RƏİDƏ
RƏİSƏ
OBASTAN VİKİ
Rəis
Rəis (Hind: रईस; Rom: Raees) — rejissoru Rahul Dholakia və prodüserləri Farhan Akhtar, Ritesh Sidhwani və Gauri Khan olan hind döyüş-triller filmidir. Şahrux Xan və Nəvazuddin Sidqi bu filmdə baş rolları ifa edirlər. Mahirə Xan baş qadın rolunu oynayır. Film Mahirə Xanın ilk Bollivud işidir. Filmdəki hadisələr 1980-ci illərin Qucarat ştatında baş verir. Film sərt və ciddi bir polis tərəfindən qarşısı alınan bir qeyri-qanuni içki alverçisinin hekayəsindən bəhs edir. Raees filminin çəkilişləri 2015-ci ilin aprelində başlamışdır. Film Hindistanın Respublika Günündə, 25 yanvar 2017-ci ildə buraxılmışdır.
Möhsün Rəis
Möhsün Rəis (1896, Tehran – XX əsr) — İranın xarici işlər naziri. Möhsün Qacarlar dövründə Xarici İşlər vəzarətində şöbə müdiri işləyən Hüseyn Zəhirülmülkün oğlu idi. Xarici İşlər naziri Rəis Möhsün diplomat idi. 1935-37-ci illərdə Almaniyada, 1940-cı ildə Yuqoslaviyada, 1941-ci ildə "Vişi hökumətində" (Fransa) səfir işləmişdi. Hələ o, Əhməd Qəvam hökumətində poçt tеlеqraf naziri işləyəndə, 23 yanvar 1943-cü ildə Roma radiosu bеlə bir məlumat vеrmişdi: "Yеni poçt-tеlеqraf naziri Rəis Möhsün rusların qatı düşməni kimi tanınır... Biz ümid еdirik ki, o, anqlo-saksların əlində alətə çеvriləcəkdir". Möhsün Rəis 1975-ci ildə vəfat edib. Möhsün Rəis Mehrmah xanım Əbdülhüseyn mirzə qızı Fərmanfərma ilə ailə qurmuşdu.
Piri Rəis
Piri Rəis (türk. Piri Mühiddin Rəis; 1470, Karaman və ya Gelibolu yarımadası, Mərmərə regionu – 1554, Qahirə) — Bəzi məlumatlara görə əsl adı Piri Mühiddin Rəisdir. Böyük Türk dənizçisi və coğrafiyaçısı. Əslən Osmanlı türkü olan Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-cü ildə Qahirədə vəfat etmişdir. Hacı Mehmedin oğlu olan Piri Rəis əmisi Kamal Rəisin yanında və nəzarəti altında dənizçilik fəaliyyətinə başlamışdır. Əmisinin vəfatından sonra Barbarosun yanında çalışan Piri Əndəlüs müsəlmanlarının ispanlardan azad olunmasında və 1517-ci ildə Sultan Səlimlə (1512–1520) birlikdə Misirin fəthində iştirak etməklə, həmçinin Nil hövzəsinin xəritəsinin tərtibini də başa çatdırmışdır. Admiral Piri Rəis məşhur bir dənizçi olduğu kimi, həm də gözəl xəritə tərtibatçısı idi. Topladığı bilik və məlumatlara əsasən məşhur olan iki xəritəsi və "Kitabi Bəhriyyə" əsəri ilə dünyada əvəzolunmaz bir şəxsiyyətə çevrilmişdir. Məşhur dənizçi-coğrafiyaşünas tərtib etdiyi xəritələri və kitabı öz imzası ilə 1517-ci ildə Yavuz Sultan Səlimə təqdim etmişdir. Əsərin təqdimatında – "Hind və Çin dənizçiləri haqqında heç kim bu günə qədər Osmanlı ölkəsinə belə zəngin məlumat verməmişdir" kimi deyilən sözlər onun nə dərəcədə əhəmiyyətli olmasına əyani sübutdur.
Rəis Rəsulzadə
Rais Rəsulzadə (tam adı: Rais Azər oğlu Rəsulzadə; 1 noyabr 1946, Qazaxıstan) — Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1978-ci ildən). Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2002).Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri (2009). Rais Rəsulzadə 1946-cı ildə uzaq Qazaxıstanda dünyaya göz açmışdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dostu Rais Rəsulzadənin adının mənasına da aydınlıq gətirmişdir: "Ra" qədim şumerdə "Günəş" deməkdir, "is" işıq, istilik. Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar Rəssamı, Məhəmməd Əmin Rəsulzadənin yadigarı Rais Rəsulzadənin varlığına və yaratdığı hər əsərdə var. Rais Rəsulzadə 3 yaşından anasız qalır. Təbii ki, məktəbi ana dilində deyil, rus dilində oxumalı olur. Amma buna baxmayaraq, o, yaxşı oxuyur və hətta uşaq yaşlarından şahmat oynayır və çempionatlarda birincilik də qazanmışdır. Orta məktəbi, həm də qiyabi universiteti bitirəndə artıq 50–60 əsəri var idi.
Turqut Rəis
Turqut Rəis (təq. 1485[…], Bodrum, Muğla ili – 23 iyun 1565, Malta adası) — Osmanlı admiralı, Əlcəzair bəyi, Aralıq dənizi bəylərbəyi və Trablus-qərbın (indiki Tripoli) ilk bəyi, daha sonra paşası. Qərbdə Draqut Rais adı ilə tanınır.
Xızır Rəis
Xeyrəddin Barbarossa (Barbaros Xeyrəddin Paşa və ya Xızır Xeyrəddin Paşa; eyni zamanda paşa və admiral rütbələri alanadək Xızır Rəis; 1478 və ya 1484 – 4 iyul 1546, Konstantinopol) — Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı. Əsl adı Yaquboğlu Xızır olsa da, Sultan Sultan Süleyman Qanuni ona dövlət və İslam qarşısındakı xidmətlərinə görə "dinin xeyirlisi" mənasını daşıyan Xeyr-əd-din adını vermişdi. Avropalıların Xeyrəddin paşanın böyük qardaşı, məşhur dənizçi Oruc Rəisə qırmızı saqqalına görə verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə olunan Barbarossa ləqəbi onun vəfatından sonra Xeyrəddin paşaya da aid edildi. Bu səbəbdən qərb tarixçiləri onları ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar. 1512-ci ildə onlar Tunis sultanı Məhəmmədlə anlaşaraq Tunisdəki Xalkül-Vaad (La Qaletta) limanını istifadə etməyə başladılar. Xızır ve Oruc qardaşları 1516-cı ildə ələ keçirdikləri yüklü bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq Yavuz Sultan Səlim də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı. Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara qatılmasından sonra 1516–1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ keçirərək Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan edildi. İspanlar 1518-ci ildə Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək hücuma keçdilər.
Yusuf Rəis
Cek Vord, Quşcuğaz və ya Yusif Rəis (1 yanvar 1553 – 1622, Tunis) — əfsanəvi dəniz qulduru tarixdə Yusuf Rəis kimi də tanınır. Cek Sərçə personajı ondan ilhamlanaraq yaradılmışdır. Tarixdı həm də Yusuf Rəis və ya "Türkə dönmüş xristian" kimi tanınır. İngilisdilli millətlər üçün Cek Quşcuğaz (Jack Birdy) əfsanəvi dəniz qulduru idi və onun barəsində müxtəlif kitablar, pyeslər yazılmışdı. XX əsrdə bu dəniz qulduru barədə bir neçə macəra filmi çəkilmişdi. Nəhayət, 2000-ci illərdə Hollivudun çəkdiyi "Qəraib dənizi quldurları" film epopeyası, əsasən də məşhur Hollivud ulduzu Conni Depp`in mahir ifasında Cek Sərçə (Jack Sparrow) adı ilə yaratdığı obraz bu tarixi qulduru kinodakı rolun adı ilə bütün dünyaya tanıtdı. Cek Vord (Jack Ward) və ya bəzi sənədlərdə Con Vord (John Ward) kimi tanınan bu adamın erkən dövrü barədə az məlumat var. Ehtimala görə, o, 1552 və ya 1553-cü ildə İngiltərənin cənub-şərqindəki Kent bölgəsinin kiçik Faverşem liman şəhərində doğulub. Liman şəhəri keçmiş dənizçi və dəniz quldurlarının sonuncu sığınacağı hesab edilirdi. Şəhər əhalisinin əsas qazanc yeri balıqçılıq və qısa məsafələrdə işləyən dəniz ticarəti idi.
Piri Rəis xəritəsi
Piri Rəis xəritəsi — 1513-cü ildə İstanbulda Piri Rəis tərəfindən yaradılan dünya xəritəsidir. Xəritədə Avropa və Afrikanın qərb hissəsi, Şimali və Cənubi Amerikanın şərq hissəsi, Atlantik okeanda xırda adaların çoxu təsvir edilmişdir. Xəritə 1929-cu ildə, Topqapı sarayında muzey yaradılanda aşkar olunub.
Rəis (film, 2017)
Rəis (Hind: रईस; Rom: Raees) — rejissoru Rahul Dholakia və prodüserləri Farhan Akhtar, Ritesh Sidhwani və Gauri Khan olan hind döyüş-triller filmidir. Şahrux Xan və Nəvazuddin Sidqi bu filmdə baş rolları ifa edirlər. Mahirə Xan baş qadın rolunu oynayır. Film Mahirə Xanın ilk Bollivud işidir. Filmdəki hadisələr 1980-ci illərin Qucarat ştatında baş verir. Film sərt və ciddi bir polis tərəfindən qarşısı alınan bir qeyri-qanuni içki alverçisinin hekayəsindən bəhs edir. Raees filminin çəkilişləri 2015-ci ilin aprelində başlamışdır. Film Hindistanın Respublika Günündə, 25 yanvar 2017-ci ildə buraxılmışdır.
Seydi Əli Rəis
Seydi Əli Rəis (türk. Seydi Ali Reis osmanlıca:غلطلى سيدى على ريِّس 1498 – 28 dekabr 1562, Konstantinopol) — Osmanlı imperiyası donanmasının admiralı (rəis). 1538-ci ildə Preveze dəniz döyüşündə Osmanlı donanmasının sol cinahına komandanlıq etmişdir. Hind Okeanındakı Osmanlı donanmasının komandanı olaraq 1554-cü ildə Hindistan Qoasında Portuqaliyalılarla döyüşmüşdür. Quru yolu ilə Hindistandan Türkiyəyə dönmüşdür. Sonra İstanbula yerləşmiş və naviqasiya, coğrafiya, riyaziyyat və astronomiyaya dair əsərlər yazmışdır. Əli Rəis elmi əsərlərlə yanaşı, şeirlərdə yazmışdır. İlk növbədə gəmi qəzasindan sonra Hindistandan İstanbula quru yolla səyahətini təsvir etdiyi "Ölkələrin aynası" və "Dənizlər kitabı" (Kitab ul-Muhit) kimi müxtəlif dillərə tərcümə olunmuş kitablar müəllifi kimi də məşhurdur. Kitablarında o, burada naviqasiya sənətini və Osmanlı imperiyasının limanlarını təsvir edir. Seydi Əli Rəis İstanbulun Haliç limanın şimal tərəfində Qalatada Türkiyənin Qara dəniz sahilindəki Sinop mənşəli bir türk ailəsində anadan olmuşdur.
Qurdoğlu Müslihəddin Rəis
Qurdoğlu Müslihəddin Rəis (türk. Kurtoğlu Muslihiddin Reis; lat. Curtogoli) — Osmanlı imperiyasının admiralı, eləcə də Rodosun sancaqbəyi. O, Osmanlı dəniz qüvvələrinə komandanlıq etmiş, bu dövrdə Osmanlının Misiri (1517) və Rodosu (1522) fəthlərində mühüm rol oynamışdır. Qurdoğlu Müslihəddin Rəis həmçinin, Süveyşdə yerləşən Osmanlı Hind Okeanı Donanmasının yaradılmasına kömək etmişdir. Donanmaya daha sonra oğlu Qurdoğlu Xızır Rəis komandirlik etmişdir. Qurdoğlu adı türkcə "canavarın oğlu" mənasını verir. Atasından götürdüyü bu epitet Müslihəddinin atası, Anadoludan olan türk dənizçisi Qurd Əhməd Rəisin adından götürülmüşdür. Qurt Əhməd Rəis Fateh Sultan Mehmedin donanmasında xidmət etmiş dənizçilərdən biri kimi tanınır. O, bir müddət dənizdə xidmət etsə də, yaşlandıqca yerini böyük oğlu Müslihəddinə buraxmışdır.
Hərbi dairə rəisliyi
Hərbi dairə rəisliyi — Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 18??–1840-cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Dərbənd şəhəri idi. Rəisliyə Bakı və Quba əyalətləri daxil idi.
Müsəlman əyalətləri rəisliyi
Müsəlman əyalətləri rəisliyi — Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 18??–1840–cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Şuşa şəhəri idi. Rəisliyə Şəki, Qarabağ, Şirvan və Lənkəran əyalətləri daxil idi.
Qala Rəisi
Qala Rəisi — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Çarusa bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,604 nəfər və 491 ailədən ibarət idi.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisliyi
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi. Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi. Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Rəhim Rəisniya
Rəhim Rəisniya — İran tarixçisi və yazıçı. Əslən azərbaycanlıdır. Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmişdir. Şirvan məntəqəsinin ümumi tarixi (Şirvanşahlar zamanı). Tehran, İran Xarici İşlər Nazirliyi nəşriyyatı, 2001, 284 s.(fars dilində). Azərbaycan İran tarixi gedişində. 3 cilddə. Tehran, "Məbna" nəşriyyatı, 2000, 2108 s.(fars dilində). İran və Osmanlı Türkiyəsi 20-ci əsrin astanasında. 2 cilddə.
Rəisəli Delvari
Rəisəli Delvari (1882, Delvar, Buşehr ostanı – 4 sentyabr 1915) — İranın milli qəhrəmanı, Birinci Dünya müharibəsində İranın cənubunu işğal edən Böyük Britaniya qüvvələrinə qarşı Təngistan qiyamına başçılıq edən məşhur yerli qəhrəman. Rəisəli Zair Məhəmməd oğlu 1882-ci ildə Təngistanın Delvar kəndində anadan olmuşdu. Rəisəli Delvari ingilis təcavüzkarlarına qarşı İranın cənub vilayətlərində başlayan milli azadlıq hərəkatına qoşulmuşdu. 1915-ci ilin avqust ayının axırlarında Əhrəm vuruşmalarında mücahid başçısı Rəisəli Delvari naməlum şəraitdə öldürüldü. "Borazcan komitəsi" bu təəssüflü hadisənin xəbərini sürətlə hər yerə yaydı və Rəisəlinin dəfni üçün matəm mərasimi keçirdi. Şiraz əhalisi demokratların başçılığı ilə məscidlərə matəm mərasimi təşkil etdilər. Şirazda ingilis konsulunun iranlı müavini Qulaməli xan Nəvvab Rəisəlinin adını hörmətsizliklə qey etdiyinə görə 1915-ci ilin sentyabrın 4-də şəhər cavanları tərəfindən öldürüldü. Rəisəlinin şəhid olması xəbəri Tehrana yayıldı, hökumət Şah məscidində matəm mərasimi keçirilməsinə göstəriş verdi.
Suvarilər rəisi
Suvarilər rəisi (lat. Magister equitum suvari ordu komandiri) — Qədim Romada fövqəladə magistratlara aid dövlət tutulu eyni zamanda diktatorun müavini.
İbrahim Rəisi
Seyid İbrahim Rəisi (fars. سید ابراهیم رئیسی‎; 14 dekabr 1960, Məşhəd – 19 may 2024, Bəkrabad kənd dairəsi[d], Şərqi Azərbaycan ostanı) — İranın 8-ci prezidenti (2021–2024). Seyid İbrahim Rəisi olaraq tanınan Seyid İbrahim Rəisus-sadat 14 dekabr 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açmışdır. Rəisi ibtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlamışdır. O, həmçinin, Şəhid Mütəhhəri adına universitetdə fiqh və fakültəsinin doktoranturasını da bitirmişdir. 20 yaşında Kərəc şəhərində vəzifəsində çalışan Rəisi, Həmədan şəhərində də eyni postda fəaliyyət göstərmişdir. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam etmişdir. O 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olmuşdur. Ayətullah Seyid Əli Xameneinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi, Tehranın baş prokuroru olaraq təyin olunmuşdur. Rəisi, 1994-cü ildə ölkənin müfəttişlik təşkilatının müdiri olaraq seçilmiş və 10 il boyunca bu vəzifəsində qalmışdır.
Azərbaycan Hərbi Əks-kəşfiyyat Xidmətinin rəislərinin siyahısı
Azərbaycan Hərbi Əks-kəşfiyyat Xidmətinin rəislərinin siyahısı — 18 oktyabr 1991-cı ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycan Hərbi Əks-kəşfiyyat Xidmətinin rəislərinin siyahısı bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycan Hərbi Əks-kəşfiyyat Xidmətinin rəislərinin siyahısı sıralanmışdır.
Mürsəl İbrahimov (SHÇDX rəisi)
Mürsəl Qorxmaz oğlu İbrahimov (20 sentyabr 1970, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2023). İbrahimov Mürsəl Qorxmaz oğlu 20 sentyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olmuş, 1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurmuşdur. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirmişdir. 1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçmişdir. 2006-cı ilin sentyabr ayından xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirmiş, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçmişdir. 2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirmişdir. 2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılmışdır. 2016-2023-cü illər ərzində "Kapital Bank" ASC-nin Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Rəisülküttab
Reis ül-Küttab (osman. رئيس الكتاب), və ya Rəis Əfəndi ( رئیس آفندی) — Osmanlı imperiyası bürokratiyasında böyük bir vəzifə daşıyırdı. "Katiblərin rəisi" və ya "baş katib" kimi tərcümə olunan bu postun sahibi əvvəlcə Xarici İşlər Nazirinin analoquna çevrilərək Sultan divanında xarici əlaqələrdən məsul olub. 1836-cı ildə Tənzimat islahatları dövründə Osmanlı Xariciyyə Nazirliyinin qurulması ilə reis ül-küttab adı rəsmi olaraq Xarici İşlər Naziri olaraq dəyişdirildi. Reis ül-Küttab vəzifəsi İstanbulun fəthindən həmən sonra təssis edildi. Lakin katiblik ilk dəfə 1520-ci illərin əvvəllərində təsdiqlənmişdir və böyük ehtimalla Sultan Süleyman Qanuni tərəfindən(1520-66) yaradılmışdır. Baxmayaraq ki, onun yanında hökümətdə kiçik bir vəzifə kimi də mövcud ola bilərdi. Adından da göründüyü kimi - reis ül-küttab "baş katib" və ya "baş köməkçi" mənasını daşıyır. Vəzifə Osmanlı imperiyasında hökumətini quran sultan divanı (divan-ı hümayun) katiblərindən məsul idi. I Süleymanın hökmranlığından əvvəl katiblik funksiyaları "emin-i axham" ("qərarların qoruyucusu") və nişançı tərəfindən paylaşılırdı.
Dərbənd Şəhər Rəisliyi
Dərbənd Şəhər Rəisliyi (rusca:Дербентское градоначальство) — Rusiya imperiyasının tərkibindəki Dağıstan vilayətinin Qaytaq-Tabasaran dairəsinin tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Dərbənd Şəhər Rəisliyi 1860-1883-cü illərdə mövcud olmuş və mərkəzi Dərbənd şəhəri olmuşdur. Dərbənd Şəhər Rəisliyinin əhalisinin böyük bir hissəsi azərbaycanlılardan təşkil edilmişdi. == Tarixi == Dərbənd Şəhər Rəisliyi 1860-cı ildə Rusiya imperiyası daxilində aparılan inzibati islahatların bir hissəsi olaraq təşkil edilmişdi. 1860-cı ildə Dağıstan vilayəti yaradıldı. Bu vilayətin inzibati mərkəzi 1860–1866–cı illərdə Dərbənd, 1866–1917–ci və 1919–1921–ci illərdə isə Temirxan–Şura şəhəri olmuşdur. Dağıstan vilayəti özü də bir neçə hissəyə bölünmüşdü. Belə inzibati vahidlərdən biri də Qaytaq-Tabasaran dairəsi idi və Dərbənd Şəhər Rəisliyi buraya tabe idi. 1860-cı ildə yaradılmış inzibati-ərazi vahidliyinə Dərbənd şəhəri, Sabnova kəndi və Ulus Mahal (onun 12 kəndi və obası) daxil idi. Rəislik mülki administrasiya tərəfindən idarə edilirdi və Rusiya imperiyasının qanunları ilə idarə edilirdi.
Şəhər rəisi
Qradonaçalnik (rus. Градоначальник) — XIX əsrdə və XX əsrin əvvəllərində Rusiya imperiyasında qubernator hüquqlarına malik olan məmur. Onlar quberniya bölgüsündən asılı olmayaraq, əhəmiyyəti və ya coğrafi mövqeyinə görə öz inzibati vahidinə malik qradonaçalstvoya (bitişik ərazisi olan şəhərə) nəzarət edirdi. Bu şəhərlər Sankt-Peterburq, Moskva, Odessa, Sevastopol, Kyaxta, Feodosiya, İzmail, Dərbənd, Rostov-na-Donu, Dalnıy, Bakı, Taqanroq, Yalta, Kerç-Yeni Qala və Nikolayev idi. Qradonaçalnik ya şəxsən imperator tərəfindən, ya da Daxili İşlər Nazirliyinin təqdimatı ilə təyin edilirdi. Qubernatorlara tabe olan şəhərlərlə müqayisədə qradonaçalniki şəhərin özünüidarəsinə (şəhər polisi idarəsi, ticarət, poçt, gəmiçilik və ictimai, təhkimçi və liman binalarına nəzarət) tam hüquqlardan istifadə edirdi. Qradonaçalnik paytaxtda təsərrüfat sərəncamları ilə bağlı işlərə baxarkən xüsusi şəhər işlərinə və vilayət inzibati komitəsinə rəhbərlik edirdi. 1917-ci il Fevral inqilabı qradonaçalnik vəzifəsini ləğv etmiş və onu Müvəqqəti Hökumətin komissarları ilə əvəz etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Градоначальник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).

Digər lüğətlərdə