OĞLAN

is.
1. Kişi cinsdən olan uşaq. Uşaqlarından biri oğlandır, ikisi qız.
[Arvad:] Aradan bir az keçdi, Allah vurdu, mənə bir oğlan da verdi. Çəmənzəminli.

2. Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş gənc.
Getdim alagözlü yarla danışam; Dedi: – Oğlan, dur get, söz vaxtı deyil. M.P.Vaqif.
Nazim də Nəcibə kimi atasızanasız böyümüş bir oğlan idi. Mir Cəlal.
◊ Oğlan gəlmisən, ya qız? – tapşırığı yerinə yetirib yetirmədiyini bilmək üçün birinə zarafat təriqində verilən sual.
…oğlan çağı – adətən fəsillərin adı ilə işlənib onların əsas xüsusiyyətlərini özündə əks etdirən dövrünü bildirir. Qışın oğlan çağı idi, bərk qar yağırdı.
– Yazın oğlan vaxtı, selli çağları; Qanıq ilə Qavrı, bir də dəli Kür; Birləşib üçü də, uçurur, tökür. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OĞLAN OĞLAN [Divanbəyi:] Oğlan, mənim sənə yazığım gəlir (M.F.Axundzadə); GƏDƏ (dan.) Naçalnik: A gədə, doğrudan de, səni buraxaram (M

Etimologiya

  • OĞLAN Yakut dilində oğo “uşaq”dır, oğolon isə “doğmaq”dır. Oğlan “doğulmuş” (qıza da aiddir) deməkdir. (Bəşir Əhmədov
OĞLAQ
OĞLANCIĞAZ

Digər lüğətlərdə