistan yarımadasının Dəkkən yaylası yerləşən bir krallıq, knyazlıq əyaləti və ölkə idi. Paytaxtı Heydərabad şəhəri idi. İndi o, indiki Telangana əyalətlərinə, Karnatakanın Kalyana-Karnataka bölgəsinə və Hindistanda Maharaştranın Marathwada bölgəsinə bölünür. 1724-cü ildən 1857-ci ilə qədər dövləti Heydərabad nizamı idarə etmişdir.
Heydərabad nizamı
Heydərabadın Nizamülmülkü (tel. నిజాం-ఉల్-ముల్క్ అఫ్ హైదరాబాద్; urdu نظام-ال-ملک وف حیدرآباد; marathi निझाम-उल-मुल्क ए हैदराबाद; kann. ನಿಜ್ಯಮ್-ಉಲ್-ಮುಲ್ಕ್ ಆಫ್ ಹೈದರಾಬಾದ್; fars. نظام-ال-ملک اف حیدرآباد‎), və yaxud qısaca Heydərabad nizamı — 1720–1948-ci illər arasında Heydərabad, başçılarının titulu. Heydərabad XVII–XIX əsrlərdə Hindistanının ən nüfuzlu müsəlman mərkəzi olub. Bu şəhər 1724-cü ildən 1947-ci ildə müstəqilliyin əldə olunmasınadək oldugca zəngin Nizamülmülklər tərəfindən idarə olunub. Şəhərdə onların irsini daşıyan əlamətlərə hələ də rast gəlmək olar. 1724-cü ildə Böyük Moğol İmperiyasının X padşahı Fərruxsiyar Mir Qəmərüddin xan Siddiqini Dekenin valisi təyin etdi və ona Nizamülmülk ləqəbini verdi. Elə həmin ildən Mir Qəmərüddin xan Asəfcah ləqəbi ilə Heydərabadı müstəqil idarə etməyə başladı.
Leyli və Məcnun (Nizami)
Leyli və Məcnun (fars. لیلی و مجنون‎) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160–1197) ithaf etmişdir. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim "Leyli və Məcnun" dastanı dayanır. 4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir. Nizami "Leyli və Məcnun" poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. "Leyli və Məcnun"da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir.
Mahmudoğlu Nizaməddin Əhməd Paşa
Mahmudoğlu Nizamüddin Əhməd Paşa (1281, Kiçik Asiya, Akrotiri və Dekeliya – 25 yanvar 1380) — Sultan Orxan Qazinin səltənətində, təxminən 1331–1348 illərində sədrəzəmlik edən Osmanlı paşasıdır. Elmiyyə sinfindən vəzirliyə yüksələn ilk paşalardan biridir.
Mehmed Nizaməddin Əfəndi
Mehmed Nizaməddin Əfəndi (10 yanvar 1909, Konstantinopol – 10 mart 1933) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu İzzəddin Əfəndinin oğlu, Osmanlı şahzadəsi. Şahzadə Nizaməddin Əfəndi 10 yanvar 1909-cu ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləzizin oğlu İzzəddin Əfəndi, anası isə onun son xanımı Ləman Ünlüsoydur. Hələ 7 yaşında ikən atası İzzəddin Əfəndi Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var. Atasının vəfatından sonra 4 ay boyunca anası, bacıları Şükriyə Sultan və Mihrişah Sultanla birlikdə Dolmabağça sarayında qonaq edildilər və bu müddət ərzində Sultan Rəşad tərəfindən atasının mirası bölüşdürüldü. Ardından şahzadələr məktəbində təhsilini tamamlayan Nizaməddin Əfəndi bir müddət Osmanlı ordusunda xidmət etdi və 1918-ci ildə çavuşluğa yüksəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Nizaməddin Əfəndi də sürgünə göndərildi. İlk öncə kiçik bacısı Mihrişah Sultanla birlikdə Ruminiyaya getsə də, çox keçmədən səhhəti pisləşdi.
Mirzə Nizam (Qoşaçay)
Mirzə Nizam (fars. ميرزانظام‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (11 ailə).
Mirzə Əsədulla xan Nizaməddövlə
Mirzə Əsədulla xan Mirzə Ələsgər oğlu Nizaməddövlə (1840-1901) — İranın ictimai-siyasi xadimi. Təbrizli Mirzə Əsədulla xan Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində oz bacarığı və nüfuzu ilə seçilən səxsiyyət olmuşdur. Əsədullla xan Azərbaycanın tanınmıs sülalələrindən olub, Xarici İşlər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. Mirzə Əsədulla xan Azərbaycan alimi Mirzə Məhəmmədrəfi Nizamulüləmanın qardaşı, Mirzə Ələsgər Mustofi Təbrizinin oğludur. (70, s. 206). O, 1884-1887-ci illərdə İranın Peterburqda səlahiyyətli nümayəndəsi olmuş və Vəkilulmulk ləqəbini almışdır. 1887-ci ildə Peterburqdan geri çağırılaraq, vəfat etmiş Mustafa xanın yerinə Ərdəbil və Xoy hakimi təyin olunmuşdur. O, hələ Peterburqdan əvvəl, yəni 1877-ci ildə Tiflisdə Baş konsul kimi çalışmısdır. Mirzə Əsədulla xan 1890-1892-ci illərdə İranın İstanbulda səfiri olmus və Nizamuddovlə ləqəbini almışdır.
Məhəmmədibrahim xan Vəziri-nizam
Məhəmmədibrahim xan Məhəmmədtağı xan oğlu Vəziri-nizam (?-?)—İranın hərbi naziri. Məhəmmədibrahim xan Təbriz şəhərində anadan olmuşdu. Məhəmmədtağı xan memarbaşının oğludur. Mükəmməl mədrəsə təhsili almışdı. Bacısı Münirüssəltənə Nasirəddin şah Qacarla ailə qurandan sonra onun bəxti parladı. Vəziri-nizam ləqəbi ilə İran ordusuna rəhbərlik etdi. Vəziri-nizam Mərkəzi İranın Karaqan vilayətində böyük mülkədar idi və həmin vilayətin rəsmi hakimi hesab edilirdi. Kamran mirzə Qovanlı-Qacarın dayısıdır.
Nizabad
Niyazoba (əvvəlki adı: Nizovaya) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı qərarı ilə Xaçmaz rayonunun Nizovaya kəndi Niyazoba kəndi adlandırılmışdır. Niyazoba kəndi, Xaçmaz rayonunda, Xəzər dənizinin qərb sahilində yerləşir. Tarixi məlumatlara əsasən, kəndin salınması məsələsi ilə bağlı çeşidli fikirlər mövcuddur. Bir sənəddə Niyazoba kəndinin Sasani dövlətinin şahı I Yəzdəgird tərəfindən (399-421-ci illər) salındığına dair ehtimallar irəli sürülmüşdür. Kəndin adı "Niyaz" (şəxs adı) və "oba" komponentlərindən ibarətdir, "Niyaza məxsus oba" mənasını ifadə edir. Lakin tarix boyu adında dəyişikliklər olmuşdur. Əvvəllər "Nizobat" və "Nizovye" kimi adlandırılan kəndin adı daha sonra "Nizovaya" şəklində işlənmişdir ki, bu da "aşağı" mənasını verir. 1830-1840-cı illərdə Rusiyadan buraya köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaşayış məntəqəsinin adı "Nizovaya" olmuşdur. Lakin 1992-ci ildə kəndin adı "Niyazoba" adlandırılmağa başlamışdır.
Nizam Osmanov
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant. Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib. 2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib. 2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
Nizamabad
Nizamabad (Qoşaçay)
Nizamabad (Qoşaçay)
Nizamabad (fars. نظام اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 726 nəfər yaşayır (176 ailə).
Nizamabad (Sulduz)
Nizamabad (fars. نظاماباد‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 484 nəfər yaşayır (117 ailə).
Nizamdin Ependi
Nizamdin Ependi (23 aprel 1991) Çin Birinci Liqasında "Heylonqcan Buz Şəhəri FK" komandasında oynayan Uyğur — Çinli futbolçudur. Nizamdin Sincan Universitetinin hüquq fakültəsinin məzunudur. Çin Birinci Liqasında "Ney Monqol Conqyu FK" ilə bi rsınaqda müsbət təsir bağışladıqdan sonra 2016-cı ildə 25 yaşında ilk peşəkar müqaviləsini imzaladı. 12 mart 2017-ci ildə "Qingdao Conon FK"-ya qarşı səfərdə 1–0 məğlubiyyət zamanı böyük debüt etdi. İlk böyük qolunu 12 mart 2016-cı ildə 2016 Çin FA Kubokunun ikinci turunda üçüncü dərəcəli klub olan "Meiksian Teçand" üzərində səfərdə 1–0 qalibiyyətdə vurdu. Nizamdin ilk liqa qolunu 25 iyun 2016-cı ildə "Şenjen FK"-ya qarşı 3: 0 hesablı qalibiyyətdə vurdu. Nizamdin "Ney Monqol Conqyu FK"-da iki mövsüm oynadı və 59 oyunda dörd qol vurdu. Nizamdin 28 fevral 2018-ci il tarixində Çin Super Liqasına yeni gələn "Pekin Renhe FK"-ya transfer olundu. 10 mart 2018-ci ildə klubun ilk oyununu "Tiancin Kuancian FK"-ya qarşı 2–1 hesablı qələbə ilə etdi və 84-cü dəqiqədə Cao Yonqcinqin əvəzinə oyuna daxil oldu. 31 December 2020 tarixində yenilənib.
Nizami
Nizami Gəncəvi (fars. نظامی گنجوی‎, tam adı: Əbu Məhəmməd İlyas ibn Yusif; təq. 1141[…], Gəncə – 1209[…], Gəncə) — Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmişdir. 1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur.
Nizami-Cədid ordusu
Nizami-Cədid ordusu — Osmanlı İmperiyasının sultanı III Səlim tərəfindən yaradılmış nizami ordu. Bu ordunun əsası 1717-ci ildə İstanbula gələn Fransız zabiti De Roşefortun sadərət islahat layihəsinin tərcüməsində, ediləcək hərbi yenilik Nizami-Cədid adlandırılmışdır. Bu ordu Yeniçəri ocağı tərəfindən çıxarılan Qabaqçı Mustafa üsyanı zamanı ləğv edilmişdir. Yeni bir ocağın qurulmasına qərar verilməsinin ən mühüm səbəbi, yeniçərilərin islah edilməsinin çox çətin olması idi. Bu islahat düşüncəsini mənimsəyən III.Səlim hələ taxta çıxdığı vaxtlarda bu düşüncəni mənimsəmiş olan,açıqfikirli və yenilikçi bir tərəfdar bir qrupu yığıncağa çağırdı. Bu qrupun rəhbərliyinə Rumeli kazəsgəri İsmayıl Paşazadə əs-Səid İbrahim İsmət Bəyi gətirir. Yayla İmamı Risaləsinə görə Nizami-Cədid üsulunu 72 maddədən meydana gəlmişdir. Osmanlı dövləti bu islahatı edərkən Fransadan kömək istəmiş, 1796-cı ildə mövzuyla əlaqədar olaraq top, humbara tökmə, top qundağı və tüfəngçi işçiləri gəlmişdi. Ayrıca bir müddət sonra Fransadan General Menand rəhbərliyində və iş başçısı Bamilo ilə gələn heyətlə Prussiya krallığıdan da zabitlər gəlmişdi. Bunlardan Albay Von Goetze, 1798-ci ildə III.Səlimin istəyinə görə Osmanlı Qara qüvvələrində araşdırmalar etdi.
Nizami-cədid
Nizami-cədid — XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Osmanlı imperiyasında Avropa dövlətlərinin (ilk növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarşı Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordu quruculuğu, yeni vergilərin müəyyənləşdirilməsi, dövlət idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mərkəzi hakimiyyətlə regionlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər seriyası. Bu sahədə ilk islahatlar sultan III Səlim tərəfindən həyata keçirilməyə başlamışdır. Ill Səlim Fransa təcrübəsini əsas tutaraq Nizami-cədid (yeni qayda) adlanan islahatları həyata keçirməyə başladı. Nizami-cədid termini ərəb (النظام الجدید) və türk (An-Niẓām Al-Jadīd) sözbirləşməsindən yaranıb "yeni qayda" deməkdir. XVIII əsrin sonlarında Osmanlı imperiyasında siyasi və iqtisadi böhran daha da dərinləşmişdi. Ölkəni böhrandan çıxarmaq üçün Sultan III Səlim (1789–1807) taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırmışdı. İslahat tərəfdarları XVIII əsrin sonlarında Osmanlı imperiyasının müharibələrdə məğlubiyyətinin əsas səbəbini ordunun qeyri-mütəşəkkilliyində görürdülər. Ona görə də islahatlar zamanı əsas diqqət ordu quruculuğuna yönəldilmişdi. Ordunun yenidən qurulması üçün küllü miqdarda vəsait lazım idi. Yeniçərilər heç bir qanuna və intizama tabe olmurdular.
Nizami (Ermənistan)
Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Nizami (Goranboy)
Nizami — Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılmışdır. Kəndin keçmiş adı Mollavazlı olmuşdur. Yerli məlumata görə, kəndi vaxtilə Türkiyədən gəlmiş Molla Avaz adlı şəxs salmışdır. Kənddəki nəsillərdən biri indi də avazlı adlanır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, çox qədim tarixə malik bu kənd vaxtilə Nizami Gəncəviyə vəqf olunmuş və bu kəndə onun adı verilmişdir. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1631 nəfər əhali yaşayır.
Nizami (Göygöl)
Nizami, Gəncə (1966–2003) — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. Azbiokombinatın yanında salınmışdır. 1966-cı ildən Gəncə adlandırılmışdır. Qəsəbə adını yaxınlığından axan Gəncəçayın və qədim Gəncə şəhərinin adından almışdır. 2003-cu ildən qəsəbənin adı dəyişdirilərək Nizami olmuşdur.
Nizami (Sabirabad)
Nizami (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Nizami kəndi, Vladimirovka kənd inzibati ərazi dairəsi Nizami kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Kəndin keçmiş adı Qəhrəmanlı olmuşdur. 1891-ci ildə Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus ailələri məskunlaşdıqdan sonra belə adlanmışdır. 2004-cü ildən Nizami adı ilə rəsmiləşdirilmişdir. Kənd Muğan düzündə yerləşir.
Nizami (Zəngibasar)
Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Digər lüğətlərdə