QUDURMAQ

f.
1. Quduz olmaq, quduzluq xəstəliyinə tutulmaq.
2. məc. Son dərəcə hiddətlənmək; hirsindən, acığından özünü itirmək dərəcəsinə gəlmək.
Şişman adam artıq büsbütün quduraraq əsəbi hallar keçirirdi. A.Şaiq.

3. məc. Coşmaq, tüğyana gəlmək, şiddətlənmək.
Çırpınırkən xilas üçün həpimiz; Daha dəhşətlənib qudurdu dəniz. H.Cavid.

4. məc. Azğınlaşmaq, həddini aşmaq, cığırdan çıxmaq; hərəkətində, danışığında hədd-hüdudu aşmaq.
Ədə, qardaş, vallah, sən qudurubsan, sən heç özün də bilmirsən ki, nə danışırsan. C.Məmmədquluzadə.
Kazım ilə söhbətdən sonra müdir onun adını qaraladı və ürəyində bunu da dedi: – Üz vermək lazım deyil, qudurar. Mir Cəlal.

// Lovğalanmaq, tay-tuş tanımamaq, özünü yüksək tutmaq (var-dövlət və ya mənsəb sayəsində).

Sinonimlər (yaxın mənalı sözlər)

  • QUDURMAQ qudurmaq bax azğınlaşmaq
  • QUDURMAQ hiddətlənmək
  • QUDURMAQ coşmaq — şiddətlənmək
  • QUDURMAQ azğınlaşmaq — lovğalaşmaq
QUDURMA
QUDURMUŞ

Digər lüğətlərdə

дорисо́вка зеленя́ корриги́рование нарко́зный оздорови́ть скреже́щущий фито... шемизе́тка волново́д волоково́е окно вороти́ла марафо́н напола́скиваться сочу́вствовать шарова́ры сколок ashery cultivation drive-in nadir pinnywinkles playgoing ventricle токсикоз убористый