Rəşidəddin Sinan
Rəşidəddin Sinan (ərəb. رشيد الدين سنان, translit. Rəşid əd-Din Sinan), həmçinin Dağ ağsaqqalı (ərəb. شيخ الجبل, translit. Şeyx əl-cəbəl; lat. Vetulus de Montanis; 1134 və ya 1130, Bəsrə – 1192 və ya 1193, Masyaf, Həma mühafəzəsi) — Nizari İsmaili Dövlətinin Suriya qolunun missioneri və lideri, Səlib yürüşləri tarixində əhəmiyyətli fiqur.
Rəşidəddin Sinan 1232–1135-ci illər aralığında, İraqın cənubunda yerləşən Bəsr' şəhərində, zəngin bir ailədə anadan olmuşdur. Sinanın sadəcə bəzi fraqmentləri bu günə qədər qorunub saxlanmış olan avtobioqrafiyasında verilən məlumatlara görə, o, xaşxaşilərin mərkəzi olan Ələmut qalasına qardaşları ilə olan mübahisədən sonra gəlmiş və xaşxaşi məşqləri keçirmişdir. Qalanın rəhbəri olan Həsən Əla Zikrihis Salam 1162-ci ildə onu Suriyaya göndərir. Orada Diriliş günü keçirilir və Sinan Əl-Qaim elan edilir.