partenaire
participation
OBASTAN VİKİ
AK Parti
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısa AK Parti kimi tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. == Tarixi == Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.
DEM Parti
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
İYİ Parti
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. == Hədəfləri == Partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir. == Logosu == Logonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.
"Vətən müharibəsi partizanına" medalı
"Vətən müharibəsi partizanına" medalı — SSRİ Ali Sovetinin 2 fevral 1943-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
50 sentlik partiya
Umaodan (çin. sadə. 五毛党, pinyin: wǔmáodǎng, həmçinin 50 sentlik partiya, ing. 50 Cent Party; və ya 50 sentlik ordu, ing. 50 Cent Army) — ÇXR hökuməti, Çin Kommunist Partiyası və yürüdülən dövlət siyasəti barədə müsbət fikirlər yazan, hökumət tərəfdarı olan çinli bloqerlərə verilmiş qeyri-rəsmi ad. Bu ad çin dilindəki "u mao", yəni 5 szyao (0,5 yuan) sözündən götürülmüşdür. Ehtimal olunur ki, onlar internetdə yazdıqları hər şərhə və yazıya görə məhz bu qədər pul alırlar, amma eyni zamanda, ölkədə bu işi pulsuz icra edən çox sayda könüllü də var. Çində internet istifadəçilərinin ümumi sayı 300 milyondan artıqdır. Bu cür istifadəçilərin isə dəqiq sayı məlum deyil, amma on minlərlə olduğu güman edilir; Britaniyanın The Guardian qəzetinin qiymətləndirməsinə görə isə hətta 280-300 min nəfərə çatır. Umaodanlar çatlarda, bloqlarda və forumlarda fəaliyyət göstərirlər.
ABŞ Demokrat Partiyası
ABŞ Demokrat Partiyası və ya Demokratlar partiyası (ing. Democratic Party) — Respublikaçılar partiyası ilə bərabər ABŞ-də ən mühüm iki siyasi partiyadan biri. 1828-ci ildə yaradılmış partiya ölkənin ən qocaman partiyasıdır. Əsas ideologiyası liberalizm və proqressivizmdir. İqamətgahı Vaşinqtondadır, ənənəvi rəngi mavidir. Partiyanın 2008-ci ilin noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkilərindəki namizədi partiya üzvləri arasında keçirilən ilkin seçkidə Hillari Klintonu üstələmiş Barak Obama olmuş və qalib gəlmişdir.
ABŞ Demokratik partiyası
ABŞ Demokrat Partiyası və ya Demokratlar partiyası (ing. Democratic Party) — Respublikaçılar partiyası ilə bərabər ABŞ-də ən mühüm iki siyasi partiyadan biri. 1828-ci ildə yaradılmış partiya ölkənin ən qocaman partiyasıdır. Əsas ideologiyası liberalizm və proqressivizmdir. İqamətgahı Vaşinqtondadır, ənənəvi rəngi mavidir. Partiyanın 2008-ci ilin noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkilərindəki namizədi partiya üzvləri arasında keçirilən ilkin seçkidə Hillari Klintonu üstələmiş Barak Obama olmuş və qalib gəlmişdir.
ABŞ Kommunist Partiyası
ABŞ Kommunist Partiyası (abbr. ABŞ KP, ing. The Communist Party of the United States of America, abbr. CP USA) — 1919-cu ildə Amerika Sosialist Partiyasından ayrılaraq yaradılan siyasi partiya.
ABŞ Libertarian Partiyası
Libertarian Partiyası (abbr. LP, ing. Libertarian Party) — ABŞ-də siyasi partiya.
ABŞ Respublikan Partiyası
ABŞ Respublikaçılar Partiyası və ya Böyük Köhnə Partiya (ing. Republican Party və ya ing. Grand Old Party, GOP). Partiyanın qeyri-rəsmi rəmzi güc və qüdrəti simvolizə edən fil, qeyri-rəsmi rəngi qırmızıdır. Partiya 28 fevral 1854-cü ildə Viskonsin ştatının Ripon şəhərində təsis edilmişdir.
ABŞ Respublikaçılar Partiyası
ABŞ Respublikaçılar Partiyası və ya Böyük Köhnə Partiya (ing. Republican Party və ya ing. Grand Old Party, GOP). Partiyanın qeyri-rəsmi rəmzi güc və qüdrəti simvolizə edən fil, qeyri-rəsmi rəngi qırmızıdır. Partiya 28 fevral 1854-cü ildə Viskonsin ştatının Ripon şəhərində təsis edilmişdir.
ABŞ Yaşıl Partiyası
ABŞ Yaşıl Partiyası (abbr. ABŞ YP, ing. Green Party of the United States, abbr. GPUS) — ABŞ siyasi partiyaların yaşıl federasiyası.
Adal (partiya, Qazaxıstan)
Adal (qaz. «Адал» партиясы; qaz. адал — ədalətli) — Qazaxıstanda fəaliyyət göstərən rəsmi qeydiyyatdan keçmiş siyasi partiya. Partiyanın sədri Serik Sultanqalidır. 26 aprel 2013-cü ildə Adilet və Ruhaniyyət partiyalarının birləşməsi (birləşməsi) nəticəsində qeydə alınmışdır. == Tarixi == 26 aprel 2013-cü il tarixində "Adilet" və "Ruhaniyyət" partiyaları "Birlik" Partiyasına birləşməyə qərar verdilər. 2016-cı ildə keçirilən Məclisi seçkilərində seçicilərin 0,29% -i partiyaya səs verdi, partiya son altıncı yeri tutdu və parlamentə gəlmədi. Partiya üzvlərinə görə, kampaniya Konstitusiyaya, milli və beynəlxalq seçki qanunvericiliyinə tam uyğundur və MSK seçkilərdə iştirak edən bütün siyasi partiyalar üçün bərabər imkanlar və şərtlər təmin etdi. "Бірлік" partiyası 2019 və 2015 prezident seçkilərində namizədini irəli sürmədi. 5 noyabr 2020-ci ildə partiyanın siyasi şurasının iclasında siyasi təşkilatın "Бірлік" dən "Adal" adlandırılmasına qərar verildi.
Ak jol (partiya)
"Ak Jol" Qazaxıstan Demokratik Partiyası (qaz. Қазақстанның «Ақ жол» демократиялық партиясы / Qazaqstannyń «Aq jol» demokratıalyq partıasy; İşıq yolu) — özünü "konstruktiv müxalifət" kimi göstərən Qazaxıstanda siyasi partiya. Parlamentdə deputatları var. 3 aprel 2002-ci ildə ədliyyə orqanlarında qeydiyyata alınmışdır. Partiyanın sayı, Qazaxıstan Mərkəzi Seçki Komissiyasına görə 175.862 üzvdür. == Tarixi == Partiya "Qazaxıstanın Demokratik Seçimi" (QDS) ictimai birliyi əsasında quruldu. 2002-ci ilin yanvarında QDS hərəkatının təşkilatçıları ilə fikir ayrılıqları üzündən hərəkatın Siyasi Şurasının bəzi üzvləri yeni bir demokratik partiya "Ak Jol" yaratdıqlarını elan etdilər. 3 aprel 2002-ci ildə partiya Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. 2004-cü ildə keçirilən Məclis seçkilərində rəsmi məlumatlara görə, partiya səslərin 12,04% -ni aldı. Ümumilikdə, partiya üçüncü çağırış məclisində iki mandat aldı (Əlixan Baymenov- partiya siyahılarına görə, Amalbəy Tşan — birmandatlı seçki dairəsində).
Aland Mərkəzi Partiyası
Aland mərkəzi (isv. Åländsk Center) — Aland adalarıda fəaliyyət göstərən aqrar-mərkəzçi siyasi partiya. Əsası 1976-cı ildə qoyulmuşdur. 2003-cü ildə Aland adalarında keçirilmiş parlament seçkilərində partiya 24,1% səs toplayaraq, 30 mümkün yerdən 7-sini, 2007-ci ildə 23,5% səslə 8-ni, 2011-ci ildə 23% səslə 7 yeri əldə etmişdir. Partiyanın hazırkı lideri Yorqen Petterssondur.
Alaş Partiyası
Alaş Partiyası — Qazaxların partiyası. == Tarixi == Alaş XX əsrin əvvəlində milli liberal hərəkatın liderləri tərəfindən qurulmuş olan ilk Qazax siyasi partiyasının adıdır. Qurulduğu dönəmdə Rusiyanın Qazaxıstanı müstəmləkə durumuna gətirməsindən doğan iqtisadi və sosial problemlər kritik bir nöqtəyə çatmış idi. Qazax çöllərinin müstəmləkələşdirilməsi könüllü Slavyan köçmənlərinin, əsasən Rus kazaklarının və kəndlülərin verimli Qazax otlaqlarına əl qoyması şəklində tanımlana bilər. Bu müddət 1731-ci ildə Kiçik Jüzün ilhaqı ardından başlamış; Qazax ərazisi rəsmən dövlət mülkü elan edilmiş və 1868-ci ildəki Keçici Nizamlara görə qazaxların ortaq istifadəsinə verilmişdi. Rus kəndlərinin köç etməsi özəlliklə 1905-ci il Rus inqilabının ardından Pyotr Stolıpin torpaq islahatının (1906–1917) həyata keçdiyi sırada kritik bir hal almışdı. Bu islahat Rus çöl icmasının yox edilməsi və yerinə güclü və müstəqil ailə mülklərinin meydana gətirilməsini hədəfləyirdi. Rus hökuməti bu torpaqların alış-satışına müsaidə edən bir siyasət izləyərək bu torpaqların xoşgüzar kəndliləri olan kulakların əllərində olmasına şərait yaratmış və fəqir kəndlilərin Rusiya imperiyasının digər əyalətlərinə, özəlliklə Orta Asiya və Sibirə köç etməsini təşviq etmişdir. Fəqir kəndlilər torpaqlarını satdıqdan sonra topdan köç etmişdilər. Rusiya dövləti köçmənləri qorumuş idi: bütün vergilərdən (15 il müddət ilə) və bütün vəzifələrdən (25 il müddət ilə) məaf tutulmuşlar; hər ailəyə 100 manatliq bir hissə verilmiş və hər ailə rəisi 30 desyatinlik torpaq almış idi.
Alba Partiyası
Alba Partiyası (ing. Alba Party) – Şotlandiyada mövcud olan siyasi partiya. Partiya televiziya prodüseri Lori Flin və Şotlandiyanın keçmiş ilk naziri Aleks Salmond tərəfindən qurulub.
Albaniya Demokratik Partiyası
Albaniya Demokratik Partiyası (alb. Partia Demokratike e Shqipërisë, PD) — 1990-cı ildən bəri Albaniyanın sağçı siyasi partiyasıdır. Albaniya siyasi səhnəsindəki iki əsas partiyadan biridir. Albanların iki ən böyük etnik qrupundan biri olan qeqerlərin hakim olduğu Albaniyanın şimalında mövqeləri xüsusilə güclüdür. == Tarix == Partiya Albaniyada kommunist rejiminin devrilməsində son dərəcə vacib rol oynamışdır. Albaniya Demokratik Partiyasının qurulması zamanı partiyanın lideri Sali Berişa olur. Təsisçiləri arasında Mesila Doda da iştirak edir. 1990-1991-ci illərdə partiya Gezim Şimanın başçılıq etdiyi müstəqil həmkarlar ittifaqı ilə birgə hərəkət edir. ADP-nın hakimiyyətə yüksəlməsi 1991-ci ilin mayında ümumi tətil ilə asanlaşdırıldı. 1992-ci ildən 1997-ci ilə qədər Sali Berişa və Aleksandr Mexinin rəhbərliyi ilə Demokratik Partiya hakimiyyətdə idi.
Albaniya Kommunist Partiyası
Albaniya Əmək Partiyası (AƏP; alb. Partia e Punës e Shqipërisë, PPSh), həmçinin Albaniya Kommunist Partiyası (AKP; alb. Partia Komuniste e Shqipërisë, PKSh) — Albaniyanın kommunist dövründə (1945–1991) hakim və yeganə qanuni partiyası. 8 noyabr 1941-ci ildə təsis edilmişdir. Partiya 13 iyun 1991-ci ildə ləğv edilmiş və onun yerinə Albaniya Sosialist Partiyası yaradılmışdır. Mövcud olduğu müddətdə partiyada onun birinci katibi, həm də Albaniyanın faktiki lideri olan Ənvər Xoca dominantlıq etmişdir. == Tarixi == Albaniya Əmək Partiyası 8 noyabr 1941-ci ildə Tirana şəhərində, İtaliya işğalı şəraitində yaradılmışdır. AƏP alban xalqının faşist işğalçılarına qarşı mübarizəsinə, ölkədə kommunist rejiminin yaradılmasına başçılıq etmişdir. Albaniya azad edildikdən sonra hakim partiyaya çevrilmişdir. AƏP bu zaman Albaniyada əsaslı ictimai-iqtisadi islahatlar keçirmək üçün zəhmətkeş kütlələri səfərbərliyə almış, sosializm quruculuğunu elan etmişdir.
Albaniya Əmək Partiyası
Albaniya Əmək Partiyası (AƏP; alb. Partia e Punës e Shqipërisë, PPSh), həmçinin Albaniya Kommunist Partiyası (AKP; alb. Partia Komuniste e Shqipërisë, PKSh) — Albaniyanın kommunist dövründə (1945–1991) hakim və yeganə qanuni partiyası. 8 noyabr 1941-ci ildə təsis edilmişdir. Partiya 13 iyun 1991-ci ildə ləğv edilmiş və onun yerinə Albaniya Sosialist Partiyası yaradılmışdır. Mövcud olduğu müddətdə partiyada onun birinci katibi, həm də Albaniyanın faktiki lideri olan Ənvər Xoca dominantlıq etmişdir. == Tarixi == Albaniya Əmək Partiyası 8 noyabr 1941-ci ildə Tirana şəhərində, İtaliya işğalı şəraitində yaradılmışdır. AƏP alban xalqının faşist işğalçılarına qarşı mübarizəsinə, ölkədə kommunist rejiminin yaradılmasına başçılıq etmişdir. Albaniya azad edildikdən sonra hakim partiyaya çevrilmişdir. AƏP bu zaman Albaniyada əsaslı ictimai-iqtisadi islahatlar keçirmək üçün zəhmətkeş kütlələri səfərbərliyə almış, sosializm quruculuğunu elan etmişdir.
Ali partiya məktəbinin binası
Ali partiya məktəbinin binası — Rostov-na-Donu şəhərinin ərazisində, Budyannovski prospekti Moskovskaya küçəsi, ev 20/45 ünvanında yerləşən bina. Bina Qeorqi Aleksadroviç Petrov və N. Q. Xudavertovun layihəsi əsaaında 1953–56-cı illər ərzində inşa edilmişdir. Binada kommunist partiyasının ali məktəbi yerləşirdi. Bina neoklassizm stilində inşa edilmişdir. Bu dövrdə Xruşov funksionalizmi hökmranlıq edirdi. == Tarixi == Tikinti ilə əlaqədar layihə Q. A. Petrov tərəfindən hazırlanmışdı. Bu layihəyə görə Ali partiya məktəbinin binası şəhərin ən gözəl dizayn edilmiş və dekorlarls bəzədilmiş binalarından biri olmalı idi. Ancaq tikintinin gedişi bir fərmanla tamamən dəyişdirilməli olmuşdur. SSRİ Nazirlər Kabineti və MK 4 noyabr 1955 il qərarı ilə tikindidə artıqların aradan qaldırılması ilə əlaqədar verilən əmrdə binaların xüsusi ilə fasadlarında olan bəzək elementləri yığışdırılır. Bu əmrin tikintiyə təsir görtərməsinə baxmayaraq arxitektor bu təsirləri minimallardırmağa nail olmuşdur.
Almaniya Fəhlə Partiyası
Almaniya fəhlə partiyası (alm. Deutsche Arbeiterpartei‎, DAP) — Almaniyada 1919-cu ildə yaranmış partiya. == Tarixi == Veymar konstitusiyası qəbul ediləndən sonra da Almaniyada inqilabi əhvali-ruhiyyə davam etməkdə idi. Bu isə ilk növbədə yuxarı dairələri narahat edirdi. Ona görə də onlar çarəni faşist partiyasını yaratmaqda gördülər. Almaniyada ilk faşist partiyası 1919-cu ilin yanvarında Anton Dreksler tərəfindən Almaniya fəhlə partiyası adı ilə yarandı. Onun proqramı 1920-ci ildə qəbul edildi və orada Böyük Almaniya yaratmaq ideyası irəli sürüldü. Bu partiyanın liderləri tezliklə müəyyən etdilər ki, Almaniyada həm millətçilik, həm də sosializm ideallarına sədaqət çox güclüdür. Ona görə də 1921-ci ildə onlar bu partiyanın adını dəyişdirərək Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDAP) adlandırdılar.
Almaniya Kommunist Partiyası
Almaniya Kommunist Partiyası (alm. Kommunistische Partei Deutschlands‎) — XX əsrin birinci yarısında Almaniyada mövcud olmuş siyasi partiyalardan biri.
Almaniya Sosial-Demokrat Partiyası
Almaniya Sosial Demokrat Partiyası — Almaniyada siyasi partiya Almaniya Sosial-Demokrat Partiyası "Forverts" (İrəli) məlumat və "Noye Gezelşaft" (Yeni cəmiyyət) nəzəri jurnallarını nəşr edir.
Almaniya Sosial Demokrat Partiyası
Almaniya Sosial Demokrat Partiyası — Almaniyada siyasi partiya Almaniya Sosial-Demokrat Partiyası "Forverts" (İrəli) məlumat və "Noye Gezelşaft" (Yeni cəmiyyət) nəzəri jurnallarını nəşr edir.
Almaniya nasional-sosialist fəhlə partiyası
Nasional Sosialist Alman Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiterpartei‎) — Veymar Respublikası dövründə yaranan alman siyasi partiyasıdır. O dövrlərdə Almaniya imperiyasının Birinci dünya müharibəsini uduzması və ağır itkilər verməsi və sonda Versal sazişi ilə alman xalqının bütün haqlarının alınması və xalqın qısaca əzilməsi bu qatı milliyətçi partiyanın yaranmasına səbəb oldu. Müharibədən sonra böyük böhranında baş verməsi ilə alman xalqı işsiz və evlərinə günlərlə çörək aparmayacaq vəziyyətə gəlmişdi. Partiyanın üzvlərinin sürətlə artması da bununla əlaqədardır. 20-ci əsrdə alman siyasətində çox böyük yer tutan partiyanın ideologiyası nasional sosializm olmuşdur. Hakimiyyəti dövründə anti-marksist, anti-semitist, anti-kapitalist siyasət yeritmişdir. == Tarixi == Tarixi olaraq partiyanın sələfi kiçik bir qüvvə olan alman millətçiləri idi. Müharibədən sonra Almaniyanın pis vəziyyətdə olması Anton Drekslerin Almaniya Fəhlə Partiyasını qurması ilə nəticələndi. Bu partiya müharibədən sonra Almaniyada qurulan ilk partiyalardan idi.
Almaniya üçün Alternativ (siyasi partiya)
"Almaniya üçün Alternativ", AfD (alm. Alternative für Deutschland, AfD‎) — Almaniyanın radikal mühafizəkar və Avropaya inteqrasiya siyasətini rədd edən siyasi partiyası, 6 fevral 2013-cü ildə yaradılıb. Almaniya üçün Alternativ (AfD) partiyası ifrat sağçı və antisemitizm baxışlarını təbliğ etməkdə ittiham olunan mübahisəli siyasi partiyadır. Partiya son illərdə əhəmiyyətli seçki uğurları yaşasa da, Bundestaqda təcrid olunmuş vəziyyətdə qalır və digər siyasi partiyaların və medianın tənqid obyektinə çevrilib. == Partiya İdeologiyası == AfD immiqrasiya, İslam və Avropa İttifaqını tənqid edən sağçı populist və millətçi siyasi partiyadır. Partiyanın ideologiyasını perspektivdən asılı olaraq ifrat sağçı və ya populist-sağçı kimi təsnif etmək olar. == Seçki Performansı == AfD son illərdə əhəmiyyətli seçki uğuru qazanıb. 2013-cü il federal seçkilərində partiya 4,7% səs toplasa da, Bundestaqa daxil ola bilməyib. 2017-ci il federal seçkilərində partiya 12,6% səs qazanaraq ilk dəfə Bundestaqa daxil olaraq parlamentdə üçüncü ən böyük partiya oldu. 2021-ci il federal seçkilərində partiya əvvəlki seçkilərlə müqayisədə müəyyən dəstəyi itirərək 10,3% səs qazandı.