QANADSIZ

sif.
1. Qanadı olmayan, qanad çıxarmamış, yaxud qanadı qırılmış. Qanadsız arı.
– Qanadsız bir quşa bənzər; Gənclik, yoxsa şux xəyalı. N.Rəfibəyli.
Eyb etməz uçuşda yıxılsan bir an; Təki deməsinlər qanadsız quşdur. M.Araz.

2. məc. Yaradıcı qüvvədən, xəyaldan məhrum.
Əməlsiz elm qanadsız oxdur. (Məsəl).

QANADLICA
QANAXMA
OBASTAN VİKİ
Qanadsızlar
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi. Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir.

Digər lüğətlərdə