ər. qübar
1. Toz.
2. Məcazi mənada: kədər, dərd, qəm, qüssə. (“Koroğlu” dastanının lüğəti)
Dastanlarda həm həqiqi, həm məcazi mənada işlənir.
Ürəyi qubar elədi. Dəlilər yadına düşdü. (“Koroğlunun Qars səfəri”)
*
Səksənində sinir yenər dizinə,
Doxsanında qubar qonar gözünə,
Koroğlu der, çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)