QIMILDANMAQ

f. Yerində hərəkət etmək, yavaşca tərpənmək.
Mirzə Əliməmmədin o sakit qüruru sönmüşdü, rəngi qaçmış, qımıldanmağa belə halı yox idi. Çəmənzəminli.
Uruz bu sözləri əsla eşitmirmiş kimi üzündə bircə əzələ də qımıldanmadı. M.Rzaquluzadə.
[Soldatlar] …bir müddət yerlərindən qımıldana bilmirlər. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIMILDANMAQ qımıldanmaq bax tərpənmək 1
  • QIMILDANMAQ tərpənmək — oynatmaq
QIMILDANMA
QIMILDAŞMA

Digər lüğətlərdə