QADINLIQ

is.
1. Qadına xas olan sifətlər, xüsusiyyətlər.
…Səninsə qadınlıq haqqındır bəlkə; Məni qısqanırsan çiçəklərə də. M.Araz.

2. top. Qadınlar.
Mədəni qadınlığın tarixi bizim qarşımızda oturan bu gənclərlə başlanır. M.S.Ordubadi.
[Növrəstə:] İndiyədək iş başında qolçomaqlar dururdular, onlar hamısı qadınların və qadınlığın düşməni idilər. Ə.Haqverdiyev.

Antonimlər (əks mənalı sözlər)

  • QADINLIQ QADINLIQ – KİŞİLİK Gəlinlər kişilik duyduqca səndə; Bir istilik keçdi gül dodaqlara (S.Vurğun); Gəlin tez uçuraq o daş qəfəsi; Gülsün qadınlığın ağlay
QADIN
QADİR
OBASTAN VİKİ
Qadınlıq
Femininlik və ya qadınlıq ənənəvi davranış modeli və adətən incəlik, sədaqət, qayğıkeşliyə aid edilən qadın psixi keyfiyyətlərinin məcmusudur. Qadınlıq anlayışını sosial, mədəni, etnik və yaş mühitləri müəyyən edir . Qadınlığın əksi kişilik (maskulanlıq) - cəsarət, müstəqillik, emosional nəzarət və rasionallıq kimi xüsusiyyətləri özündə cəmləşdirən kişi cinsi stereotipidir . Qadın ifadəsinə əsaslanan ayrı-seçkilik və təzyiq növü də var - buna femfobiya deyilir. == Femfobiya == Qadın ifadəsini nümayiş etdirən insanlar, bəzən cəmiyyətdə qadınlığın alçaldılması ilə əlaqəli olan ayrı-seçkilik və təzyiq forması - femfobiya ilə qarşılaşırlar .

Digər lüğətlərdə