QAPILMAQ₂

t-siz. Bir şeyə həddindən artıq aludə olmaq, uymaq, bütün fikrini, özünü tamamilə bir şeyə həsr etmək. Elmə qapılmaq. Kitaba qapılmaq.
– Lakin Tütünçüoğlu, gənc olduğuna baxmayaraq, başqaları kimi həlli müşkül olan arzulara qapılmazdı. M.S.Ordubadi.
…Lakin buna baxmayaraq, o hər an hissə qapılmayacağına söz verir. M.Hüseyn.

// Bir şeyə həddən artıq başı qızışaraq, başqa şeyləri unudub, yalnız onun haqqında düşünmək.
Hər gün qapılır bir yeni xülyaya bizim qız! Ə.Nəzmi.
[Kərimxan] bütün varlığı ilə başladıqları işin şövqünə qapılmışdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAPILMAQ qapılmaq bax uymaq 1
  • QAPILMAQ uymaq
  • QAPILMAQ dartılmaq

Omonimlər

  • QAPILMAQ QAPILMAQ I f. Dartıb almaq, qamarlamaq. Papağı başından qapıldı. QAPILMAQ II f. Bir şeyə həddindən artıq aludə olmaq, uymaq
QAPILMA
QAPILMAQ₁

Digər lüğətlərdə

Бра́ма в пелёнках кокте́йль моне́та сми́лостивиться спу́тник телеологи́ческий улича́ться фитодиза́йнер широкоформа́тный акти́вный гре́бень допуще́ние кошма́р не иго́лка подча́лок guttee Josh Somersetshire weeny зажмуривать ключник польститься помощник турнепс