SƏHBA
SƏHƏRGAH
OBASTAN VİKİ
Səhər
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər hər saat qurşağına görə başlayır, ancaq səhərin vaxtına təsir etmir. Sutkanın dövrlərə bölünməsi insanın vaxtını düzgün bölünməsi üçün lazımdır. == Sözün mənşəyi == Səhər sözünün kökü ivrit dilindəki ivr. ‏שחר‏‎ [şaxar] sözünə gedib çıxır ki, onun da mənası "sübh" deməkdir.Talmuda görə , şaxarit adlanan sübh vaxtı ibadət Həzrəti İbrahimdən gəlmişdir. === Atalar sözləri === Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Səhər (dəqiqləşdirmə)
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər (qəzet) — Azərbaycanda nəşr olunmuş qəzet. Səhər (şairə) — Səhər (film, 1960) — Azərbaycan filmi.
Səhər (qəzet)
"Səhər" — Gündəlik ictimai-siyasi qəzet. Qəzetin birinci nömrəsi 1989-cu il avqustun 4-də nəşr olunmuşdur. "Səhər" 1991-ci ildə Azərbaycanda yüksək tirajla nəşr edilən yeganə gündəlik qəzet olmuşdur. Fəaliyyəti dövründə ictimai fikrə təsir edən, xarici kütləvi informasiya vasitələrinin istinad etdiyi ən etibarlı xəbər mənbəyi rolunu oynamışdır.
Səhər (şairə)
Əhmədova Səhər İsmayıl qızı (14 may 1972, Şilyan, Kürdəmir rayonu) — şair, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanmışdır. Kulis.az saytının köşə yazarıdır.
Səhər Biniaz
Səhər Biniaz (fars. سحر بینیاز‎; 17 noyabr 1986, Tehran) — İran aktrisası və model.
Səhər Delicani
Səhər Delicani (18 sentyabr 1983, Tehran) — İran yazıçısı. == Həyatı == Səhər Delicani 1983-cü ildə Tehrandakı Evin həbsxanasında doğulub. Həmin vaxt onun atası da, anası da siyasi motivlə həbsdə olub. Səhər 1996-cı ildə ailəsi ilə birlikdə ABŞ-yə köçüb və Kaliforniyadakı Berkli Universitetində filologiya ixtisası üzrə təhsil alıb. “Cakaranda ağacının uşaqları” müəllifin ilk romanıdır. Bu roman 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub. Əsər bir çox ədəbi mükafata layiq görülüb.
Səhər Orucova
Səhər Hidayət qızı Orucova — filologiya elmləri namizədi (2002), filologiya üzrə elmlər doktoru (2013), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında dosent (2005), professor (2015), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (2015), "Folklorşünaslıq" jurnalının təsisçisi (2017), AMEA-nın professoru (2018), Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru (2021) == Həyatı və Yaradıcılığı == Səhər Orucova İrəvan şəhərində anadan olub. 1978–1988-ci illərdə Bakı şəhəri 193 saylı orta məktəbində oxuyub. 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 2005–2011-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində Xarici dil (İngilis dili) müəllimi ixtisası üzrə təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. 1993–1995-ci illərdə BDU-nun Filologiya fakültəsinin "Humanitar fakültələr üzrə Rus dili kafedrası"nda laborant, 1995–1996-cı illərdə "XX əsr Rus ədəbiyyatı nəzəriyyəsi" üzrə baş laborant, 1996–1999-cu illərdə Folklor kafedrasında müəllim, 1999–2003-cü illərdə baş müəllim, 2003–2005-ci illərdə dosent əvəzi, 2005-ci ildə dosent, 2015-ci ildən professor vəzifələrində çalışmışdır. 2018-ci ildə AMEA-nın professoru adını alıb. 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiridir. 2021-ci ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktorudur. O, BDU-nun Filologiya fakültəsində bakalavr və magistr pillələrində rus və Azərbaycan bölmələrində "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Azərbaycan dastanları", "Kitabi Dədə Qorqud" və dünya eposu" fənlərindən dərs deyir.
Səhər TV
Səhər Televiziyası və ya qısaca Səhər TV (fars. شبکه سحر‎; ing. SAHAR TV) — İranın 6 dildə yayımlanan telekanalı. == Haqqında == İran İslam Respublikasının Televiziya-yayım Şurasında (IRIB) iki telekanal ilə qeydiyyatdan keçib (Sahar TV 1, Sahar TV 2). Kanal 6 dildə, o cümlədən Azərbaycan dilində də yayımlanır. Azərbaycan dilindən başqa İngilis, Fransız, Kürd, Bosniya, Fars dillərində də vaxt ardıcıllığı ilə yayımlanır. == Azərbaycan dilində == Səhər Televiziyasının Azərbaycan redaksiyası 1992-ci ildən fəaliyyət göstərir. İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılıb.
Səhər Televiziyası
Səhər Televiziyası və ya qısaca Səhər TV (fars. شبکه سحر‎; ing. SAHAR TV) — İranın 6 dildə yayımlanan telekanalı. == Haqqında == İran İslam Respublikasının Televiziya-yayım Şurasında (IRIB) iki telekanal ilə qeydiyyatdan keçib (Sahar TV 1, Sahar TV 2). Kanal 6 dildə, o cümlədən Azərbaycan dilində də yayımlanır. Azərbaycan dilindən başqa İngilis, Fransız, Kürd, Bosniya, Fars dillərində də vaxt ardıcıllığı ilə yayımlanır. == Azərbaycan dilində == Səhər Televiziyasının Azərbaycan redaksiyası 1992-ci ildən fəaliyyət göstərir. İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılıb.
Səhər namazı
Sübh və ya ertə namazı 2 rəkət sünnət,2 rəkət fərz və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır. == Sübh namazının qılınma qaydası == Birinci rükət: Niyyət ; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; İkinci rükət: Həmd-surə; Qunut Ruku; 2 səcdə; Təşəhhüd; Salam. === Niyyət: === 2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün). === Təkbirətul-ehram: === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd-surə: === Fatihə surəsi ilə ondan başqa İxlas surəsi oxunmalı, yəni ayaqda sırasıyla : Fatihə surəsi; İxlas surəsi oxunur. === Qunut: === Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı 3 dəfə "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. === Ruku: === Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir və ya "Subhanə Rabbiyəl Azim". === 2 səcdə: === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
Səhər otağı
Səhər otağı (ing. Drawing room) - İri ev və malikanələrdə çox vaxt mətbəxə yaxın olan otaq. Planlaşdırmada çalışırlar ki, səhər otağının geniş pəncərəsi olsun. Adətən qonaq otağına, yaxud nahar otağına əks tərəfdə olur ki, həm səhər, həm gündüzdən sonra otaqlardan azı birinə günəş işığı düşsün.
Səhər Əhməd
Əhmədova Səhər İsmayıl qızı (14 may 1972, Şilyan, Kürdəmir rayonu) — şair, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanmışdır. Kulis.az saytının köşə yazarıdır.
Quru səhər yeməyi
Səhər yeməyində xırtıldayan qarğıdalı və ya xırtıldayan qarğıdalı taxıl, işlənmiş dənli bitkilərin dənindən hazırlanmış səhər yeməyi olub, əsasən Qərb dünyasında tez-tez səhər yeməyi üçün istifadə olunur. Ən çox südlə qarışdırılır, eyni zamanda qatıq və ya meyvə ilə də yeyilə bilər. Bəzi şirkətlər qarğıdalı unu və yulaf əsaslı və yüksək lifli taxıl yeməyinin sağlamlığa faydalarını vurğulayaraq məhsullarını reklam edirlər. ABŞ-də taxıllar tez-tez lazımi vitaminlərlə zənginləşdirilirlər, eyni zamanda sağlam səhər yeməyi üçün lazım olan vitaminlərin əksəriyyətindən məhrum da ola bilərlər. Külli miqdarda tərkibində şəkər olan taxılların çoxu istehsal olunur. Bir çox səhər yeməyi ekstruziya ilə istehsal olunur. Səhər yeməyində istifadə edilən taxıl sənayesinin ümumi mənfəət nisbəti 40-45 %, bəzi bazarlarda 90 %-ə kimi nüfuz etmiş və tarixi boyu davamlı olaraq böyümüşdür. ABŞ-də müxtəlif səhər yeməyi taxıllarının sayı 160-dan (1970) 340-a (1998) qədər artmışdır; 2012-ci il üçün proqnozlaşdırılan trend 4.945-dir. Bu yüksək rəqabətli bazarda, səhər yeməyində istifadə edilən taxılların istehsalı ilə məşğul olan şirkətlər getdikcə artan sayda müxtəlif ləzzətlərdə olan dənli bitkilər inkişaf etdirmişdirlər. Bir çox sadə buğda və ağ yulaf əsaslı dənlər mövcud olsa da, digər tatlar şirindir.
Səhər (film, 1960)
"Səhər" — rejissor Ağarza Quliyevin filmi. == Məzmun == Burada kənddən Bakıya gəlib neft mədənlərində işləyən Bayramın(Giuli Çoxonelidze) bolşeviklərin təsiri altında inqilabçıya çevrilməsindən danışılır. == Film haqqında == Film Mehdi Hüseynin eyniadlı romanının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Mehdi Hüseyn Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: Dmitri Feldman Rejissor: Tofiq Kazımov, Rüfət Şabanov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Fikrət Əmirov Mahnıların mətni: Nəbi Xəzri Səs operatoru: Ağahüseyn Kərimov Geyim rəssamı: Elbəy Rzaquliyev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Rejissor assistenti: Əsgər İsmayılov, Elmira Əliyeva Operator assistenti: Tofiq Sultanov (T.Sultanov kimi), A.Ələkbərov Rəssam assistenti: S.Şıxlı, N.Mahmudov Montaj edən: Yevgeniya Abdirkina Filmin direktoru: Teymur Hüseynov Mahnı ifa edən: Lütfiyar İmanov (titrlərdə yoxdur) Operator: Əsgər İsmayılov (titrlərdə yoxdur) === Rollarda === Nodar Şaşıqoğlu — Əzizbəyov Giuli Çoxonelidze (Giuli Çoxonolidze kimi) — Bayram Nikolay Barmin — Smirnov Lütfi Məmmədbəyli — Aslan Əşrəf Yusifzadə — Pirəli Ələsgər Ələkbərov — Rəhim bəy M.Hüseynov — Rəşid Elmira Şabanova — Sevda Əli Zeynalov — Abuzər bəy Mustafa Mərdanov — Əhməd kişi Manana Abuyeva — Süsən Andro Kobaladze — Koba Qurgen Tonuns — Şaumyan H.Qaqanidze — Caparidze Əzizə Məmmədova — Səlminaz Nina Kloçneva — Yelena Vladimir Otradinski — polkovnik Sona Hacıyeva — Aslanın anası Anatoli Falkoviç — zabit Əhməd Anatollu — Süsənin atası Ələkbər Hüseynzadə — kəndli Ələkbər Seyfi — gizli mətbəəçi L.Volezev Leyla Rzayeva — Əzizbəyovun arvadı German Orlov - Vasya İbrahim Azəri — fəhlə Kuzma Qolovkov - jandarm B.Sadıqov Hüseynağa Sadıqov — nökər Bahadur Əliyev — fəhlə === Filmi səsləndirənlər === Həsənağa Salayev — Bayram (Giuli Çoxonelidze) (titrlərdə yoxdur) Əli Zeynalov — Əzizbəyov (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Smirnov (Nikolay Barmin )(titrlərdə yoxdur) Müxlis Cənizadə — Rəşid (M. Hüseynov) (titrlərdə yoxdur) Möhsün Sənani — Şaumyan (Qurgen Tonuns) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - Abuzər bəy (Əli Zeynalov );yerli sakin(titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli - Koba (Andro Kobaladze)(titrlərdə yoxdur) Hökümə Qasımova - Yelena (Nina Kloçneva)(titrlərdə yoxdur) Ağahüseyn Cavadov - gizli mətbəəçi (Ələkbər Seyfi):inqilabçı fəhlə(titrlərdə yoxdur) Əlizaman Qasımov - Vasya (German Orlov);jandarm (Kuzma Qolovkov);Həbsxana rəisi(titrlərdə yoxdur) Bahadur Əliyev - inqilabçı (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С.И.Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Səhər (serial, 2019)
Səhər (ing. Daybreak) — Amerikanın postapokaliptika, komediya-dram və macəra janrında yayımlanan televiziya serialı. Onun premyerası 24 oktyabr 2019-cu ildə Netflix-də baş tutub və baş rollarda Colin Ford, Alyvia Alyn Lind, Sophie Simnett, Austin Crute, Cody Kearsley, Jeanté Godlock, Gregory Kasyan, Krysta Rodriguez və Metyu Broderick var. 2019-cu ilin dekabrında Netflix bir mövsümdən sonra serialı ləğv etdi. == İcmal == Serial Kaliforniya ştatının Qlendeyl əyalətində itkin düşmüş britaniyalı sevgilisi Sem Dinini axtaran 17 yaşlı orta məktəbdə oxuyan Kanadalı Coş Uilerin hekayəsini izləyir. O, 10 yaşlı piromanik Anjelika və Coşun keçmiş orta məktəb zorakılığı, indi pasifist samuray olan Uesli də daxil olmaqla, yaramazlar qrupu ilə birləşir. Coş Mad Max tipli dəstələrin (pis idmançılar, amazon döyüşçülərinə çevrilmiş şənliklər və s.), Ghoulies adlı zombi kimi məxluqlara çevrilmiş böyüklər və sirli Baron Triumf dəstələri arasında sağ qalmağa çalışır. == Qruplar == === The Jocks (Atletçilər) === Terrence "Terry" Markazian (Chester Rushing): Qolf komandasının üzvü. Jerry (Micah McNeil): Qolf komandasının üzvü. Larri (Alan Trong): Qolf komandasının üzvü.
Çəmənlikdə səhər yeməyi
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.
Otun üzərində səhər yeməyi
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.
Səhər, günorta və gecə
Səhər, günorta və gecə (ing. Morning, Noon And Night) — Sidni Şeldonun 1995-ci ildə yazdığı romandır.
Səhər nəğməsi (film, 1950)
== Məzmun == Film-konsert Azərbaycan incəsənət ustalarının çıxışlarına həsr olunmuşdur.
Yaxşı külək, aydın səhər
Yaxşı külək, aydın səhər (yap. 凱風快晴), Cənub külək, aydın göy və ya Qırmızı Fuci — yapon ukiyo-e rəssamı olam Hokusayın taxta blokunda qravür. Onun Fucinin otuz altı görüntüsü (富嶽三十六景, Fugaku sanjūrokkei) seriyasına aiddir və bu həmin seriyadan olan Kanaqavada böyük dalğa qravüru ilə Yaponiya incəsənətinin ən tanınmış əsərlərdən biri sayılır.
Çayxanada səhər
Çayxanada səhər və ya çay evində səhər — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 2000-ci ildə çəkdiyi rəsm əsəri. == Təsvir == Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəklin ön mərkəz qismində, ağ masa örtüsü örtülmüş stolun üzərində samovar, çaydan və meyvə dolu boşqab, arxa fonda qızılgül və çiçək mühitində əlində meyvəli nimçə tutan gənc qız, az buludlu səma, uçan quşlar və pişikləri gəzir. Şəkildə bəzi obyektlər qabaqda, bəzi əşyalar isə arxada yerləşdirilib və perspektiv prinsipi nəzərə alınıb. Əsərdə əksərən şaquli xətlərdən istifadə olunsa da, üfüqi və diaqonal xətlər də diqqəti cəlb edir. Rəsmin fakturasına uyğun olaraq üzvi yumşaq fırça vuruşlarından istifadə edilmişdir. Rəsmdəki rənglər sənətin plastik xassələrinə uyğun və rəng harmoniyasına diqqət yetirilməklə düzülüb. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. Bir-biri ilə qovuşan rənglər gözəl harmoniyada vurğulanır. Ümumi mənzərədə açıq tonlar üstünlük təşkil edir.
Səhər buxovlanması
Səhər buxovlanması (ing. morning stiffness) – oynaqda səhərlər yaranan hərəkət məhdudluğu, sərtliyi və ya çətinliyi. Güman edilir ki, istirahət anında limfa dovranının durması ilə iltihab mediatorlarının oynaqda toplanması ilə yaranır. İltihab nəticəsində yaranan buxovlanma səhər oyandıqda yaranır və ya güclənir və ya uzun müddətli istirahətdən sonra yaranır. Lokal və ümumi olur, davam müddətinə əhəmiyyət verirlər.
Gün Səhər (qəzet)
Gün Səhər - Gündəlik ictimai-siyasi qəzet. 2005-ci ilin fevral ayında yaradılıb. Təsisçis «GÜN» müstəqil yayım şirkəti. Baş redaktoru Qabil Abbasoğludur. == Tarixi == “Gün səhər” qəzeti 2005-ci ilin fevral ayında yaradılıb. Tanınmış jurnalist, “Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin təsis etdiyi “Gün səhər” də uzun müddət yaşamadı. Amma mətbuat aləmində adından söz etdirə bildi.
İsa Səhər Ulduzu
İsa Səhər Ulduzu (kor. 기독교복음선교회) — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Kultun yaradıcısı Çon Men Sok İsanın xilaskarlıq missiyasını yerinə yetirə bilmədiyini, həqiqi xilaskarın özü olduğunu irəli sürərək 1970-ci ildə təmizlənmə rituallarına əsaslanan İsa Səhər Ulduzu kultunun əsasını qoymuşdur. Onunla intim əlaqə sayəsində bütün günahların silinəcəyini təbliğ edərək Çon yüzlərlə koreyalı qadınla münasibətdə oldu. Cazibədar qızları universitetlərdən seçərək sosial klublar, idman turnirləri və Bibliyanı öyrədən kurslar vasitəsilə aldadıb yığırdılar. 1999-cu ildə kütləvi informasiya vasitələrində zorlamalar haqqında ittihamlar dərc edilməyə başlayanda Çon Koreyadan qaçdı. O, növbəti 8 ili Yaponiyada, Honkonq və Tayvanda gizlənərək öz əməllərinə davam etdi. Lakin 2008-ci ildə Çində ələ keçirildi və Seulda 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan.
Tekila səhər şəfəqi
Strelets edamının səhəri
Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri «Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.
Səhərə inan... (film, 2010)
== Məzmun == == Film haqqında == Filmdə Cəfər Cabbarlının "Aydın" tamaşasından istifadə edilib.
Səhərə inan... (film, 2011)
== Məzmun == == Film haqqında == Filmdə Cəfər Cabbarlının "Aydın" tamaşasından istifadə edilib.
Tiffanidə səhər yeməyi (film, 1961)
"Tiffanidə səhər yeməyi" (ing. Breakfast at Tiffany's) — rejissor Bleyk Edvardsın filmi. == Məzmun == Varlı sevgilisinin hesabına yaşayan yazıçı Pol Varjak yeni mənzilə köçür və burada qonşusu Holli Qolaytli ilə tanış olur. Holli necə gəldi yaşayan yelbeyin qızdır. Bəziləri onu avantürist hesab edir, bəziləri isə onun tülkü kimi hiyləgər olduğunu fikirləşirlər. O, varlı kişinin məşuqəsi olmaq arzusu ilə yaşayır. O, öz adını dəyişir, telefonunu çarpayının altındakı çamadanda saxlayır, mənzilindən pəncərə vasitəsilə çıxır və zərgərlik mağazası "Tiffany & Co." haqqında xəyal edir. Holli özünə "Tiffany & Co." kimi sakit yer tapsa, o, həyatından qaçmaqdan əl çəkəcək və öz sevimli pişiyinə ad qoyacaq. == Film haqqında == Odri Hepbern bu filmdə sadə, qeyri-adi, özünə varlı kavaler axtaran Holli Qolaytli rolunu ifa edir. Bu rol sonradan onun fəaliyyətinə çox uğur gətirir.
Çempionlar üçün səhər yeməyi (roman)
Çempionlar üçün səhər yeməyi — Kurt Vonnequtun 1973-cü ildə yazdığı romandır. Əsərin əsasında 1999-cu ildə Alan Rudolf tərəfindən eyniadlı film çəkilib. Müəllifin ön sözündə Vonnequt yazırdı ki, bu kitab onun əlli illik yubileyində özünə hədiyyədir. "Palm Sunday" kitabının 18-ci fəslində: "Avtobioqrafik kollaj", "Seksual İnqilab", Vonnequt əsərlərini qiymətləndirir; O, “Çempionlar üçün səhər yeməyi”ni 5 baldan 3 balla qiymətləndirdi. == Sujet == Distopiya romanı ədəbi mükafatların keçiriləcəyi qondarma Midlend Siti şəhərində cərəyan edir. Mərkəzi personaj Kurt Vonnegutun romanlarının kəsişən qəhrəmanıdır yazıçı Kilgore Troutdur. İkinci əsas personaj "Pontiac" satan bir şirkətin hörmətli sahibi, tədricən ağlını itirən Dueyn Huverdir. Buna səbəb yuxarıda adı çəkilən Kilgore Troutun “İndi hər şeyi danışmaq olar” kitabı idi. Müəllif hərəkətə müdaxilə edir və onu şərh edir, təsvir olunan hər şeyi öz ixtirasının bəhrəsi olduğunu bəyan edir və bu və ya digər povest hərəkətinin motivlərini oxuculara izah edir. Sonda o, öz personajı Kilgore Trout ilə birbaşa dialoqa girir.

Digər lüğətlərdə