1. Qırılmış, kəsilmiş. Qırıq ip. Qırıq məftil.
2. Rabitəsiz, əlaqəsiz. Qırıq cümlə.
3. Sınıq, sınmış. Qırıq kasa. Qırıq şüşə.
– Sarxan əlindəki qırıq fənəri yuxarı qaldırdı.
Yelkənlər qırıq quş qanadı kimi cansız bir hərəkətlə yırğalanırdı.
Təsərrüfatçı ona [Qədirə] qırıq bir taxt göstərib dedi: “Hələlik ötüş”.
// Yaramaz, dəyərsiz, sınıq.
Yaxşı ki, dədəm Qafar sənə bu qırıq tüfəngi qoyub getmişdir.
4. is. Qırılmış, sındırılmış, parçalanmış şeyin kiçik parçası, tikəsi. Şüşə qırığı. Qənd qırığı. İp qırığı.
– Gülsüm xala … barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından çıxarırdı.
// Tullantı; qırıntı. Kağız qırıqları. Papiros qırığı.
5. “Bir” sözü ilə: bir qırıq – bir tikə, bir az, bir zərrə. Bir qırıq çörək.
6. məc. İncimiş, sınmış. Qırıq könül.