SADI

(Qax, Zaqatala)
qəmli mahnı
SADDAMAX
SADIR
OBASTAN VİKİ
Hacıbala Sadıqov
Hacıbala Müseyib oğlu Sadıqov (10 aprel 1935, Dəstə, Naxçıvan MSSR) — Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, sabiq hakimi, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Naxçıvan MSSR Ali Məhkəməsinin sədri. == Həyatı == H. Sadıqov 1935-ci il aprelin 10-da Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. O, 1949–1953-cü illərdə Ordubad Pedaqoji Texnikumunda, 1953–1958-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakül-təsində təhsil almışdır. Ali təhsil müəssisəsində hüquqşünas ixti-sasma yiyələndikdən sonra H. Sadıqov 1958–65-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət He-yətində təltif, hüquq və sovet işləri şöbələrində məlumatçı və referent vəzifələrində işləmişdir. Onun 1965-ci ildən sonrakı həyatı respublikamızda ədalət mühaki-məsinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, o, 1965–70-ci illərdə Salyan rayon hakimi, 1970–72-ci illərdə Yevlax rayon məhkəməsinin sədri vəzifələrində çalışmış, 1972-ci ildə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilmiş və həmin vəzifədə 1978-ci ilə qədər çahşmışdır. H. Sadıqov 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkə-məsinin Sədri seçilmiş və 1983-cü ilə qədər bu vəzifəni icra etmişdir. O, 1983-cü ildə yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü vəzifəsinə seçilmiş və 2000-ci ilə qədər, yəni ölkəmizdə məhkə-mə-hüquq islahatları başlanana qədər həmin vəzifədə işləmişdir. 1. IX.2000-Cİ ildə isə o, Respublika Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət işləri və inzibati hüquqpoz-malara dair işlər üzrə kollegiyanm sədri — Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
Hüseynağa Sadıqov
Hüseynağa Ələsgər oğlu Sadıqov — Azərbaycan aktyoru. Hüseynağa Musa oğlu Sadıqov — Azərbaycan SSR və Azərbaycan Respublikası Xarici İşlər Naziri (23.I.1988 - 29.V.1992).
Hüseynağa Sadıqov (aktyor)
Hüseynağa Ələsgər oğlu Sadıqov (21 mart 1914, Bakı – 23 fevral 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1979). == Həyatı == Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb. GTT-də əlli ildən çox aktyorluq etmiş sənətkarın əsas rolları bunlardır: Pitli ("Əfilər", Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "El oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov ("Seryoca Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufadino ("İki ağanın bir nökəri", Karlo Haldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim ("Anacan", Yusif Əzimzadə), Spid ("İki veronalı", Uilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), aptekçi ("Romeo və Cülyetta", Uilyam Şekspir), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli). Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib. == Xatirəsi == 2019-cu ilin martında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Hüseynağa Sadıqovun 105 illik yubileyi qeyd olunmuşdur. 2024-cü ildə aktyorun 110 illik yubileyi Azərbaycan Dövlət Film Fondunda qeyd olunmuşdur. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyul 1956 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 9 fevral 1979 Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 ("Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə) "Qırmızı Ulduz" ordeni — 8 mart 1945 "İgidliyə görə" medalı — 16 sentyabr 1944 "Qafqazın müdafiəsinə görə" medalı — 1 may 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azəri, L. Səhnədə gülüş — efirdə hikmət: [Gənc Tamaşaçılar Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir] //Mədəniyyət.- 2014.- 23 may.- S. 5.
Hüseynağa Sadıqov (diplomat)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Hüseynağa Sadıqov (siyasətçi)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Həsən Sadıqov
Sadıqov Həsən Şiralı oğlu (1928, Aşağı Mollu, Qubadlı rayonu) — azərbaycanlı filosof, fəlsəfə elmləri doktoru, əməkdar müəllim, Sumqayıt Dövlət Universitetinin Ağsaqqallar Şurasının sədri, prezident təqaüdçüsü. == Həyatı == Həsən Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur. Atasını və anasını erkən itirmiş, dayısı Bəylər Əliyevin himayəsi ilə təhsil almağa başlamışdır. Ancaq çox keçməmiş dayısı da vəfat etmişdir. Kimsəsiz qalan H.Sadıqov Gəncə şəhərinə getmiş və orada baytar-feldşer ixtisasına yiyələnmişdir. Sonra Şuşa Zoobaytar Texnikumunda təhsilini davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq ordu sıralarına qatılmışdır. Daha sonra öz arzusu ilə Ukraynanın Xerson şəhərində hərbi məktəbdə oxumuş, serjant və 2-ci dərəcəli radist ixtisasına yiyələnmişdir. Bu ixtisas üzrə Krım vilayətinin Krasnoperekopski rayonunda hərbi işdə çalışmışdır. 1953-cü ildə həmin rayonda orta məktəbi başa vurmuşdur.
Həsənağa Sadıqov
Həsənağa Bilal oğlu Sadıqov (7 dekabr 1950, Salyan, Salyan rayonu – 1 avqust 2018, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1988). == Həyatı == Həsənağa Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. H.Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı. O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib.
III Muhamməd Sadıq Bəy
III Muhamməd Sadıq Bəy (ərəb. أبو عبد الله محمد الصادق باشا باي‎; 7 fevral 1813 – 28 oktyabr 1882) — Sonuncu, müstəqil Tunis bəyidir.
Kamil Sadıxov
Kamil İsmayıl oğlu Sadıxov (27 fevral 1927, Vladiqafqaz, Şimali Qafqaz diyarı[d] – 8 iyul 2016, Bakı) — Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü(2001). == Həyatı == Sadıxov Kamil İsmayıl oğlu 1927-ci il 27 fevral SSRİ, Şimali Osetiya MR Orcenikidze şəhərində anadan olub. O, Azərbaycan kimyaçısı və texnoloqdur, əslən Azərbaycanlıdır. 1934-cü ildə Bakı şəhərindəki 13 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1940-cı ildə həmin məktəbdə 7 illik təhsili bitirdikdən sonra 1941–1944-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində ali təhsil almışdır. Hələ beşinci kursda oxuyarkən keçmiş V. V.kuybışev adına AETNEİ-də (indiki Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu) laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Universiteti bitirdikdən sonra həmin institutda mühəndis vəzifəsində işləmiş və 1953–1956-cı illərdə aspiranturada oxumuşdur. 1956-cı ildə "Avtotraktor yağlarına silfonat aşqarların sintezi və tədqiqi" namizədlik və 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqaerların sintezi, texnologiyaların işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Texnika üzrə elmlər doktoru , professor, Azərbaycan MEA-nın həqiqi üzvü K. Sadıxov neft kimyası sahəsində görkəmli alimlərdən biri olub, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut — Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır. Akademik K. İ. Sadıxov şərəfli yaradıcılıq yolu keçərək, sıravi laborantdan görkəmli alim səviyyəsinə kimi yüksəlmişdir.
Kazım Sadıxzadə
Kazım Sadıxzadə (23 aprel 1942, Təbriz – 2023) — əslən azərbaycanlı, tibbin analitik filosofu. Tibbi və fəlsəfəni Münhen, Berlin və Gettingen universitetlərində 1967-1971-ci illərdə öyrənib. Myunster universitetində 1982-2004-cü illərdə tibbi fəlsəfə professoru olub.
Mehriban Sadıqbəyli
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Mir Sadıq Sadıqov
Sadıqov Mir Sadıx Seyid Kamil oğlu (4 yanvar 1897, Bakı – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Mir Sadıq Sadıqov 4 yanvar 1897-ci ildə Bakıda anadan olmuşdur. 7 yaşında ilk dəfə olaraq xalq məktəbinə getmiş, 1906-cı ildə təhsilini orta məktəbdə davam etdirmişdir. 1916-cı ildə Bakı orta texniki məktəbinin mexanika Şöbəsini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o Moskva Ticarət Ali Məktəbinin texnika bölümünə daxil olur. Moskvada 1 il oxuduqdan sonra Mir Sadıx Rusiyada baş verən inqilaba görə təhsilini yarımçıq qoyaraq Bakıya dönür. Azərbaycan Xalq Cümhuriyyəti Əmək Nazirliyində idarəçi kimi çalışır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Avropaya ali təhsil alamq üçün dövlət stipendiyası ilə göndərdiyi 100 nəfərin daxilində Mir Sadıx Almaniyaya gəlir. 1920-ci ildə ilk təhsilinə Darmstadta başalayan Mir Sadıx orada yalnız 1 semestr oxuyur. Sonra Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunur (20 aprel 1920).
Mirdaməd Sadıqov
Mirdaməd Mirsadıq oğlu Sadıqov (1 sentyabr 1950, Lahıc, İsmayıllı rayonu – 19 yanvar 2021) — iqtisad elmləri doktoru, professor, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı (2013–2020). == Həyatı == Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. O, 1957–1967-ci ilərdə Lahıc qəsəbə orta məktəbində, 1967-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda təhsil alıb. Sadıqov 1971-ci ildə həmin institutun maliyyə-statistika fakültəsini əla qiymətlərlə bitirib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə başlamış və Azərbaycan Xalq Təsərrüfatı İnstitutun Maliyyə-Kredit kafedrasına işə qəbul olunmuşdur. O, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş referat, 1972–1977-ci illərdə laborant və baş laborant vəzifələrini icra etmişdir. Mirdaməd Sadıqov 1973–1977-ci illərdə həmin institutun Maliyyə-Kredit kafedrasının aspiranturasında oxumuş və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür. Sadıqov 2 noyabr 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi seçilmiş və 10 sentyabr 1982-ci ilədək bu vəzifədə çalışmışdır. O, 10 sentyabr 1982-ci il tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Maliyyə-Kredit kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə icra etmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-ə qədər həmin vəzifələrdə fəaliyyət göstərmişdir. 8 iyul 1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə təyin edilən Mirdaməd Sadıqov 1992-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Mirpaşa Sadıqov
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Mirzə Sadıq
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar. Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.
Mirzə Sadıq Axundzadə
Mirzə Məmmədsadıq Axundzadə (türk. Mehmet Sadık Aran; dekabr 1895, Urud, Zəngəzur qəzası – 28 may 1971, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, yazıçı. == Həyatı == Həyatının böyük hissəsini Türkiyədə türklüyə və Azərbaycana xidmətdə keçirən, lakin təəssüf ki, şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı hələ də diqqətdən kənarda qalan siyasi-ədəbi mühacirlərdən biri də Mehmet (Məhəmməd) Sadıq Aran olub. Siyasi mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə İran üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azərbaycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi. Xatirələrdən də göründüyü kimi, Mehmet Sadıq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasətçi olaraq bəlli təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol keçmişdi. Rus, fars və ərəb dillərini bilməsi, Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması, türkçülüyün qızğın tərəfdarlarından biri kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön sıralarına çıxarmışdı. Mirzə Sadıq Axundzadənin parlamentdə məhz Zəngəzuru təmsil etməsini parlamentin 11 oktyabr 1919-cu il tarixli 82 nömrəli stenoqramındakı aşağıdakı fikir sübut edir: "İclası açmadan bərayi-məlumat xəbər verirəm ki, bugünkü iclasda Zəngəzur nümayəndəsi Cəlil bəy Sultanov iştirak edir. Keçən iclasda yenə haman qəzanın nümayəndəsi olan Mirzə Sadıq Axundzadə iştirak edirdi". . Mehmet Sadıq Aran 1924–1931-ci illərdə Ankarada fəaliyyət göstərən və öz ətrafında Cümhuriyyətin Ə. Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, X. Xasməmmədli, Ş. Rüstəmbəyli, N. Şeyxzamanlı, C. Hacıbəyli, Mir Yaqub Mehdizadə və s. görkəmli nümayəndələrini birləşdirən Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin üzvü olmuşdu.
Mirzə Sadıq Fani
Mirzə Sadıq Axund Əsədulla oğlu (5 fevral 1840, Təbriz – bilinmir) — şair, maarif xadimi. == Həyatı == Mirzə Sadıq Fani 1840-cı il fevralın 5-də Cənubi Azərbaycanın Təbriz şəhərində doğulmuşdur. İlk təhsilini atası Axund Əsədulladan almışdır. Ərəb və fars dilini mükəmməl bilməsi ona klassik Şərq ədəbiyyatını dərindən öyrənməsinə imkan vermişdir. Gəncədə yaşamış, məktəbdarlıq etmişdir. Ona görə el arasında Mirzə adı ilə çağırılmışdır. Mollaxana və mədrəsələrdə sadə, anlaşıqlı yazmaq və oxumaq üçün Azərbaycan dilində dərslik yaratmışdır (1893). Onun "Xəmseyi-ədəbiyyə" dərsliyi də mədrəsələrdə tədris olunmuşdur. Şerlərini Fani təxəllüsü ilə qələmə almışdır. "Ağıl, bəxt və dövlət" adlı mənzum əsəri, "Divani-Fani" əlyazma şerlər toplusu, mənzum məktubu və məsnəvisi onu xoştəb maarifpərvər şair kimi səciyyələndirir.
Mirzə Sadıq Lətifov
Mirzə Sadıq Lətifov (1852, Şuşa – 1901, Şuşa) — şair, həkim, müəllim. == Həyatı == Mirzə Əbdüllətifin üçüncü oğlu Sadıq 1852-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun ailəsi olan Lətifovlar Qarabağ və Şuşada məşhur ailələrdən biri idi. Atası Mirzə Əbdüllətif din adamı olmaqla yanaşı, həm də müəllim və xəttat kimi fəaliyyət göstərməkdə idi. Mirzə Sadıqın babası olan Molla Kəlbalı Qarabağ xanı İbrahimxəlil xanla münasibəti olan şəxslərdən biri olmuşdur. Baba bəy Şakir yazdığı şeirlərində Mirzə Sadıqdan bəhs etmiş və onu alim adlandırmışdır.Sadıq özünün ibtidari təhsilini böyük qardaşı Molla Mehdiquludan almış, daha sonra təhsilini davam etdirmək üçün Təbrizə getmişdir. O, burada dövrünün məşhur alimlərindən olan Mirzə Əbdülhəsəndən təhsil almışdır. Daha sonra isə təhsil müddətində alman müəllimdən dərs almışdır. Təhsilini tamamladıqdan sonra Şuşaya dönmüş və burada müəllimliklə yanaşı həkimlik də etmişdir. Fəaliyyəti dövründə Xurşidbanu Natəvanı müalicə etməklə birlikdə, övladlarına dərs də keçmişdir.
Mirzə Sadıq Piran
Mirzə Sadıq İmanxan oğlu Piran 1822, Şuşa – 1893, Şuşa — şair, xanəndə. == Həyatı == Mirzə Sadıq İmanxan oğlu 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Dizaq mahalının Rəfəddinli kəndindəndir. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Gözəl səsi vardı. Arabir toylarda oxuyurdu. Mirzə Sadıq 1893-cü ildə vəfat edib. Mirzə Sadıq şair idi.
Mirzə Sadıq Qulubəyov
Mirzə Sadıq Qulubəyov (1823-?)- Naxçıvanda ilk teatrın yaradıcısı, müəllim, teatr təşkilatçısı. 1852 ildə Naxçıvan şəhər qəza məktəbini bitirərək, ibtidai məktəblərdə ana dili və şəriət müəllimi diplomu alıb, ömrünün sonunadək Naxçıvan şəhər ibtidai məktəbində dərs demişdir. M.-nin müəllimi olmuşdur. Naxçıvan teatrının ilk təşkilatçılarındandır. 1887 il sentyabrın 2-də Naxçıvanda M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər" dramı onun Naxçıvan qəza rəisinə göndərdiyi vəsatət əsasında tamaşaya qoyulmuşdur. M.-nin baş rolda oynadığı həmin tamaşada Q. suflyorluq etmişdi.
Mirzə Sadıq xan Müstəşarəddövlə
Mirzə Sadıq xan Mirzə Cavad xan oğlu Müstəşarəddövlə (1863–1953) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Mirzə Sadıq xan Mirzə Cavad xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Atasınndan sonra Müstəşarəddövlə ləqəbini daşıyırdı. Şeyx Möhsün xan Müşirəddövlənin bacısıoğludur. Mənbədə yazılır:"Sadiqi-həzrət titulunu daşıyan Mirzə Sadiq xan (7–1372/1952) Mirzə Cavad xan Müstaşarüddóvlə Azarbaycaninin oğludur. O, təhsilini İstanbulun Sultani mədrəsəsində almiş, sonra Tehranda davam etdirmişdir. O, bir müddət Xarici İşlər nazirliyində işləmiş, h. 1324-cü (1906) ilda Təbriz əhalisinin vəkili olaraq onlan Milli şura Məclisinin birinci çağirışinda təmsil etmişdir. Mirzə Sadiq xan Azarbaycani maşrutəxahlarin rəhbərlərindən biri olmuşdur. h.
Mirzə Sadıq Əsəd oğlu
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar. Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.
Misrəddin Sadıqov
Sadıqov Müsrəddin (tam adı: Sadıqov Misrəddin Allahverdi oğlu; 10 yanvar 1952 və ya 10 dekabr 1954, Krasnoselsk rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Misrəddin Sadıqov 1954-cü il, dekabrın 10-da Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1962-1972-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub. 1972-1977-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, üç övladı var. 20 Yanvar şəhidi Yusif Sadıqovun qardaşıdır. Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın qardaşıdır. == Təhsili, elmi dərəcə və elmi adları == 1972-1977,tələbə, Mexanika-riyaziyyat fakültəsi,BDU 1981-1984,dissertant, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1984, f.-r.e.n., «Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi» 1993, f.-r.e.d., «Çoxdəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tədqiqi» == Əmək fəaliyyəti == 2008- h/h , professor, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1998-2008, professor, Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1997-1998, baş müəllim,Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1994-1998, şöbə müdiri, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1987-1993, baş elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1985-1987, kiçik elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1981-1985, proqramçı-riyaziyyatçı, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1979-1981, mühəndis-proqramçı, Azərbaycan EA-nın Kibernetika İnstitutu 1978-1979, baş laborant, Azərbaycan EA-nın Kibernetika İnstitutu == Apardığı dərslər == Variyasiya hesabı, Stoxostik optimal idarəetmə məsələsi, Oyunlar nəzəriyyəsi, İdarəetmə və müşahidə. 94 elmi məqalənin və 5 monoqrafiyanın müəllifi, 20-dən artıq beynəlxalq seminar, simpozium, konfranslar iştirakçısı, 99 seçilmiş əsərləri, 8 kitabın müəllifidir.
Molla Sadıq Badkubey
Molla Sadıq Badkubeyi — XIX əsrin sonları XX əsrin əvvəllərində Bakının Mərdəkan kəndində yaşamış şəxs. Mərdəkanda daha çox Bakılı Molla Sadıq kimi tanınmışdır. Molla Sadıq Bəhai dinini qəbul etdiyi üçün təqib olunmuş və sonda Mərdəkanda yerləşən bağ evində öldürülmüşdür. == Həyatı == Molla Sadıq Bəhai dininin peyğəmbəri Bəhaullah və onun oğlu Əbdül-Bəha Abbas ilə görüşmüşdür. İnanclı ailədən gələn Molla Sadıq atasının istəyi ilə Rəşt şəhərinə dini təhsil almağa yollanır. Burada yeni bir dinin yaranması xəbərini eşidir və dini təhsilini yarımçıq qoyaraq Qəzvin şəhərinə gedir. Qəzvin şəhərində olarkən Bəhai dinini qəbul etmişdir. Molla Sadıq yeni dini qəbul etdikdən sonra Azərbaycana, Mərdəkana gələrək yeni dini təbliğ etməyə başlayır. Molla Sadığın yeni dini təlimi təbliğ etməsi Mərdəkanda böyük qəzəbə səbəb olur. Bakıda nüfuzlu din adamı kimi tanınan atası onu evdən qovur.
Molla Sadıq Badkubeyi
Molla Sadıq Badkubeyi — XIX əsrin sonları XX əsrin əvvəllərində Bakının Mərdəkan kəndində yaşamış şəxs. Mərdəkanda daha çox Bakılı Molla Sadıq kimi tanınmışdır. Molla Sadıq Bəhai dinini qəbul etdiyi üçün təqib olunmuş və sonda Mərdəkanda yerləşən bağ evində öldürülmüşdür. == Həyatı == Molla Sadıq Bəhai dininin peyğəmbəri Bəhaullah və onun oğlu Əbdül-Bəha Abbas ilə görüşmüşdür. İnanclı ailədən gələn Molla Sadıq atasının istəyi ilə Rəşt şəhərinə dini təhsil almağa yollanır. Burada yeni bir dinin yaranması xəbərini eşidir və dini təhsilini yarımçıq qoyaraq Qəzvin şəhərinə gedir. Qəzvin şəhərində olarkən Bəhai dinini qəbul etmişdir. Molla Sadıq yeni dini qəbul etdikdən sonra Azərbaycana, Mərdəkana gələrək yeni dini təbliğ etməyə başlayır. Molla Sadığın yeni dini təlimi təbliğ etməsi Mərdəkanda böyük qəzəbə səbəb olur. Bakıda nüfuzlu din adamı kimi tanınan atası onu evdən qovur.