OYNAŞMAQ

qarş.
1. Bir-biri ilə oynamaq; əylənmək.
İki çəlimsiz körpə çarpayının üstündə oynaşırdı… Çəmənzəminli.
…Oynaşan … uşaqlara tamaşa etməkdən doymazdım. Mir Cəlal.

// Eyni mənada heyvanlar, quşlar və s. haqqında. Quzular, çəpişlər həyətdə oynaşır.
– Xəzan yarpaqları oynaşan yerdə; Necə üşüməyim?… Üşüyürəm mən. B.Vahabzadə.

// Müxtəlif tərəflərə uçmaq və ya üzmək. Kəpənəklər oynaşır.
– Mərmər hovuzlarda qızıl balıqlar oynaşırdı. Çəmənzəminli.
Sarıköynəklər, qaranquşlar qayalar arasında oynaşır, kollar arasında itirlər. Mir Cəlal.

2. məc. İrəli-geri gedib-gəlmək, hərəkət etmək; tərpəşmək, ləpələnmək.
[Sonanın] xumarlanan gözləri oynaşan ( f.sif. ) dalğalara zillənmişdi. B.Bayramov.

3. məc. Təzahür etmək, görünmək.
Füzuli əyləşib otağında tək; Oynaşır üzündə qəm buludları. B.Vahabzadə.

4. məc. Görünüb yox olmaq, sayrışmaq, işığı əks etdirmək.
Projektor işıqları hər zamankı kimi yenə limanın üzərində oynaşır, küçələri işıqlandırırdı. S.Vəliyev.
İşıq titrədikcə [Qaragünənin] qaya parçası kimi hərəkətsiz üzündə əcaib kölgələr oynaşır, … sonra yenə donub qayaya dönürdü. M.Rzaquluzadə.

OYNAŞMA
OYNATDIRMA

Digər lüğətlərdə