PƏRVİZ

Bir mənası pəhləvicə “balıq” demək olub. “Qalib” mənasında da izah edirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

PƏRVƏRİŞ
PƏS
OBASTAN VİKİ
Kobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Abdullayev
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Axundbəyli
Axundbəyli Pərviz Mirzə Xosrov oğlu (1938)-pedaqoq, iqtisad elmləri namizədi, dosent Pərviz Mirzə Xosrov oğlu 1938-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1958-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Universitet təhsilini başa çatdırdıqdan sonra Bakı şəhəri Oktyabr rayonu Ərzaq Malları Ticarət Təşkilatında, 1 saylı Bakı Şərabçılıq zavodunda və Dövlət Şərabçılıq və Üzümçülük Komitəsində iqtisadçı vəzifəsində işləmişdir. 1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunduqdan sonra instituta mütəxəssis kadrların cəlb olunmasına başlanmış və buna görə də 1967-ci ildən etibarən Pərviz Axundbəyli də "Ticarətin iqtisadiyyatı və təşkili" kafedrasına dəvət olunmuşdur. 1967-ci ildən indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində o, baş laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsinə kimi yüksəlmişdir. İşlədiyi dövrdə P.Axundbəyli institutun ictimai və təşkilati işlərində də fəal iştirak etmişdir. Eyni zamanda Respublika "Bilik" Cəmiyyətinin xətti ilə 1972-1976-cı illərdə müxtəlif şəhər və rayonlarda keçirilən elmi-nəzəri konfranslarda iqtisadi mövzularda məruzələr etmişdir. P.Axundbəyli 1972-1976-cı illərdə qiyabi aspirantura təhsili almış, 1980-ci ildə Ukraynanın Kiyev şəhərində "Azərbaycanda kolxoz ticarəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-ci ildən etibarən Universitetin "Ticarət" kafedrasının dosentidir.
Pərviz Axundov
Pərviz Balabəyov
Pərviz Bağırov
Pərviz Sadıq Saleh oğlu Bağırov (1950) — azərbaycanlı teatr sənətçisi. Pərviz Füzuli oğlu Bağırov (1994) — azərbaycanlı boksçu.
Pərviz Bülbülə
Pərviz Bülbülə (1 aprel 1985, Bülbülə) — Azərbaycan meyxanaçısı, müğənni. Pərviz Bülbülə 1 aprel 1985-ci ildə Bülbülə qəsəbəsində doğulub. Suraxanı rayonu 208 nömrəli məktəbdə təhsil alıb. Orta təhsillidir. 2001–2013-cü illərdə ANS telekanalında yayımlanan De, Gəlsin! yarışma verilişində iştirak etmişdir. Türkan Vəlizadə, Damla kimi qadın sənətçilərlə düetlər etmişdir. Ailəsinin 2-ci övladıdır, özündən böyük Taleh adında bir qardaşı var. Evlidir, bir qızı, bir oğlu var.
Pərviz Cəbrayıl
Pərviz Şahbaz oğlu Cəbrayıl (18 yanvar 1971, Puşkin rayonu) — şair, yazıçı, publisist, "Azadlıq" qəzetinin redaktoru. Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub. 2000-ci ildə "Millətin səsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2001–2006-cı Rusiyanın Novosibirsk şəhərində çalışıb. 2007-ci ildə yenidən "Azadlıq" qəzetinə qayıdıb, baş redaktorun müavini kimi fəaliyyətə başlayb.
Pərviz Fərhadov
Pərviz Alastan oğlu Fərhadov (19 iyun 1989, Bala Bəhmənli, Füzuli rayonu) — Azərbaycanlı musiqiçi, kamança ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Azərbaycan Milli Konservatoriyasının müəllimi. Fərhadov Pərviz Alastan oğlu 1989-cu il iyunun 19-da Füzuli rayonu Bala-Bəhmənli kəndində fəhlə ailəsində anadan olmuşdur. 1996-cı ildə N. Nərimanov rayonu 45 saylı orta məktəbin I sinfinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 1998–2004-cü illərdə Bakı şəhəri N. Nərimanov rayonu Q. Qarayev adına 8 saylı uşaq musiqi məktəbini bitirmişdir. Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuyarkən ilk müəlliməsi Muradova Şahnaz xanım olmuş və alətin ilk dəfə olaraq sirrlərini ondan öyrənmişdir. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olmuşdur. Sonralar musiqi təhsilini davam etdirmək üçün 2004–2007-ci ildə Bakı şəhər G. Şaroyev adına 35 saylı 11-illik musiqi məktəbini bitirmişdir. 2005-ci il 26-sı mayda N. Nərimanov rayonu Uşaq yaradıcılıq mərkəzi tərəfindən diplomla tətif olunmuşdur. 2007–2011-ci ildə Azərbaycan Respublikası xalq artisti, professor Siyavuş Kəriminin rəhbərlik etdiyi Milli Konservatoriyanı əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan Milli Konservatoriyasında Bakalavr təhsili alarkən İxtisas dərslərini Respublikanın Əməkdar müəllimi Afət Kazımovadan, Muğam dərslərini isə Respublikanın Əməkdar Artisti Elnur Əhmədovdan almışdır.
Pərviz Fərzəliyev
Pərviz Gülmalıyev
Pərviz Zaur oğlu Gülmalıyev (10 may 1997; Bala Bəhmənli, Füzuli rayonu, Azərbaycan — 6 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Pərviz Gülmalıyev 10 may 1997-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. 2018-ci ildən Azpetrol MMC-də texniki inspektor vəzifəsində çalışırdı. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Gülmalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Pərviz Gülmalıyev 6 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Pərviz Heydərov
Heydərov Pərviz Telman oğlu (d. 19 iyul 1972, Bakı) – azərbaycanlı iqtisadçı, jurnalist. 1972-ci il iyul ayının 19-da Bakı şəhərində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri Səbail rayonundakı 219 nömrəli məktəbdə orta təhsil alıb. 1989-cu ildə N. A. Voznesenski adına Leninqrad (indiki Sankt-Peterburq) Maliyyə-İqtisad Universitetinin Bakı filialına daxil olub, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ilin sentyabr ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) aparıcı mütəxəssis vəzifəsinə işə götürülüb. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun makroiqtisadi tədqiqatlar şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 1996-cı ildən ölkə mətbuatında iqtisadi mövzuda məqalələrlə çıxış edir. 1000-dən çox analitik və bir neçə elmi məqalənin müəllifidir. İlk məqaləsi Kənd Təsərrüfatı Nazirliyinin keçmiş orqanı olan "Həyat" qəzetində çap edilib.
Pərviz Hüseynov
Pərviz Hüseynov — Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni kavaleri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı laureatı. Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Pərviz Hüseynova həsr edilmişdir.
Pərviz Həsənov
Pərviz Həsənov (idmançı) — Azərbaycan idmançısı; "Kür" Olimpiya Avarçəkmə Bazasının yaradıcısı; Azərbaycan Respublikasının akademik avarçəkmə üzrə əməkdar məşqçisi; əməkdar bədən tərbiyəsi və idman işçisi; ümumittifaq dərəcəli hakim; Həmkarlar İttifaqları bədən tərbiyəsi hərəkatının fəalı; SSRİ Həmkarlar İttifaqı idmanının fəxri veteranı; Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin Veteranlar Şurasının üzvü. Pərviz Həsənov (rejissor) — azərbaycanlı rejissor. Pərviz Həsənov (şəhid) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, Vətən müharibəsinin şəhidi.
Pərviz Mahmud
Pərviz Mahmud (1910, Tehran – 1996) — Azərbaycan əsilli iranlı bəstəkar və dirijor. O, müasir Tehran Simfoniya Orkestrasının yaradıcısıdır. Atası Mahmud Mahmud məşhur yazıçı, araşdırmaçı və siyasətçi olmuşdur. Pərviz Mahmud 1910-cu ildə azərbaycanlı Mahmud Mahmudun ailəsində Tehran şəhərində anadan olmuşdur. 1996-cı ildə vəfat etmişdir. Pərviz Mahmud Brüssels Kraliyyət Konservatoriyasında təhsil almışdır. ABŞ-yə köçdükdən sonra isə İndiana Universitetində dokoarantura pilləsində təhsil almışdır. 1959-cu ildə ABŞ-yə köçmüşdür. Bundan sonra musiqiçi fəaliyyəti ilə o qədərdə ciddi formada məşğul olmamışdır. ABŞ-yə köçdükdən bir neçə il sonra İndiana Universitetində doktarantura pilləsində təhsilini tamamlamışdır.
Pərviz Mahmudov
Pərviz Mahmudov (29 iyun 1983, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı bəstəkar. 29 iyun 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1989–2000-ci illərdə Bakı şəhəri Nizami rayonu 109 saylı orta məktəbdə təhsil almışdır. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili-teatr fakültəsinə daxil olmuş, 2004-cü ildə oranı bitirmişdir. 19 avqust 2014-cü ildə ailə qurmuşdur. İki övladı var. Universiteti bitirdikdən sonra Azərbaycan teleməkanında ilk dəfə olaraq ATV telekanalında keçirilən "Yeni ulduz-1" mahnı müsabiqəsinə qatılmış və finalçı olmuşdur. 2006-cı ildən bəstəkar kimi fəaliyyətə başlamışdır. Bu günə qədər 100-dən çox əsərin müəllifidir. Bəstəkarı olduğu mahnılar ifa edildikdən sonra qısa müddət ərzində hitə çevrilir.
Pərviz Müşərrəf
Pərviz Müşərrəf (11 avqust 1943, Dehli, Britaniya Hindistanı, Britaniya imperiyası – 5 fevral 2023) — Pakistanın 10-cu prezidenti (20 iyun 2001 – 18 avqust 2008). O, həmçinin 1998-2001-ci illərdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin 10-cu sədri və 1998-2007-ci illərdə Ordunun 7-ci Qərargah rəisi vəzifələrində çalışıb. Pərviz Müşərrəf 1943-cü il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib. Müşərrəfin ailəsi Pakistanın yaradılmasından sonra Hindistanı tərk etmişdi. Ancaq uşaqlığının əhəmiyyətli bir hissəsi atasının dövlət qulluğu ilə əlaqədar Ankarada keçmişdir. 1961-ci ildə Pakistan Hərbi Akademiyasına daxil olub. Daha sonra təhsilini Pakistan Milli Müdafiə Kollecində davam etdirib. Bunun ardınca İngiltərə Kral Müdafiə Elmi Kollecini bitirib. Müşərrəfin hərbi karyerasının başlanğıcı 1964-cü ilə təsadüf edir. Bu müddət ərzində o, Böyük Britaniyada hərbi təhsilə yiyələndi.
Pərviz Məmmədli
Pərviz Həsən oğlu Məmmədli (30 mart 1996, Neftçala rayonu – 24 oktyabr 2020, Şuşa rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, kəşfiyyatçı İkinci Qarabağ müharibəsi şəhidi.Məmmədl Pərviz 2019-ci ilde rəsmi nigaha girmiş və bu nigahdan 14.02.2020- çi il tarixdə Miray adlı qız övladı dünyaya gəlmişdir.Pərviz Məmmədli 6 aylığından anası ile birlikdə baba evində qalmış ve baba tərbiyəsi almış,baba Pərvizi sevə sevə her qaygisn çeken çəkə baba böyütmüşdü.Perviz 7 aylığından ata qayğısından uzaq qalmışdır.Tale ele bir oyun oynadiki Pərvizin qızıda 7-ayligindan ata nəvazişindən uzaq qaldı.Qəhrəman övladım Pərviz aprel döyüşlərində de sucaətlə döyüşmüş ermeni serefsizleri tərəfindən snayperlə ağır yaralanmışdı.iki dəfə əməliyyat olunmasına baxmayaraq hekimin yazdigi rəyə qarşı gelerek yenidən öz xidmət etdiyi hərbi hissəyə qayıtmağa can atmışdır.Hormetli Ali Baş kamandanin bir əmrini gözləyən XTQ 052 kəşfiyyatçı Məmmədli Pərviz vetenmizin müstəqilliyini qorumaq üçün düşmənlərimizi məhv etmək üçün müharibəyə can atır və necə necə erməni postunu yararaq torpaqlarımızdan düşmənlərmizi qovur və 24.10.2020- çi il tarixində geden qızğın döyüşlerde Şusaya 2-km qalmış serefsiz ermeni tərəfindən 5.45-lə çiyin nahiyəsindən vurularaq şəhidliye ucalır.Allah bütün sehidlərin ruhun şad məkanın cənnət elesin Amin ilahi amin. Pərviz Məmmədli 30 mart 1996-cı ildə Neftçala rayonunda anadan olmuşdur. 2002-ci ildə Neftçala rayonu E. Həbibov adına 4 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 5-ci sinfi Neftçala rayon Humanitar Təmayüllü Muğan Liseyində, 6–8-ci sinfləri isə Bakı şəhərində yerləşən Respublika Olimpiya İdman Liseyində, təhsilini boks uzrə davam etdirmişdir. Orda da bir neçə nailiyyətlər qazanmışdır. 2019-cu ildə ailə həyatı qurmuşdur, və bu evlilikdən Miray (d. 14 fevral 2020-ci il) adlı övladı dünyaya gəlmişdir. 2014-cü ilin aprel ayında Neftçala rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Pərviz ilk xidmətini Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi N saylı hərbi hissədə xidmətə başlayır. Xidməti dövrundə hərbi hissədə rabitə bölüyündə baş rabitəçi xidmətini davam etdirir.
Pərviz Məmmədov
Pərviz Ələddin oğlu Məmmədov (9 avqust 1989; Bakı, Azərbaycan SSR — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Pərviz Məmmədov 1989-cu il avqustun 9-da Bakı şəhərində anadan olub. 1995–2006-cı illərdə Qaradağ rayonunda Q. Abbasov adına 288 nömrəli tam orta məktəbdə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. Azərbaycan Ordusunun kapitanı olan Pərviz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Məmmədov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Pərviz Məmmədrzayev
Pərviz Məmmədrzayev – Azərbaycan pantomim aktyoru. Azərbaycanın xalq artisti (2018). Pərviz Məmmədrzayev 1994-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirmişdir. 1994-cü ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Teatr-studiya 2000-ci ildə Dövlət statusu almışdır. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində S. Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B. Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq etmişdir. Pərviz Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs almışdır. Kollektivlə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak etmişdir. Gürcüstanda keçirilən "Teatr+Video" festivalı, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Türkiyədə IV Ankara Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, İranda I Beynəlxalq Pantomima Festivalı, Almaniyada "VIII – Unidram" Festivalı, Türkiyədə VI Ankara Teatr Festivalı, İranda "Dostluq" Teatr Festivalı, Misirdə Eksperimental Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmiş, Pantomima Teatrını bu ölkələrdə tanıtmışdır. 2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlamış, həmin ilin may ayında "Simsar" teatr-studiyasını yaratmışdır.
Pərviz Məmmədzadə
Pərviz Zahid oğlu Məmmədzadə (31 iyul 2001, Qaraxanbəyli, Naxçıvan Muxtar Respublikası – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kursantı, İkinci Qarabağ müharibəsinin şəhidi. Pərviz Məmmədzadə 31 iyul 2001-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində dünyaya göz açmışdır. 2007-2015-ci illərdə Qaraçuq kəndində yerləşən Vilayət Mahmudov adına 9 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyə daxil olub. 2018-ci ildə bu liseydən məzun olaraq Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin dərinliklərinə yilənmək üçün kursant kimi təhsilini davam etdirib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi-də iştirak edib. Pərviz Məmmadzadə 2020-ci il noyabrın 6-da Xocavənd-in işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub. 2020-ci il noyabrın 19-da Qaraçuq kənd məzarlığında dəfn olunub. Azərbaycan-ın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev -in 2020-ci il 15 dekabr tarixli Sərəncam-na əsasən Pərviz Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən ” Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib .
Pərviz Nağıyev
Pərviz Güloğlan oğlu Nağıyev (1 yanvar 1991; Tovuz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi. Pərviz Nağıyev 1991-ci il yanvarın 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Pərviz Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Nağıyev sentyabrın 29-da Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Pərviz Novruzlu
Pərviz Qorxmaz oğlu Novruzlu (15 oktyabr 1997; Çərçiboğan, Şərur rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Pərviz Novruzlu 15 oktyabr 1997-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Şərur rayon Çərçiboğan kənd tam orta məktəbində orta təhsil almışdır. Pərviz Novruzlu 2015-ci ilin oktyabrından Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qrupunun üzvü kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti dövründə 15-17 avqust 2016-cı il tarixində keçirilmiş “Ən yaxşı kəşfiyyat qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri fərmanla təltif olunmuşdur. 23 mart 2017-ci ildə hərbi xidməti kəşfiyyatçı əsgər kimi başa vurmuş və sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Novruzlu 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı-qumbaraatan olaraq vuruşmuşdur. Pərviz Novruzlu 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Pərviz Novruzov
Novruzov Pərviz Natiq oğlu (2 fevral 2002, Ərəbxana, Kürdəmir rayonu – 3 oktyabr 2020, Horadiz, Füzuli rayonu) — II Qarabağ müharibəsi şəhidi. Pərviz Novruzov 2 fevral 2002-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Ərəbxana kənd Şəhid Mərdan Quliyev adına tam orta məktəbində təhsil almışdır. 2019-ci ildə Şamaxı Dövlət Regional Kollecinə daxil olmuş, 1-ci kursun 1-ci yarısını bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Kürdəmir rayonunun Ərəbxana kəndində dəfn olunub. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Pərviz Nəsibov
Pərviz Paşa oğlu Nəsibov (18 avqust 1998, Muğanlı, Ağstafa rayonu) — Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı. Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. Altı yaşına qədər doğma kəndində yaşamış və burada idmanda ilk addımlarını atmışdır. Muğanlı kəndində bir il sərbəst güləş bölməsinə qatılmışdır. Ancaq 2004-cü ildə atası Ukraynanın Nikolayevə şəhərinə köçmüş və ailəsini də özü ilə aparmışdır. Nikolayevdə də Pərviz güləşmə məşğul olmağı davam etdirmiş, lakin burada o, yunan-Roma üslubunu seçmişdir. 2017-ci ilin mart ayında İranın Abadan şəhərində baş tutan Dünya Kubokunda, milli komandası 6-cı yerdə qərarlaşsa da, o, bütün döyüşləri məğlubiyyətsiz keçirən yeganə ukraynalı güləşçi olub. 2017-ci ilin iyul ayında Almaniyanın Dortmund şəhərində finalda gürcü Georgi Kurtanidzeni məğlub edərək yeniyetmələr arasında Avropa çempionu adını qazanıb. 2018-ci ilin sentyabr ayında SlovakiyanınTrnavaa şəhərində keçirilən gənclər arasında Dünya Çempionatının bürünc medalçısı olub. 2021-ci ilin may ayında Sofiyada keçirilən dünya lisenziya turnirində Tokio Olimpiya Oyunlarına vəsiqə qazanıb, lakin Nəsibovun sözlərinə görə bundan sonra özünə qarşı lazımi diqqət görməyib.
Pərviz Abdullayev (dəqiqləşdirmə)
Pərviz Abdullayev — kikboksçu. Pərviz Abdullayev — professor.
Pərviz Abdullayev (idmançı)
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Abdullayev (mühəndis)
Pərviz Abdullayev — texnika elmlər doktoru, professor. Pərviz Şahmurad oğlu Abdullayev 1967-ci ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Amasiya rayonunun Əzizbəyov kəndində (keçmiş Qaraçanta kəndi) anadan olmuşdur. Süleymanlılar tayfasının nümayəndələrindəndir. Orta təhsilini rayon mərkəzində Amasiya kənd məktəbində tamamlamışdır. 1990-cı ildə Leninqrad Mexanika İnstitutunu «Uçuş aparatlarının mühərrikləri» ixtisası üzrə bitirmişdir. 1990-1993-cü illərdə Bakı Aviasiya İstehsalat Birliyində müxtəlif mühəndis vəzifələrində çalışmışdır. 1993-cü ildə Azərbaycan Milli Aviasiya Akademiyasında (MAA) müəllimlik fəaliyyətinə başlamışdır. 2003-cü ilin may ayından müsabiqə yolu ilə «UA və AM K və İ» kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Abdullayev P.Ş. həmin vəzifəni icra edir. 2001-ci ilin oktyabrında Sankt-Peterburq Mülki Aviasiya Akademiyasının İxtisaslaşdırılmış Şurasında «Hava nəqliyyatının istismarı» ixtisası üzrə «Uçuş informasiyası əsasında qaz turbin mühərriklərinin diaqnozlaşdırma metodikasının təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasının müdafiəsini keçərək Rusiya Federasiyası Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmlər doktoru elmi dərəcəsini almış, professordur.
Pərviz Abdullayev (professor)
Pərviz Abdullayev — texnika elmlər doktoru, professor. Pərviz Şahmurad oğlu Abdullayev 1967-ci ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Amasiya rayonunun Əzizbəyov kəndində (keçmiş Qaraçanta kəndi) anadan olmuşdur. Süleymanlılar tayfasının nümayəndələrindəndir. Orta təhsilini rayon mərkəzində Amasiya kənd məktəbində tamamlamışdır. 1990-cı ildə Leninqrad Mexanika İnstitutunu «Uçuş aparatlarının mühərrikləri» ixtisası üzrə bitirmişdir. 1990-1993-cü illərdə Bakı Aviasiya İstehsalat Birliyində müxtəlif mühəndis vəzifələrində çalışmışdır. 1993-cü ildə Azərbaycan Milli Aviasiya Akademiyasında (MAA) müəllimlik fəaliyyətinə başlamışdır. 2003-cü ilin may ayından müsabiqə yolu ilə «UA və AM K və İ» kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Abdullayev P.Ş. həmin vəzifəni icra edir. 2001-ci ilin oktyabrında Sankt-Peterburq Mülki Aviasiya Akademiyasının İxtisaslaşdırılmış Şurasında «Hava nəqliyyatının istismarı» ixtisası üzrə «Uçuş informasiyası əsasında qaz turbin mühərriklərinin diaqnozlaşdırma metodikasının təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasının müdafiəsini keçərək Rusiya Federasiyası Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmlər doktoru elmi dərəcəsini almış, professordur.
Pərviz Abdullayev (uşu sandaçı)
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Bağırov (aktyor)
Pərviz Sadıq Saleh oğlu Bağırov (12 noyabr 1950, Bakı) — Azərbaycanın teatr, kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2002). Pərviz Sadıx-Saleh oğlu Bağırov 12 noyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn aktyor teatrın səhnəsində aşağıdakı rolları oynayıb: 7-ci qardaş ("Yatmış gözəl və yeddi qardaş", Aleksandr Puşkin), 1-ci işçi ("Knyaz", Hüseyn Cavid), Dustaq ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Həsrət ("Gölgələr pıçıldaşır", Seyfəddin Dağlı), Rasim ("Şəhərin yay günləri", Anar), Hacı Bağdad ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Əyyar ("Fitnə", Abdulla Şaiq), Kamal ("Əliqulu evlənir", Sabit Rəhman), Lennoks ("Maqbet", Uilyam Şekspir), 3-cü zabit ("İblis", Hüseyn Cavid), Mahmud ("Atabəylər", Nəriman Həsənzadə), Altay ("Od gəlini", Cəfər Cabbarlı), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Çar Uluz ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), Şeytan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), 1-ci kafir ("Burla Xatun", Nəbi Xəzri), Talap ("Sokratı anma gecəsi", Çingiz Aytmatov), Qonşu ("Mənim ərim dəlidir", Elçin), Kamran Qızılsəs ("Köhnə ev", Əli Əmirli), Minas ("Hələ sevirəm deməmişdilər", Ramiz Novruz), Dadaşzadə və Sarvan ("Bu dünyanın adamları", Hidayət), Qəhrəman ("Eloğlu", Abdulla Şaiq). Pərviz Bağırov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Həyat bizi sınayır (film, 1972) — film səsləndirən: Rəşid (Fikrət Quliyev) Dədə Qorqud (film, 1975) — film səsləndirən: Tural (Fərhad Yusifov) De ki, məni sevirsən! (film, 1977) — film səsləndirən: Samir (Samir Bəbirov) Qərib cinlər diyarında (film, 1977) — film səsləndirən: Qərib (Bəxtiyar Xanızadə) Şəki (film, 1977) — film səsləndirən: şəbəkə ustası (Əşrəf Rəsulov) Babək (film, 1979) — Buğday (Məhəmməd Verdizadə) Kişilər (film, 1979) — rol: Fərhad Mən mahnı qoşuram (film, 1979) — film səsləndirən: Qarabala Gözlə məni (film, 1980) — film səsləndirən: Rəsul (Gəray Əlibəyov) Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — dublyaj: Səməd (Vəliəhd Vəliyev) Sarıköynəklə Valehin nağılı (film, 1980) — rol: Sərvər Yol əhvalatı (film, 1980) — film səsləndirən: Mustafa (Vaxtanq Pançulidze) Babamızın babasının babası (film, 1981) — film səsləndirən: Əziz(gənc) (Şamil Süleymanlı) Birisigün, gecəyarısı... (film, 1981) — film səsləndirən: Belikov Üzeyir ömrü (film, 1981) — Cabbar Qaryağdıoğlu (Qədir Rüstəmov) Əzablı yollar (film, 1982) — Xanməmməd (Viktor Dəmirtaş) Nizami (film, 1982) — film səsləndirən: Zeyd (Əhməd Salahov) Park (film, 1983) — film səsləndirən: Nəzarətçi Gümüşgöl əfsanəsi (film, 1984) — film səsləndirən: Rza (Etibar Rəhimov) Köhnə bərə (film, 1984) — film səsləndirən: Əsəd (Rahib Budaqov) Qara gölün cəngavərləri (film, 1984) — film səsləndirən: Rus əsgər Bağ mövsümü (film, 1985) — film səsləndirən: Adil (Elxan Cəfərov) Bəyin oğurlanması (film, 1985) — film səsləndirən: Həsən (Şamil Süleymanlı) Sizi dünyalar qədər sevirdim (film, 1985) — Aslanovun qardaşı (Rza Xudiyev) Qəm pəncərəsi (film, 1986) — film səsləndirən: Vəliqulu (Natiq Abdullayev) Şəhərli biçinçilər (film, 1986) — filmi rusca səsləndirən: Səməd (Ədalət Əbubəkirov) Özgə ömür (film, 1987) — film səsləndirən: Elmi işçi (Kənan Məmmədov) Süd dişinin ağrısı (film, 1987) — film səsləndirən: Səlim (Fuad Dadaşov) Şeytan göz qabağında (film, 1987) — film səsləndirən: "KAMAZ" sürücüsü (Nadir Əzməmmədov) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — səsləndirən: Xladov (Pyotr Yurçenkov) Çətin məsələ (film, 1988) — film səsləndirən: Çoban Gənc qadının kişisi (film, 1988) — film səsləndirən: Əsgərov (Əjdər Həmidov) Yaramaz (film, 1988) — film səsləndirən: Komsomolçu Doğma sahillər (film, 1989) — film səsləndirən: Cavan əcnəbi (Radivadis Muzikyaviçus) Əlaqə (film, 1989) — film səsləndirən: Tələbə (İlqar Həsənov) Sahilsiz gecə (film, 1989) — film səsləndirən: Ağagül (A. Əliyev) Təxribat (film, 1989) — film səsləndirən: Zaur (Elxan Cəfərov) Gecə qatarında qətl (film, 1990) — film səsləndirən: Taksi sürücüsü (Hüseyn Muradov) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) — film səsləndirən: Səkrək "Yapon" və yaponiyalı (film, 1990) — film səsləndirən: "Yapon" Gülbala (Davud Davudov) Qəzəlxan (film, 1991) — film səsləndirən: Şairin qonağı (Şahmar Qəribli) Mənim ağ şəhərim (film, 1993) — film səsləndirən: Musa (Ehtiram Fərzəlibəyov) Yurd yeri 2 — rol: Hüseyn Şirin bülbül (film, 2000) — rol: Şair Qüdsi (film, 2007) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Xosrov) Axınla aşağı (film, 2014) — rol: balıqçı Aləmdə səsim var mənim.
Pərviz Bağırov (boksçu)
Pərviz Bağırov (10 fevral 1994, Bakı) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Avropa Oyunlarının qalibi. Pərviz Bağırov 2012-ci ildə Ermənistanın İrəvan şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Bu onun nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuru oldu. 2013-cü ildə isə Pərviz Bağırov Dünya Çempionatlarında debüt elədi. Qazaxıstanın Almatı şəhərində baş tutan turnirdə Pərviz Bağırov 1/32 final mərhələsində Çin Taybeyi nümayəndəsi Vna Yu-Jena (TKO), 1/16 final mərhələsində isə Moldova nümayəndəsi Vasili Belousa (3:0) qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə isə o, son olimpiadanın bürünc medalçısı olan İtaliya nümayəndəsi Vinçenzo Mansiasapreya məğlub oldu (0:3) Dünya Çempionatında mübarizəsini başa vurdu. 2014-cü il ərzində Dünya və Avropa Çempionatları baş tutmadı. Pərviz Bağırov 2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Pərviz Bağırov turnirin 1/8 final mərhələsində Moldova nümayəndəsi Vasil Belus ilə üz-üzə gəldi. İyunun 20-də baş tutan həmin görüşdə Pərviz Bağırov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı.
Pərviz Hüseynov (idmançı)
Pərviz Hüseynov (memar)
Pərviz Hüseynov — Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni kavaleri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı laureatı. Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Pərviz Hüseynova həsr edilmişdir.
Pərviz Həsənov (Rejissor)
Pərviz Həsənov (tam adı: Həsənov Pərviz Çingiz oğlu; 21 iyul 1984, Bakı) — azərbaycanlı rejissor. Həsənov Pərviz Çingiz oğlu 21 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 20 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2001-ci ildə 190 nömrəli orta məktəbi bitirib. 2002-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti fakultəsinə daxil olub. 2006-cı ildə həmin universitetin kütləvi tədbirlər və tamaşalar rejissoru ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2002-2005-cı illərdə Opera və Balet teatrı, Rəşid Behbudov adına Mahnı teatrı, Akademik Milli Dram Teatrlarında rejissor assistenti kimi çalışıb. 2005-ci ildə Azərbaycan televiziyasının “Səhər” redaksiyasında rejissor assistenti vəzifəsində çalışıb. 2006-cı ildən Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında Rejissor vəzifəsində işləyir.
Pərviz Həsənov (baş əsgər)
Pərviz Fərmayıl oğlu Həsənov (8 dekabr 1989; Samux rayonu, Azərbaycan SSR — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Pərviz Həsənov 1989-cu il dekabrın 8-də Samux rayonunun Poylu kəndində anadan olub. 1997-2008-ci illərdə Poylu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı. Pərviz Həsənov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri olan Pərviz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Həsənov noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Digər lüğətlərdə