PƏHLƏVANİ

f. 1) pəhləvanlıq; 2) Azərbaycan xalq oyun havalarından biri; 3) bax pəhləvi (1-ci mənada).

PƏHLƏVANANƏ
PƏHLƏVİ
OBASTAN VİKİ
Pəhləvani
Pəhləvani və ya cənubi kürd dili (kürd. زەرەوایە کوردیا خوارین/Zaravayê Kurdîya Xwarîn) — kürd dillərindən biri. İranda (4,1 milyon; əsasən Kirmanşah və İlam ostanlarında) və İraqda (200 min; Diyalə və Vasitdə) kürdlər arasında yayılmışdır. Otuz yeddi variasiyanı özündə birləşdirir. Erqativliyinə görə dilçilər tərəfindən ayrıca dialekt kimi təsnif edilən lək ilə qarşılıqlı anlaşılır. Orta əsrlərdə cənubi kürd dili fars dilinin böyük təsiri altında olmuşdur. Onu danışan Kalhor tayfasını XVI əsrdə kürd tarixçisi Şərəf xan Bitlisi qeyd etmişdir. O, kürdləri dil və məişət həyatına görə şərti olaraq dörd qrupa ayırmışdır: kurmanc, lur, kalhor və goran.

Digər lüğətlərdə