Novruzov Pərviz Natiq oğlu (2 fevral 2002, Ərəbxana, Kürdəmir rayonu – 3 oktyabr 2020, Horadiz, Füzuli rayonu) — II Qarabağ müharibəsi şəhidi.
Pərviz Novruzov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 fevral 2002(2002-02-02) |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 2020(2020-10-03) (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Novruzov Natiq Novruz oğlu |
Anası | Novruzova Afaq Qurban qızı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | Aprel 2020 - Oktyabr 2020 |
Vəzifəsi | Əsgər |
Döyüşlər | II Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 2020 |
Pərviz Novruzov 2 fevral 2002-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Ərəbxana kənd Şəhid Mərdan Quliyev adına tam orta məktəbində təhsil almışdır. 2019-ci ildə Şamaxı Dövlət Regional Kollecinə daxil olmuş, 1-ci kursun 1-ci yarısını bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdır[1].
Kürdəmir rayonunun Ərəbxana kəndində dəfn olunub.
Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]