NURƏLİ

Əlinin işığı, Alının nuru.
NURƏHMƏD
NURƏTDİN
OBASTAN VİKİ
Nurəli Xəlifə
Nurəli Xəlifə və ya Nurəli Xəlifə Rumlu — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi. Türkman tayfasına mənsub olmuşdur. 1511-ci ildən 1515-ci ilə qədər, yəni Şah İsmayılın (1501-1524) hakimiyyəti dövründə Ərzincan canişini olmuşdur. Elmi-tarixi ədəbiyyatda Osmanlı ərazilərində Səfəvi təriqət təbliğatının fəallarından biri kimi xəlifə Nurun (Nurəli) adı çəkilməkdədir. Onun bu istiqamətdəki fəaliyyəti Sivas, Tokat, Amasya və Çorumda xüsusilə geniş idi. Bəzi məlumatlara görə, onun sayəsində Osmanlı ərazisində Səfəvi təriqət tərəfdarlarının sayı o qədər artmışdı ki, Osmanlı şahzadələri hətta hakimiyyət uğrunda mübarizədə onların dəstəyini qazanmağa da meyl edirdilər. Nurəli Xəlifə Rumlunun adı dövrün mənbələrində bəzən Nur Əli bəzən münəccimbaşı Nurəddin kimi qarşımıza çıxır. Bir digər tarixçilər isə onun adının Mir Əli olduğu fikrini irəli sürmüşdür. Azərbaycanlı tarixçi Namiq Musalı bildirir ki, əgər Mir Əli adı onun əsl adıdırsa ehtimal ki, o ələvilər arasında olan seyid mənşəli ailələrdən birində anadan olmuşdur. Çünki Səfəvi mühitində seyidlər ərəbcə əmir kəliməsinin qısaldılmış forması olan Mir ünvanı daşıyırdı.
Nurəli Yusifbəyli
Nurəli Adil oğlu Yusifbəyli — Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının əməkdar mühəndisi və əməkdar elm xadimi. 28 mart 1963-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycanlıdır. 1980-ci ildə Kiyev Politexnik Institutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirmişdir. 1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində Dispetçer, Böyük Dispetçer vəzifələrində çalışmışdır. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, Baş dispetçer, Baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin Baş Direktorunun müavini vəzifəsində çalışmışdır. 2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Baş Məsləhətçisi, Nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyi Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Tofiq Nurəli
Tofiq Nurəli (Hacıyev Tofiq Niyətulla oğlu; 4 iyul 1953, Yerfi, Quba rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988) Tofiq Nurəli 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində oxuyub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirmişdir (1972–1978). Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışmışdır. İlk kütləvi səhiyyə qəzetini "Şəfqət"- indiki "Tibb qəzeti"ni yaratmış və 1991–1995-ci illərdə qəzetin baş redaktoru işləmişdir. Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk "Şehli kəpənəklər" adlı kitabı da böyük rəğbətlə qarşılanmışdı. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin "Literaturnaya qazeta" da dərc olunması həmin müvəffəqiyyətin davamı idi. "Şehli kəpənəklər" (1983), "Yağışdan sonra" (1989), "Tənha bir qüssə" (1998), "Tənha payız yarpağı" (2003), "Yarpaqlarım "ağrıyır" (2014) adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub.
Nurəli Xəlifə üsyanı
Nurəli Xəlifə üsyanı — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi Nurəli Xəlifə tərəfindən Şah İsmayılın əmri ilə Anadoluda başladılan üsyan. Nurəli Xəlifə rəhbərliyində üsyançılar Malatya yaxınlığında Faiq bəy qoşununu, Qoyluhisarda isə Sinan paşa ordusunu məğlub etsə də, üsyan Nurəli Xəlifə tərəfindən dayandırıldı. Səfəvi tarixçiləri bu üsyanı Səfəvilərin Anadoludakı fəaliyyətlərinin zirvə nöqtəsi adlandırır. Anonim müəllif tərəfindən qələmə alınan "Tarixi Qızılbaşan" əsərində üsyanın rəhbəri Nurəli Xəlifənin kimliyi haqqında Rumlu başlığı altında danışılır. Müəllif yazır: "Nurəli Xəlifə I Şah İsmayıl vaxtında Ərzincan hakimi idi. Rumlularla (osmanlılarla) mühüm döyüşlər etmiş, Tokat şəhərini yandırmışdı. 922-ci ildə (5. II.1516 – 23. I.1517) Çimişkəzəkdə "Bığlı Çavuş" adı ilə məşhur olan Mustafa paşa ilə vuruşda həlak oldu." Anonim müəllif tərəfindən yazılan "Aləmara-yi Şah İsmayıl" və "Aləmara-yi Səfəvi" əsərlərində qeyd olunur ki, Şah İsmayıl Ərdəbil Təkkəsinə bağlı "pak etiqadlı sufilərdən" olan Nurəlini Ərzincana hakim seçmişdi. Nurəlinin üsyanının başlanması üçün də əslində, Anadoluda bir ictimaisiyasi zəmin mövcud idi.
Elşən Nurəliyev
Nurəlikənd
Nurəlikənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Əlibala Nurəliyev
Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.