PƏR

is. [ fars. ]
1. Quş tükü.
2. Qanad (klassik ədəbiyyatda çox vaxt “pərü bal” şəklində işlənmişdir).
Bilməm bu qəfəsdə nola halım; Sındırdı bəla pər ilə balım. Füzuli.
Mənim şahinim də pərü balını; Gərir üfüqlərə ehtişam ilə. M.Rahim.

□ Pər açmaq (vurmaq) – qanad açmaq, qanad çalmaq, uçmaq.
Simurq göydə pər vurub, nər kimi nərildəyirdi. (Nağıl).

3. bax qanad 4-cü mənada.
Suyun şəffaflığından dənizin dibi görünürdü: məxmər kimi yaşıl yosun, xırda və iri daşlar, üz-üzə pərlərini geniş açıb oynaşan balıqlar… M.Süleymanov.

4. Müxtəlif maşın və qurğuların fırlanan hissəsi, qanadı. Yeldəyirmanın pəri. Ventilyatorun pəri. Təyyarənin pəri.
– Dəyirman pərləri elə fırlanır ki, görmək olmur. Mir Cəlal.

// Dəyirman çarxının üzərinə su tökülüb hərəkətə gətirilən hissəsi.
Novdan lülələnib çıxan qüvvətli su qocanın qayırmış olduğu bir cüt dəyirman daşının pərinə çırpılırdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PƏR 1. PƏR (tex.) Müəssisənin plastik sexi.. ventilyator pərləri də istehsal edir (ADİL); QANAD Budur, sağ tərəfdə bir təyyarə var; Onun qanadından topla

Etimologiya

  • PƏR Farsca pəridən (uçmaq) feili ilə bağlıdır, “qanad” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
PƏPƏYEYƏN
PƏRAKƏNDƏ

Digər lüğətlərdə