1. Yandırılmaq, yanğın törədilmək. Evi odlanan mən, əli kösövlü sən. ( Ata. sözü ).
// Od düşüb yanmaq, alışmaq, alışıb-yanmaq.
[Yaqut] yanan canının ağrısını əks etdirən dəhşətli bir səslə: – Burax məni, Yunus, … burax, sən də odlanacaqsan! – deyə qışqırıb qucağımda çırpınırdı.
2. Odlu silahla öldürülmək, ya yaralanmaq.
Uça bilmirdilər, odlanırdılar; Şama dəyib yanan pərvanə kimi.
3. məc. Bərk hirslənmək, əsəbiləşmək. Özündən çıxmaq.
[Ruhnəvaz] Qurbanlıya qarşı göstərdiyi laqeydliyi və etinasızlığı xatırlayıb odlandı.