Rəşad Bəxtiyarov
Rəşad Bəxtiyarov (24 dekabr 1978) — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti.
Rəşad Bəhram oğlu Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründə Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstəriba.
Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynayıb:
Şəmsi bəy ( "Eşq və intiqam" S.S.Axundov ), Müxbir ( "Kəllə" N.Hikmət ), Qəzet satan ( "Hərənin öz payı" X.Qoca ), Kinto,Qarson və Rəssam ( "Brüsseldən məktublar" H.Həsənov ), Silvestr ( "Skapenin kələkləri"J.Molyer ), Bədxəbər ( "Varlı qadın " Ə.Əmirli ), Orxan ( "Afət" H.Cavid ), Ərəb zabiti ( "Dar ağacı" B.Vahabzadə ), Milis ( "Ölüləri qəbristanlıqda basdırın" İ. Şıxlı ), Baloğlan ( "Eloğlu" A.Şaiq ), 1-ci gənc ("Mesenat" Ə.Əmirli ), Abdi ("Qanlı Nigar" S.Şəndil), Andrey ("Keçmişdən gələn zəng", A.Krım), şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu), Xlopov ("Müfəttiş", Nikolay Qoqol), Toğrul ("Yaşar", Cəfər Cabbarlı).
Rəşad Bəxtiyarov "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib.
10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.