RƏNCİDƏHAL

sif.zərf [ fars. rəncidə və ər. qəlb, xatir, hal] İncik, incimiş, küskün, küsmüş.
Belə şübhəli və bir az da rəncidəxatir xan durub darvazadan çıxdı. Çəmənzəminli.
Lakin müvəkkil rəncidəhal gedirdi. B.Bayramov.

□ Rəncidəqəlb (rəncidəxatir, rəncidəhal) etmək – incitmək, küsdürmək, qəlbini sındırmaq.
Rəncidəqəlb (rəncidəxatir, rəncidəhal) olmaq – incimək, küsmək, qəlbi sınmaq.
[Şah:] Hacı, deyəsən, məndən rəncidəxatir oldun. Ə.Haqverdiyev.
Xanım, Qulam müəllimin rəncidəhal olduğunu görüb gülümsündü… S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RƏNCİDƏHAL rəncidəhal bax incik
RƏNCİDƏ
RƏNCİDƏXATİR

Digər lüğətlərdə