QATMAQ

f.
1. Əlavə etmək, qoymaq, birləşdirmək, qoşmaq, içərisinə daxil etmək. Qoyunu sürüyə qatmaq.
– Hər birinə ağır taylar çatdılar; Bizləyə-bizləyə köçə qatdılar. Q.Zakir.
Gözəldir günəşi, ayı səsləyib; Onları da bizim dəstəyə qatmaq. M.Müşfiq.
Göz tək bulaqlardan buz tək suları; Axıdıb çaylara qatar, o dağlar. H.K.Sanılı.

□ Qabağına qatmaq – bax qabaq 2
2. Qarışdırmaq. Sirkəyə su qatmaq. Südə su qatmaq.
– Aşiqin cigər qanından şərbəti var, ey həkim; Qatma anın şəkkərinə qəndlə innablar. Nəsimi.
Su, şaraq-şaraq axaraq, daşla qumu bir-birinə qatıb gəlirdi. M.İbrahimov.

□ Qatıb qarışdırmaq – qarmaqarışıq etmək, bir-birinə qarışdırmaq, dolaşdırmaq.
[Rəcəb:] O zaman balası da mənim atmaca sözlərimi özgə cürə yozub, qatıb qarışdırıb… N.Vəzirov.

3. dan. Salmaq, soxmaq.
Yekə kişi, xalqın eşşəyini oğurlayıb gətirmisən, qatmısan mənim karvansarama. C.Məmmədquluzadə.

4. Bəzi isimlərin qabağına gətirilərək, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: pər qatmaq, şuluq qatmaq, əl qatmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QATMAQ 1. QATMAQ, BİRLƏŞDİRMƏK, QOŞMAQ 2. QATMAQ, QARIŞDIRMAQ
  • QATMAQ qarışdırmaq
  • QATMAQ soxmaq
  • QATMAQ birləşdirmək — qoşmaq

Antonimlər (əks mənalı sözlər)

  • QATMAQ QATMAQ – AYIRMAQ Gözəldir, günəşi, ayı səsləyib; Onları da bizim dəstəyə qatmaq (M.Müşfiq); Ayırdı məndən o məhruyi biməqam fələk (S
QATMACA
QATRAN

Digər lüğətlərdə