Yumurta yazmaq
Yumurta yazmaq — Azərbaycan folklorunda bir dəbdir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazmadır.
Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır.
== Yazılmış yumurtalardan örnəklər ==
Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar.
== Həmçinin bax ==
Çərşənbə Xatın
Bayram Yeli
AVAVA (roman), Nasir Mənzuri.