QƏBAHƏT

is. [ ər. ] Çirkin iş, çirkin hərəkət, yaraşmaz iş; qüsur, nöqsan, günah.
Əgər qəbahətdir, bunun nisbətini bizə niyə verirsən? M.F.Axundzadə.
…O saat tutduğu işin qəbahətini anlayıb, o işi bir də tutmaz. Ə.Haqverdiyev.
Səltənət bilirdi ki, Ceyranın bu hərəkəti böyük və bağışlanmaz bir qəbahətdir. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏBAHƏT qüsur — nöqsan — günah
  • QƏBAHƏT qəbahət bax günah, nöqsan 1
QƏBA
QƏBAHƏTLİ

Digər lüğətlərdə