QURTUM

is. Adətən saylarla: bir qurtum – bir içim, bir udum. Bir qurtum su.
[Gülcahan:] Üç gündür ki, nə onun, nə də mənim boğazımdan bir qurtum su da keçməyibdir. N.Vəzirov.
Allahqulu piyaləni dodaqlarına yapışdırıb, bir qurtum aldı… Çəmənzəminli.
Hacı Səməd çaydan bir neçə qurtum içib başladı… S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURTUM içim — udum

Etimologiya

  • QURTUM Rus dilindəki “глаток” mənasını əks etdirir, təqlidi sözdür, su içəndə çı­xarılan qurt-qurt səsi ilə bağlıdır
QURTULUŞ
QURTUM-QURTUM

Digər lüğətlərdə