QƏFƏSƏ

is. [ fars. ]
1. bax qəfəs.
2. Kitab və sairə qoymaq üçün mərtəbəmərtəbə divara bənd edilmiş və bölmələrə ayrılmış taxtalardan ibarət qurğu. Kitab qəfəsəsi. Dükan qəfəsəsi.
– Burada nə yoxdur? …Qəfəsələrdə top-top çit, parça. Ə.Əbülhəsən.

3. Nazik taxtadan düzəldilmiş və ya qəfəs şəklində hörülmüş arakəsmə.
4. Döş qəfəsi, döş sümükləri.
Yazığın içini, içalatını elə aparmışdı ki, quruca qəfəsəsi qalmışdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏFƏSƏ 1. qəfəsə bax qəfəs 1 2. qəfəsə bax dolab, rəf
  • QƏFƏSƏ hörük — şəbəkə
QƏFƏS
QƏFƏSƏLİ

Digər lüğətlərdə