RƏNDƏLƏMƏK

f.
1. Taxtanı rəndə ilə yonub hamarlamaq, rəndədən keçirmək.
Bir yanda xarratlar taxta yonub rəndələyir, qapıpəncərənin çərçivəsini yerinə salır, döşəməni düzəldirdilər. M.İbrahimov.
Qoca xarrat qutuları; Rəndələyib verdi sığal. M.Dilbazi.

2. məc. Ora-burasını düzəltmək, yaxşı şəklə salmaq, qaydaya salmaq, abıra salmaq. …Belə çirkin adətləri rəndələmək, özü də əməlli-başlı rəndələmək lazımdır.
// məc. Tərbiyələndirmək; kobud, qaba cəhətlərini bir qədər yumşaltmaq, azaltmaq.
Zaman onu xamır kimi; kündələdi; Yaman onu rəndələdi… B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RƏNDƏLƏMƏK düzəltmək — şümallamaq
RƏNDƏLƏMƏ
RƏNDƏLƏNMƏ

Digər lüğətlərdə