Röyal Balaşzadə
Röyal Balaşzadə (23 noyabr 2003; Anzov, Yardımlı rayonu – 17 sentyabr 2022; Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
== Həyatı ==
Balaşzadə Röyal Atduxan oğlu 23 noyabr 2003-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olmuşdur.
Ailədə üç qardaşdan sonuncusu idi. 2004-cü ildə ailə yaşayış yerini dəyişib Bakıya köçür və 2010-cu ildə Röyal yaşadığı Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olur, 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib, peşə məktəbinə daxil olur, 16 dekabr 2020-ci il tarixdə atası Balaşov Atduxan Tanrıverdi oğlunun qəfil miokart infarktından vəfat etməsi səbəbindən ailənin maddi ehtiyaclarını ödəmək üçün müxtəlif peşələrdə işləməyə başlayır.
2022-ci ilin yanvar çağırışı zamanı SHÇDX-nin Yardımlı rayonu şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidməti yerinə yetirmək üçün hərbi xidmətə
çağrılır. Hərbi xidmətə böyük şövq və istəklə gedən Röyal Balaşzadə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ilkin
təlimləri aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimlərinə daxil olur və xidmətini davam etdirmək üçün XTQ-nin "N" saylı
hərbi hissəsinə göndərilir.
12/13 sentyabr 2022-ci ildən başlayan Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatların qarşısını alan dəstədə Balaşzadə Röyalda var idi, Röyal təlimlərdə fərqləndiyi kimi döyüş meydanında da öz cəsarəti, döyüş bacarığı ilə seçilirdi. Döyüş yoldaşları bildirir ki, biz Röyala heyran qalırdıq, çox yüksək bacarıqla döyüşürdü.14 sentyabr tarixində Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını yetirərkən odlu silahdan açılan güllə yarası nəticəsində şəhid olur. Ərazinin atəş altında olması və relyefin çətinliyi səbəbindən şəhidin nəşi yalnız 17 sentyabr 2022-ci il tarixdə "X" adlı rayon xəstəxanasında
yaxınlarına təhvil verilir.
Şəhidin cənazəsi ailəsinin yaşadığı Dədə Qorqud qəsəbəsinə gətirib, vida mərasimi keçirildikdən sonra atasının da dəfn olunduğu Xəzər rayonu,
Binə-sovxoz qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.