1. QIZIL (sarı rəngli qiymətli metal) Gödəkboy, başının tükü tökülməyə üz qoymuş bir oğlan ötkəm-ötkəm danışdıqca qabaqdakı qızıl dişləri parıldayırdı (Ə.Vəliyev); ALTUN (köhn.) Nigara bir çox altun zinətlər və qiymətli daşlar gəldi (Çəmənzəminli); SARI (dan.) Təmiz vicdanı heç bir sarı ləkələyə bilməz (S.Rəhimov); ZƏR [Həmzə:] Ay-hay, yaxşı deyiblər ki, zər qədrini zərgər bilər (Ə.Qasımov).
2. qızıl bax al I