PEÇ

PEÇ Bir yekə otağın küncündə dəmir peç yanırdı (C.Məmmədquluzadə); SOBA [Qəndab:] Sobanı sökdüm, atam öləndən bəri bağlı qalan otağın qurumunu aldım (B.Bayramov).

PAZI
PEDAQOQ
OBASTAN VİKİ
Peç
Peç bu mənaları ifadə edə bilər: Peç (Macarıstan) — Macarıstanda şəhər. Peç (Kosovo) — Kosovoda şəhər.
Ledi Peç
Ledi Peç (əsl adı: Ledi Araseli Peç Martin; ing. Leydy Pech; 1965) — meksikalı arıçı və mayalı ekoloqu. 2020-ci ildə Yukatan yarımadasında transgen soya paxlasının əkilməsi əleyhinə işinə görə Qoldman Ətraf Mühit Mükafatına layiq görülmüşdür. == Bioqrafiya == === Arıçılıq işi === Ledi Peç əsasən arıçılıqla məşğuldur. O, bir neçə icmada ənənəvi Maya mədəniyyətinin bir hissəsi kimi əsrlər boyu becərilən Melipona beecheii adlı amansız arı növünü saxlayır. Melipona beecheii pətəklərini içi boş oduncuqlarının içərisində qurur. Əksər arıçılar Apis mellifera növlərindən istifadə etməyə üstünlük versə də, Peç və onun icması yerli olaraq Xunaan Kab (Bal Xanımı) kimi tanınan bölgədə bu növün melipona çeşidindən istifadə ənənəsini saxlamaq üçün M. beecheii-dən istifadə edir. Ledi Peç ənənəvi üsulla bal yetişdirdiyi iki hektar torpaq sahəsinə malikdir. Peç təşkilatı arıların yetişdirilməsi və onların ballarının toplanması ilə bağlı kollektiv iş vasitəsilə icma hissini inkişaf etdirməyə çalışır. O, ailələrin birlikdə işlədiyi və sağ qalmaq üçün bir-birini dəstəklədiyi yaxınlıqdakı İç-Ek icmasını təqlid etməyi hədəfləyir.
Peç Universiteti
Peç Universiteti (ing. University of Pécs, hun. Pécsi Tudományegyetem, rəsmi qısaldılması PTE), Macarıstanın Peç şəhərində yerləşir və ölkənin ən qədim universitetidir. 10 fakültə, 32 klinika və s. bölmələri olan universitet, ölkənin ən böyük ali təhsil universitetlərindən biridir. Burada macar, ingilis və alman dilində təhsil proqramları tədris olunur. Həmçinin, universitet geniş beynəlxalq treyninqlər və dərəcə proqramları təklif edir, yüksək səviyyəli bilik transferi və tədqiqat platformlarını təmin edir. PTE-nin təxminən 26000 tələbə və 2000 professor və müəllim heyəti var. On fakültədə verilən geniş təhsil proqramları demək olar bütün elmi sahələri əhatə edir. Tələbələr bakalavr, magistratura və doktorantura pilləsində təhsil ala bilərlər.
Peç (Kosovo)
Peç (serb. Пећ, Peć, alb. Pejë, Peja) — Metohiyanın şimal-qərbində yerləşən Kosovoda bir şəhər (əslində Kosovanın qismən tanınmış respublikasının səlahiyyətliləri tərəfindən nəzarət olunur). 2009-cu ildə əhalinin sayı 82 299 nəfər təşkil edirdi. Şəhər əhalisinin və cəmiyyətin əksəriyyəti — albanlar (86 %), serblər, bosniyalılar, türklər, siqanlar yaşayırlar. Leka Dukacini (1410—1481) — hökmdar.
Peç (Macarıstan)
Peç (mac. Pécs) — Macarıstanın əhalisinə görə 5-ci ən böyük şəhəri. Bu şəhər 2010-cu ildə Avropanın Mədəni Paytaxtı seçilib. Şəhər turistik əhəmiyyətinə, Peç Universitetində xeyli əcnəbi tələbənin təhsil almasına görə dünyada məşhurdur. Peçin Qədim xristian nekropolu 2000-ci ildə UNESCO-nun ümumdünya irsinin siyahısında salınıb. Peçin tarixi 2000 il əvvələ qədər gedib çıxır. Eramızdan əvvəl 4-cü əsrdə orada kelt qəsəbələrinin olması arxeoloji qazıntılar zamanı aşkar edilib. Roma İmperiyasının Pannoniya vilayətinin tərkibində şəhərin adı Sopine olub. 4-cü əsrdən etibarən orada xristian icması yaranır. İmperiya süquta uğradıqdan sonra bölgə barbarların, hunların və avarların hökmranlığı altına keçib.
Peç (şəhər, Kosova)
Peç (serb. Пећ, Peć, alb. Pejë, Peja) — Metohiyanın şimal-qərbində yerləşən Kosovoda bir şəhər (əslində Kosovanın qismən tanınmış respublikasının səlahiyyətliləri tərəfindən nəzarət olunur). 2009-cu ildə əhalinin sayı 82 299 nəfər təşkil edirdi. Şəhər əhalisinin və cəmiyyətin əksəriyyəti — albanlar (86 %), serblər, bosniyalılar, türklər, siqanlar yaşayırlar. Leka Dukacini (1410—1481) — hökmdar.
Peç (şəhər, Kosovo)
Peç (serb. Пећ, Peć, alb. Pejë, Peja) — Metohiyanın şimal-qərbində yerləşən Kosovoda bir şəhər (əslində Kosovanın qismən tanınmış respublikasının səlahiyyətliləri tərəfindən nəzarət olunur). 2009-cu ildə əhalinin sayı 82 299 nəfər təşkil edirdi. Şəhər əhalisinin və cəmiyyətin əksəriyyəti — albanlar (86 %), serblər, bosniyalılar, türklər, siqanlar yaşayırlar. Leka Dukacini (1410—1481) — hökmdar.
Peç (şəhər, Macarıstan)
Peç (mac. Pécs) — Macarıstanın əhalisinə görə 5-ci ən böyük şəhəri. Bu şəhər 2010-cu ildə Avropanın Mədəni Paytaxtı seçilib. Şəhər turistik əhəmiyyətinə, Peç Universitetində xeyli əcnəbi tələbənin təhsil almasına görə dünyada məşhurdur. Peçin Qədim xristian nekropolu 2000-ci ildə UNESCO-nun ümumdünya irsinin siyahısında salınıb. Peçin tarixi 2000 il əvvələ qədər gedib çıxır. Eramızdan əvvəl 4-cü əsrdə orada kelt qəsəbələrinin olması arxeoloji qazıntılar zamanı aşkar edilib. Roma İmperiyasının Pannoniya vilayətinin tərkibində şəhərin adı Sopine olub. 4-cü əsrdən etibarən orada xristian icması yaranır. İmperiya süquta uğradıqdan sonra bölgə barbarların, hunların və avarların hökmranlığı altına keçib.
Kiyev-Peçersk lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Kiyev-Peçora lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Peça Kuça
Peça Kuça və ya PeçaKuça və ya Peça-Kuça (yap. ペチャクチャ, "[boş-boşuna] söhbət, laqqırtı") — qeyri-formal "PechaKucha Nights" konfranslarında xüsusi olaraq forma və davamlılığı baxımından məhdudlaşdırılmış qısa hesabatların təqdim olunması metodologiyasıdır. Çıxış edən şəxs 20 slayddan ibarət təqdimat-hesabat təqdim edir, hər bir slayd 20 saniyə nümayiş etdirilir, bundan sonra o avtomatik olaraq növbəti slaydla əvəz edilir. Beləliklə, təqdimatın ümumi müddəti 6 dəqiqə 40 saniyə ilə məhdudlaşır. Təqdimatlar bir-birinin ardınca gedir. Təqdimatların sayı adətən 8-12 aralığında dəyişir.
Peçeneqlər
Peçeneqlər (q.türk Becěnek, q.yun. Πετσενέγοι, və ya q.yun. Πατζινάϰαι, lat. Pacinac, q.rus печэнегъ) — oğuz tayfalarından biri, tarixi mənbələrdə "beçeneqlər" də adlandırılır. Göytürklərin qərb qanadını meydana gətirən onoklardan meydana gələn Peçeneqlər, VI əsrdə Issık gölü və Balxaş gölü ətrafında yaşadıqları güman olunur. VIII əsrdə Oğuzların təzyiqiylə qərbə köç etmiş peçeneqlər, X əsrdə Qara dəniz və Balkanlara gəldilər. Qara dənizin şimalında və Balkanlarda XI əsrin sonlarına qədər əhəmiyyətli bir güc oldular. Xanlıq səviyyəsində bir dövlət də (860–1091) qurublar. Don-Kubat bölgəsində xanlıq yaradan peçeneqlər, ruslarla döyüşərək onlara ağır zərbələr vururdular. 915-ci ildə başlayan və 1036-cı ilə qədər davam edən rus- peçeneq müharibələri, ruslara ağır itkilər verdi.
Peçeneq–Kiyev münasibətləri
Şərqi Avropa düzənliklərinə tam sahib olan ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar. 944-cü ildə Kiyev knyazı İqor peçeneqlərlə hərbi ittifaq quraraq, Bizans üzərinə birgə yürüş təşkil etdi. Yürüşün qarşısını almaq üçün Bizans imperatoru Roman müttəfiqlərə «qızıl doldurulmuş arabalar vermək məcburiyyətində qaldı». Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3 il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar. 971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi yürüş təşkil etdi. Dikbaş Kiyev knyazının bu hərəkətinin cəzası daha ağır oldu.
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989)
Peçka-Banya
Peçka-Banya (serb. Пећка Бања, alb. Banja e Pejës) — Metohiyanın qərbindəki İstok bələdiyyəsindəki qəsəbə. Əslində qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur. Balneoloji bir istirahət bölgəsidir. kurortdur. Peçka-Banya qəsəbəsi İstok bələdiyyəsində, Qərbi Metohiyada yerləşir. Şimalda Velo icması, cənub-şərqdəki Dobruş icması və cənub-qərbdə isə Peç bələdiyyəsi ilə həmsərhəddir. Priştina şəhərindən 80 km və Peç şəhərindən 12 km məsafədə yerləşir. Yaxınlıqda Ağ Drin və Peçka-Bistritsa çayları var.
Peçora dənizi
Peçora dənizi — (rus. Печорское море) Şimal Buzlu Okeanında, Barens dənizinin cənub-şərqində, Rusiya Federasiyasının şimal-qərbində yerləşən dənizdir. Dənizi qərbdən Kolquev adası, şərqdən Vayqaç adası və Yuqorski yarımadsı, şimaldan isə Yeni Torpaq adası əhatə etmişdir. Peçora dənizi dayaz dənizlərə aiddir və onun orta dərinliyi 6 metr, ən dərin yeri isə 210 m-dir. Dənizdə sahilə yaxın yerləşən adalar vardır ki, bunlardan da ən böyüyü Dolqıy adasıdır. Peçora dənizi noyabr ayından iyun ayına qədər üzən buzlarla örtülü olur. Dənizə axan ən böyük çay Peçora çayıdır. Peçora dənizinin adlandırılması hələ Barens dənizi belə adlandırılmazdan əvvəl olmuşdur. Barens dənizinin qalan hissəsi əvvələr Murmansk dənizi adlanırdı. Peçora dənizinin ətraf mühit xüsusiyyətləri yüksək coğrafi enliklərdə yerləşən digər Arktik dənizləri kimidir.
Peçori
Peçori (rus. Печо́ры; est. Petseri) ― Rusiyanın Pskov vilayətinin Peçorski rayonun inzibati mərkəzi. Şəhərin əhalisi 1989-cu il əhali siyahıya almasında 11 935, 2002-ci il əhali siyahıya almasında 13 056 nəfər olmuş, 2010-cu il əhali siyahıya almasında isə bu rəqəm 11 195 nəfərə düşmüşdür. Peçorinin əhalisinə bir neçə yüz etnik eston daxildir.[mənbə göstərin] Peçori şəhəri 16-cı əsrdə, 1473-cü ildə Dorpatdan (indiki Tartu) Pskov respublikasına qaçan pravoslav rahib İona tərəfindən əsası qoyulmuş Pskov monastırı yaxınlığında salınmışdır. Şəhərin adı olan Peçori və ya daha əvvəlki versiyası ilə Peçeri toponimi rus dilində " mağara" mənasını verən "peşeri" (пещеры) sözündən törəmişdir. Ərazi zamanla əhəmiyyətli ticarət məntəqəsi və sərhəd qalası halına gəlmişdir. Peçori, IV İvan Qroznının hakimiyyəti dövründə aparılan opriçnina siyasəti zamanı zemstvaya tabe olan bələdiyyə torpaqlarına daxil edildi. Ərazi Rusiyanın rəqibləri tərəfindən dəfələrlə mühasirəyə alınmışdır: Transilvaniya knyazı Stefan Batoriy Pskov mühasirəsi zamanı Peçorini ələ keçirmiş, şəhər 1592, 1611, 1615, 1630 və 1655-1657-ci illərdə isveçlər və ya polyakların hücumuna məruz qalmışdır. Peçori 1701 və 1703-cü illərdə Şimal müharibəsi zamanı isveçlər tərəfindən mühasirəyə alınmışdır.
Peçorin Kərimov
Kərimov Peçorin Müzəffər oğlu (23 fevral 1939-cu il Azərbaycan Respublikası Zəngilan rayonu Keçikli kəndində) – kimya üzrə fəlsəfə doktoru, dosent – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) – aparıcı elmi işçisidir. Amorf polimerləri özündə həll edən yeni plastifikatorlar-, dizel yanacaqları üçün yeni antioksidantlar kəşf etmişdir. Yaponiyanın, İtaliyanın və başqa dünya ölkələrinə, həmçinin Azərbaycan Respublikasına valyuta ilə satdığı kimyəvi reagentləri əvəz edən yeni və effektli yerli Azərbaycan reagentlərini – kəşf etmiş və sənayedə tətbiq eləmişdir. D. H. Mendeleyev adına ümumi ittifaq kimya cəmiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. P. M. Kərimov 23 fevral 1939-cu ildə Azərbaycan Respublikasının Zəngilan rayonunun Keçikli kəndində ziyalı ailəsində — (onun atası Kərimov Müzəffər Abış oğlu Köhnə Koryağın, indiki Füzuli rayonunda yerləşən 4 illik gimnaziyanı bitirmişdir) anadan olmuşdur. Onun atasının arxa cəbhədə kolxoz sədri işləməsi üçün Müvafiq Komitə tərəfindən "BROUN" icazəsi olmağına baxmayaraq, könüllü surətdə 2-ci dünya müharibəsində fəal iştirak etmiş və 1943-cü ildə Krımda Kerç çayında həlak olmuşdur. (Qeyd etmək lazımdır ki, həmin gün Almanların göydən tökdükləri öldürücü silahların təsirindən çoxlu Azərbaycanlı döyüşçüləri vətən yolunda şəhid olmuşlar. P. M. Kərimov 1958-ci ildə həmin rayonun mərkəzində olan Pirçivan orta məktəbini qızıl medalla bitirmiş, həmin ili də Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1964-cü ildə isə AMEA NKPİ-nin əyani aspiranturasına daxil olmuşdur. P. M. Kərimov 1971-ci ildə kimya elmləri namizədi alimlik adını almaq üçün "Etilenqlikolun hidroksil-, xlortərkibli efirlərinin sintezi və onların plastifikatorluq xassələrinin yoxlanılması" mövzusunda dissertasiya müdafiə etmişdir. Ona SSRİ Nazirlər Sovetinin Ali Attestasiya Komissiyasının qərarı ilə kimya üzrə fəlsəfə elmləri doktoru adı verilməklə bərabər həm də SSRİ Dövlət plan komitəsinə göstəriş verildi ki, P. M. Kərimovun kəşf etdiyi plastifikatorlar həm yeni, həm də effektli olduğu üçün Volqodon şəhərində yerləşən "Volqodon kimya kombinantı nəzdində sənaye qurğusu onun şəxsi iştirakı ilə tikilsin.
Peçoylar
Peçoylar (beçoylar) — Orta əsrlərdə Macarıstan ərazisində yaşamış müsəlman-türk xalqı. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupuna aid edilən peçeneqlərdən (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) sayır. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır. Peçoylar barədə dövrümüzə qədər gəlib çatmış yeganə tarixi sənəd məşhur türk səyyahı Övliya Çələbinin "Səyahətnamə" əsəridir. Övliya Çələbi peçoylara XVII əsrin ortalarında Macarıstan ərazisində rast gəlmişdir. Övliya Çələbi Səyahətnaməsində Macarıstan ərazisindəki Peçoy şəhəri haqqında: “Su və havasının dadlılığından bütün oğlanları otuz yaşına qədər tər bığlı, gözəl üzlü olub, mələk görünüşlü, həddən artıq parlayan Günəş kimi, yetkin və gözəl üz sahibliyi ilə tanınan cavanlardır. Dişləri inci kimi olan gözəl və ədəbli qızları və qadınları... Şəriətdən kənar zərrə qədər baş çıxararsa, o an öldürülərlər. Bütün sərhəd xalqları kimi…sinəsi və qolları gümüş düyməli çuxadan qısa dolamalar…, başlarına tam bəyaz çuxadan samur papaqlar geyib… qılınc, şeşpər, şiş ilə gəzən bir alay qazilərdir, lakin Peçoylar bu xalqlar arasında bəsbəllidir.
Yekaterina Peçe
Çudo Peçka
"Çudo Peçka" — Bakıda mağazalar şəbəkəsi. Çingiz Cəlilov tərəfindən yaradılmış "Çudo Peçka" ilk dəfə 6 iyun 2001-ci ildə Bakıda, Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlamışdır. Sonrakı illərdə sayı artaraq, şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. 2018-ci ilin yanvar ayında sonuncu filialı bağlanıb. Şirkətin hazırkı qanuni təmsilçisi Fuad Məmmədov, nizamnamə kapitalı isə 10 manatdır. 2024-cü ilin mayına olan məlumata görə "Çudo Peçka"nın 150 milyon manatdan çox borcu var. 2003 – ABŞ-nin Nyu-York şəhərində keçirilən "Quality Summit"də "Çudo Peçka"ya "Yüksək Keyfiyyət və Biznes Prestiji" sahəsində Qızıl Mükafat verilib. 2004 – Fransanın paytaxı Parisdə "World Quality Commitment"in "Beynəlxalq Planlama üzrə Keyfiyyət Ulduzu" təqdim olunub. 2004 – Avstryanın paytaxtı Vyanada "XXI əsr Prestij və Keyfiyyət üzrə "Actualidad" mükafatı"nı alıb. 2005 – Almaniyanın Frankfurt şəhərində "Keyfiyyət və Texnologiya üzrə Brilliant Kateqoriya"sında "Arch of Europe" mükafatı verilib.
İbrahim Peçevi
İbrahim Peçevi (türk. İbrahim Peçevi; 1574[…], Peç – 1649[…], Buda) — Macar əsilli osmanlı tarixçisi. Macar mənbələrində Vakanüvis adı ilə tanınır. Boşnak əsilli olan anası soylu ailəyə mənsub olmuşdur. Peçevi 14 yaşı olarkən atasını itirmiş və qohumları tərəfindən Anadolu Bəylərbəyi Lala Mehmed Paşanın himayəsinə verilmişdir. Osmanlı imperiyası və Avstriya-Macarıstan imperiyaları arasında baş verən bir çox müharibədə iştirak etmiş İbrahim Peçevi həmin müharibələrdə baş verən hadisələrin qələmə alınmasında mühüm xidmətlər göstərmişdir. 1641-ci ildə dövlət işlərindən kənarlaşaraq həyatını şahid olduğu dövrün tarixini yazmağa həsr etmişdir. Peçevi tərəfindən yazılan əsərlərdə, xüsusi ilə 1520–1640-cı illərin tarixi hadisələri araşdırılmışdır. Peçevi ondan əvvəlki dövrün tarixini yazarkən istifadə etdiyi mənbələri açıq şəkildə göstərmiş və bir növ həmin mənbələrində itməsinin qarşısını almışdır. İbrahim Peçevi eyni zamanda Avropalı tarixçilərin əsərlərinə istinad edən və öz əsərlərində qərb tarixçilərindən mənbə göstərən ilk tarixçi kimi tanınır.
İlya Peçorski
İlya Borisoviç Peçorski (rus. Илья Борисович Печерский; 1900, Bakı – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı, dövlət xadimi, Azərbaycan SSR xalq təchizat komissarı. Siyasi repressiyaya məruz qalmışdır. İlya Borisoviç Peçorski 1900-cü ilə Bakıda anadan olmuşdur. 1917-ci ildən Bakının neft mədənlərində işləmiş və fəhlələrin "İqla" həmkarlar ittifaqında çalışmışdır. 1918-ci ildə Qızıl Orduda xidmət etmiş, elə həmin ilin dekabr ayında Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə qəbul edilmişdir. İnqilabi fəaliyyətinə görə 1919-cu ildə həbs edilmişdir. İlya Peçorski Bakıda gizli kommunist özəyinin təşkilatçılarından biri olmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra o, Azərbaycan İnqilab Komitəsinin və Bayıl-Bibiheybət rayon partiya komitəsinin katibi, Fabrik-Zavod rayon partiya komitəsinin təbliğat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1928–1937-ci illərdə SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi rəisinin müavini, Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini, Azərbaycan SSR xalq təchizat komissarı, ZSFSR və Azərbaycan xalq təsərrüfatı uçot idarələrinin rəisi olmuşdur.
Peçenye
Peçenye – undan bişirilən kiçik, yastı şirniyyat və ya çərəz. Bişirilməsində un, şəkər, yumurta, yağdan istifadə olunur, bəzən içərisinə şokolad, qoz, fındıq, yulaf, kişmiş qatılır. Peçenye adətən çay, kofe, süd kimi içkilərlə servis olunur. Peçenyeyə oxşar qida növləri qədim zamanlardan bişirilir, çünki uzun səyahətlərlə xarab olmadan qala bilirdilər. Lakin həmin qidalar kifayət qədər şəkərli olmadığı üçün müasir standartlara görə peçenye hesab olunmur. İlk peçenyelərin VII əsrdə İran ərazisində ortaya çıxdığı güman olunur. Həmin dövrdə regionda şəkərdən istifadə yayılmağa başlamışdır. Müsəlmanların İspaniya işğalından sonra peçenyelər Avropaya yayılmışdır. Vikianbarda Peçenye ilə əlaqəli mediafayllar var.

Digər lüğətlərdə