Rəşad Taryel oğlu Aslanov (16 mart 1984; Qarqucaq, Goranboy, Azərbaycan — 29 sentyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Rəşad Aslanov | |
---|---|
Rəşad Taryel oğlu Aslanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qarqucaq, Goranboy, Azərbaycan |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Murovdağ, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Goranboy |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, |
Rəşad Aslanov 1984-cü il martın 16-da Goranboy rayonunda anadan olub. Goranboy rayonu, Yunis Nəcəfov adına Qarqucaq kənd tam orta məktəbində təhsil alib.[2][3] Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2014-cü ildən Orduda hərbi qulluqçu kimi xidmətə başlayib. Evli və 2 övlad atası idi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəşad Aslanov Suqovuşan, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Rəşad Aslanov 2020-ci il sentyabrın 29-da Murovdağ istiqamətində qəhrəmancasına şəhid olub. Goranboyda torpağa tapşırılıb.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Aslanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]