RÜŞD

ə. 1) doğru yola getmə, doğru yolu tapma; 2) boy atma; inkişaf; 3) həddi-büluğa yetişmə.

RÜSVAY
RÜŞDİ
OBASTAN VİKİ
İbn-Rüşd
İbn Rüşd (tam adı: Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd) və ya latınlaşdırılmış variantı ilə Averroes 14 aprel 1126, Kordova, Mürabitlər dövləti – 10 dekabr 1198, Mərrakeş[d], Müvəhhidlər dövləti[d]) — əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur. Digər məşşai filosoflarından fərqli olaraq, din-fəlsəfə münasibətləri probleminə hərtərəfli və sistemli şəkildə toxunan İbn Rüşd əlaqədar görüşlərini "Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə", "Fəsl əl-məqal fi ma beynə əl-hikmə və əş-şəriət min əl-itt isal" və "Təhafüt təhafüt əl-fəlasifə" adlı kitablarda toplamışdır. İbn Rüşdün problemə özünəməxsus münasibəti ondan ibarətdir ki, din və fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün onların arasında "ənənəvi" oxşarlıqlar axtarışına çıxmamışdır. O, problemi din nöqteyi-nəzərindən araşdırmış, ehkamlara əsaslanaraq, rasional biliklə vəhyi biliyin uyğunluğu ideyasını irəli sürmüş, dində ağıla əhəmiyyətin verdiyini bildirmişdir. İbn Rüşd deyirdi ki, fəlsəfə ilə məşğul olmaq dinin tələb etdiyi zəruri məsələdir. O, dinlə fəlsəfəni eyni həqiqətin ayrı-ayrı təzahürləri kimi nəzərdən keçirərək, onları "eyni məmədən süd əmən iki bacı" adlandırmışdır: "Demək istəyirəm ki, hikmət (fəlsəfə) şəriətin (dinin) dostu, süd bacısıdır. …Onlar təbiət etibarilə dostdurlar, mahiyyət baxımından bir-birinə aşiq sevgililərdir". Ümumiyyətlə, İbn Rüşd qarşısına belə bir məqsəd qoymuşdu ki, vəhy və fəlsəfənin ayrı-ayrılıqda nə kimi əhəmiyyət daşıdığını müəyyənləşdirib, onları bir-birinə uyğunlaşdırmaqla aralarında heç bir ziddiyyətin olmadığını isbatlasın.
İbn Rüşd

Həsən Rüşdiyyə
Hacı Mirzə Həsən Rüşdiyyə (5 iyul 1851, Təbriz – 10 dekabr 1944, Qum) — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmişdir. == Həyatı == Əslən azərbaycanlı olan İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan "Əxtər" (1875–1896) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə deyilirdi ki, "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır". Bu məqalədən və digər amillərdən təsirlənən gənc Həsən atasından icazə alaraq, Osmanlı dövlətinə yollanır. Orada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb edir və özünə Rüşdiyyə təxəllüsünü götürür.
Mehmed Rüşdü Paşa
Mehmed Rüşdü Paşa Mehmed Rüşdi Paşa (türk. Mehmet Rüşdi Paşa və ya Mütercim Rüşdi Paşa, 1811 Ayancik, 27 mart 1882 Manisa) Osmanlı islahatçısı və dövlət xadimi idi. Beş ayrı müddət ərzində Osmanlı İmperiyasının Böyük Vəziri olmuşdur. Ondan əvvəl bu vəzifəni Midhat Paşa yerinə yetirmişdir. Mehmed Rüşdi Paşa Tanzimatın qızğın tərəfdarı idi. Özünü modernləşdirməyə cəhd edilmədiyi təqdirdə imperiyanın Qərbdən geri qalacağına inanırdı. Gəncliyində Hərbi Mətnlərin Tərcüməçisi, habelə hərbi polkovnik kimi xidmət etmişdir. == Həyatı == Mehmed Rüşdi Paşa, 1811-ci ildə Ayancık mahalında bir kasıb bir ailədə anadan olmuşdur. Üç yaşında olanda ailəsi 1814-cü ildə İstanbula köçdü. İstanbulda Rüşdie Paşa yerli məktəb sistemində oxudu.
Mirzə Həsən Rüşdiyyə
Hacı Mirzə Həsən Rüşdiyyə (5 iyul 1851, Təbriz – 10 dekabr 1944, Qum) — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmişdir. Əslən azərbaycanlı olan İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan "Əxtər" (1875–1896) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə deyilirdi ki, "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır". Bu məqalədən və digər amillərdən təsirlənən gənc Həsən atasından icazə alaraq, Osmanlı dövlətinə yollanır. Orada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb edir və özünə Rüşdiyyə təxəllüsünü götürür.
Məhməd Rüşdü Sakarya
Mehmet Rüşdü Sakarya (türk. Mehmet Rüştü Sakarya) (d. 1877 İstanbul, Osmanlı İmperiyası – ö. 2 dekabr 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. 1895-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-cu ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 6 iyulunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 25 mart 1934-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. 2 dekabr 1951-ci ildə İstanbulda vəfat etdi.
Məhəmmədəli Rüşdi
Məhəmmədəli Rüşdi - Təbriz tamaşaçılarının xüsusi rəğbət bəslədikləri sənətkar olub. Populyar və şöhrətli aktyor realist oyun üslubunda istifadə etdiyi ifadə vasitələrinin təbiiliyi, cazibədarlığı və səmimiyyəti ilə geniş kütlənin rəğbətini qazanıb. Səhnədə 25 ildən çox aktyorluq edib və Təbrizdə milli teatrın inkişafında hər cür məhrumiyyət və əzablara mətanətlə sinə gərib. Məhəmmədəli Rüşdi 1906-cı ildə Təbrizdə dünyaya göz açıb. Atası müəllim idi və buna görə də oğlunu ziyalı görmək üçün ona mükəmməl təhsil verib. O, Təbrizdə darülmüəllimi bitirdikdən sonra müxtəlif təhsil ocaqlarında dərs verib. Müəllimlik edə-edə həm məktəblərdə hazırlanan tamaşalarda, həm də şəhərin müxtəlif həvəskar teatr dəstələrində kiçik rollar oynamağa başlayıb. Əvvəlcə qız rollarında səhnəyə çıxıb. Tədricən qabiliyyəti və bacarığı, səhnədə sərbəst və inamla davranması ilə maraq doğuran aktyora daha sanballı rollar tapşırılıb. Məhəmmədəli Rüşdi dramatik rollarda, realist səpkili psixoloji obrazların ifasında daha uğurla, daha inamla çıxış edib.
Rüşdiyyə
Həsən Rüşdiyyə — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb.
Rüşdiyyə məktəbi
Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb Cənubi Azərbaycan maarifpərvəri və pedaqoqu Rüşdiyyənin Təbrizdə ("Dəbistani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə", 1888; "Rüşdiyyəyi-müzəffəriyyə", 1893) və Tehranda (1897) yeni üsullu məktəbi. Rüşdiyyə məktəblərinin tədris planına Azərbaycan, fars, fransız dilləri, sərf-nəhv, ədəbiyyat, riyaziyyat, fizika və b. fənlər daxil idi. İranda sxolastik tədris üsuluna zidd olan Rüşdiyyə məktəbləri şah üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən dəfələrlə bağlanmışdı. Buna baxmayaraq, Rüşdiyyə məktəbləri İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. "İbtidai və Rüşdiyyə məktəb dərslikləri". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002.
Rüşdü Onur
Rüşdü Onur — (3 avqust 1920, Osmanlı imperiyası – 2 dekabr 1942, İstanbul) İyirmi iki yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Özü kimi gənç yaşında vərəmdən vəfat edən dostu Müzəffər Tayyib Uslu ilə birlikdə ölümlərindən sonra ki illərdə dərc olunan hər şeir antologiyasında qısa həyat hekayələri və şeirləri "Zonquldağ şairləri" olaraq dərc olunmuşdur. Müzəffər Tayyib Uslu kimi o da Behcət Necatigilin tələbəsidir. Həyatı "Kəpənəyin Yuxusu" adlı filmə çəkilmişdir. 3 avqust 1920-ci ildə Devrəkdə anadan olmuşdur. Atası , kənd müəllimi olan Məmməd Əmin Onur, anası isə Fikriyyə xanımdır. Ailənin ən böyük övladı olan Rüşdü Onurun, Hüseyin və Saffət adlarında iki oğlan qardaşı var idi. Ilk təhsilini 1933-cü ildə Devrəkdə bitirdikdən sonra Kastamonuda başladığı orta məktəbi Zonquldağda, Zonquldağ Məmmd Çəlikəl Liseyində dəvam etdirdi. Vərəmə yoluxduğu üçün 1938-ci ildə təhsilinə bir il fasilə vermək məcburiyyətində oldu. Sonraki il təkrar məktəbə başlasa da artıq məktəb mühitindən uzaqlaşdığı üçün təhsilinə dəvam edə bilmədi.
Rüşdü bəy
Rüştü Paşa (türk. Rüştü Paşa; 1872, Ərzurum, Ərzurum vilayəti – 13 iyul 1926, İzmir) — Türk əsgəri və siyasətçisi. 1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi.
Salman Rüşdi
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
Salman Rüşdü

Şahnaz Rüşdiyyə
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şirvanzadə Mehmed Rüşdi Paşa
Şirvanizadə Mehmed Rüşdü Paşa (1828, Amasya – 1874, Taif, Məkkə bölgəsi[d]) — Sultan Əbdüləzizin hakimiyyəti dövründə 9 ay 27 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. 1828-ci ildə Amasiyada dünyaya gəlmişdir. Atası Nəqşibənd təriqətinin Xalidiyyə şeyxlərindən İsmayıl Siracəddin Əfəndidir. Ailəsi vaxtilə Şirvan-Dağıstan bölgəsindən Amasyaya köç etmişdir. İlk dini təhsilini atası və böyük qardaşı Əbdülhəmid Əfəndidən almış, ardından 1851-ci ildə İstanbula gedərək burada Vidinli Mustafa Əfəndidən icazət almışdır. Hələ təhsili davam edərkən dövrün şeyxülislamı Məşrəfzadə Arif Əfəndinin oğlu Sıddıq Əfəndiyə dərs verməyə başlamışdır. Məhz bu tələbəsi və Əhməd Cövdət Əfəndinin vasitəçiliyi ilə 1855-ci ildə müdərrisliyi təsdiqləndi. Ardından 21 sentyabr 1853-cü ildə Amasya Vəqf idarəsinin rəisi təyin edilsə də, bu vəzifədə çox qala bilmədi və 3 yanvar 1855-ci ildə istehfa verərək İstanbula döndü. Döndükdən qısa müddət sonra Rüşdü Əfəndi, torpaq qanunu hazırlanması məqsədilə Əhməd Cövdət Əfəndi tərəfindən qurulan komitəyə üzv seçildi və bir neçə il bu komitə daxilində çalışdı. Bu müddət ərzində Mehmed Əli Paşa, Fuad Paşa kimi dövrün mühüm siyasi xadimləriylə tanış oldu.
Mehmet Rüşdü Sakarya
Mehmet Rüşdü Sakarya (türk. Mehmet Rüştü Sakarya) (d. 1877 İstanbul, Osmanlı İmperiyası – ö. 2 dekabr 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1895-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-cu ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 6 iyulunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 25 mart 1934-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. 2 dekabr 1951-ci ildə İstanbulda vəfat etdi.