Pərviz Fərmayıl oğlu Həsənov (8 dekabr 1989; Samux rayonu, Azərbaycan SSR — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Pərviz Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Poylu, Samux, Azərbaycan SSR |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 2008—2020 |
Rütbəsi | Baş əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Pərviz Həsənov 1989-cu il dekabrın 8-də Samux rayonunun Poylu kəndində anadan olub.[1] 1997-2008-ci illərdə Poylu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.
Pərviz Həsənov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri olan Pərviz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Həsənov noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]