QOÇU

is. köhn. Keçmişdə: xalqa əziyyət verən, camaatı qorxu altında saxlayan, tədhiş edən, qan tökməkdən çəkinməyən, özbaşınalıq edən adam; qolugüclü.
Qoçular, quldurlar qatar taxardı; Fağır-füqərayə yanyan baxırlar. Aşıq Ələsgər.
Yerli neft burjuaziyasının mənfəətini müdafiə üçün yüzlərcə maaş alan qoçular vardı. M.S.Ordubadi.
Bakı qoçuları bütün şəhərdə özbaşınalıq edirdilər. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOÇU qolugüclü — zorlu

Antonimlər (əks mənalı sözlər)

  • QOÇU QOÇU – FAĞIR Qoçular, quldurlar qatar taxardı; Fağır-füqaraya yan-yan baxardı (Aşıq Ələsgər)

Etimologiya

  • QOÇU Əvvəllər qolçu şəklində olub və mənası rus dilinə belə tərcümə edilib: “обхва­тить руками”. Deməli, “qolu güclü” anlamı ilə bağlıdır
QOÇLUQ
QOÇUBAZLIQ

Digər lüğətlərdə