SAFİ

ə. 1) saflıq, təmizlik; 2) m. ürəyi təmizlik; safürəklilik.

SAFDİLANƏ
SAFİL
OBASTAN VİKİ
İbrahim Safi
İbrahim Safi (əsl adı: İbrahim Qafar oğlu Səfiyev; 1898, Şərur, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 4 yanvar 1983, İstanbul, Türkiyə) — Azərbaycan əsilli Türkiyə rəssamı, Atatürkün portretini çəkən ilk rəssamlardan biri. İbrahim Səfiyev 1898-ci ildə Naxçıvanın Şərur qəsəbəsində doğulmuşdur. Aşıq olan atasını üç yaşında ikən itirmişdir. Uşaqlıq illəri çətinliklər içində keçən İbrahim, kiçik yaşlarından rəsmə həvəs göstərmişdir, 12 yaşında ikən "Araz balıqçıları" adlı ilk rəsmini çəkmişdir. İlk təhsilini Baş Noraşen (indiki Cəlilkənd) kənd məktəbində almış İbrahim, sonralar İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. 1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamları müsabiqəsinin mükafatını almışdır. Bu həvəs onu Moskvadakı Rəssamlıq Universitetinə gətirdi. İmtahanları uğurla verib, tələbə adını alan İbrahim, iki il burada oxuduqdan sonra Rusiyadakı 1917-ci il inqilabi və s. hadisələrdən təsirlənərək təhsilini yarımçıq buraxıb Naxçıvana geri qayıdır. Şərurda rəsm çəkərək çörək pulu qazanan İbrahim Səfiyev, I Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində Türkiyəyə gəlir və həyatının sonuna qədər burada yaşayır.
İsmayıl Safi
İsmayıl Safi (Tam adı: İsmayıl Yunis oğlu Safi; 1968, Rizə, Rizə ili) — Politoluq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) 2011–2015-ci illərdə millət vəkili, "AK Parti"nin akademik işlər üzrə əlaqələndiricisi, İstanbul İstinye Universiteti siyasət elmləri şöbəsinin müdiri, elmlər doktoru İsmayıl Safi 1968-ci ildə Türkiyənin Rizə şəhərində anadan olmuşdur. Ata adı Yunis, ana adı Ruqiyyə olan İsmayıl Safi 1994-cü ildə Hacettepe Universitetinin iqtisadi və inzibati elmlər fakültəsinin dövlət idarəetmə bölməsini bitirmişdir. Magistr təhsilini 1998-ci ildə Ankara Universiteti Siyasi elmlər və Dövlət idarəçiliyi kafedrası Şəhər və Ətraf Mühit elmləri bölməsi üzrə bitirmişdir. Doktoranturasını 2005-ci ildə Ankara Universiteti Sosial Elmlər Institutu Siyasi elmlər və Dövlət idarəçiliyi kafedrası Siyasət elmləri bölməsi üzrə tamamlamışdır. Həmçinin 2006-cı ildə Milli təhlükəsizlik akademiyasının da məzunu olmuşdur. Beynəlxalq asılılıqla mübarizə təşkilatı, Türkiyə milli komitə sədri, Avrasiya vətəndaş cəmiyyəti əməkdaşlıq dərnəyinin ümumi rəhbərliyi, beynəlxalq Qara dəniz və Xəzər əməkdaşlıq fondunun Türkiyədəki direktoru vəzifələrində çalışmışdır. İngəltərədə Mühafizəkarlar Partiyası (Böyük Britaniya) və ona yaxın Qeyri-hökumət təşkilatlarında müxtəlif fəaliyyətlər göstərmişdir. "Ədalət və inkişaf" partiyası təsisçilər heyətinin üzvü olmuşdur. 2001-ci il 14 avqust tarixində Rəcəb Təyyib Ərdoğan liderliyində qurulan "Ədalət və İnkişaf" partiyasının qurucularından biri olmuşdur. İstanbul millət vəkili seçilərək Türkiyə Böyük Millət Məclisinə qatılmışdır.
Ayətullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayeqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpaygani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayigani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Vədi əs-Safi
Vədi əs-Safi (ərəb. وديع الصافي‎; 1 noyabr 1921 – 11 oktyabr 2013[…]) — Livan musiqiçisi.
Kərbəlayı Mirzə Ələkbər Safi
Кərbəlayı Mirzə Ələkbər Safi (1840, Şuşa) — şair. == Həyatı == Kərbəlayı Ələkbər Safi 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Mərdinli obasındandır. İbtidai təhsilini əmisindən almışdı. Sənətkarlıqla məşğul idi. O, həm də şair idi. Safi təxəllüsü ilə şeirlər yazırdı. "Məclisi-fərəmuşan"ın üzvü idi. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Kərbəlayı Ələkbər Məşədi Məhəmmədhüseyn Qarabağinin oğludur və təxəllüsü Safidir. Mərhum Şəhidin qardaşı oğludur.
Mərakeş-Safi zəlzələsi (2023)
Mərakeş-Safi zəlzələsi — 8 sentyabr 2023-cü ildə Mərakeşin Mərakeş-Safi bölgəsində baş vermiş Mww 6,8 bal gücündə zəlzələ. Zəlzələnin episentri Marrakeşdən 71,8 km cənub-qərbdə, Atlas dağlarında İqil şəhəri yaxınlığında yerləşib. Zəlzələ dağ silsiləsi altında az dərinlikdəki maillik qırılması nəticəsində baş vermişdir. Ən azı 2946 nəfərin öldüyü, 5600-dən artıq insanın yaralandığı məlumdur. Mərakeşdəki binalara və tarixi abidələrə ziyan dəyib. Zəlzələ İspaniya, Portuqaliya və Əlcəzairdə də hiss olunub.
Alessandro Safina
Alessandro Safina (14 oktyabr 1963, Siena, Toskana) — İtalyan tenor. == Bioqrafiyası == === Erkən illəri === Alessandro Safina 14 oktyabr 1963-cü ildə İtaliyanın, Toskana regionunun Siena şəhərində doğulub. Çox kiçik yaşlarında mahnı oxumaq kimi istedadının olduğu ailəsi tərəfindən kəşf edilib. Alessandro musiqi təhsili almağa başladıqda sadəcə 9 yaşı olub və klassik musiqiyə maraq göstərməyə başlayıb. Valideynləri opera həvəskərı olduğundan klassik musiqini Alessandroya aşılaya bilib və bu sahədə ona dəstək olublar. Xüsusi istedadı Alessandronun cəmi 12 yaşında musiqi akademiyasına daxil olmasına səbəb olub. === Karyerası === Artıq 17 yaşında Alessandro, Florensiyadakı professional Musiqi Konservatoriyası "di Luiza Cherubini"yə müraciət edib. Onun müraciəti qəbul edilib və qısa müddətdə Avropanın müxtəlif səhnələrində məşhur operaların aparıcı hissələrini ifa etməyə başlayıb. 1989-cu ildə, Mantovada italyan soprano Katia Riçiarelliyə həsr olunmuş "Concorso Lirico Internazionale" adlı müsabiqədədə birinci yerə layiq görülüb və opera sahəsində ilk mükafatını qazanıb. Bu mükafat onun parlaq karyerasının başlanğıcı olub.
SAFİR T-14
SAFİR T-seriyası — Tüfəng Türkiyə istehsalıdır. Bu tüfəng "Safir Armas" şirkəti tərəfində "M16 colt" avtomatının bazasında istehsal olunan "T-14" ov tüfəngidir.
Saab 91 Safir
Saab 91 Safir, Saab AB şirkəti tərəfindən buraxılmış olan İsveç istehsalı olan bir əsas təlim təyyarəsidir. Təyyarə, A J Andersson konstruksiya edilmişdir və 1946-1966-cı illər arasında 323 ədəd buraxılmışdır. İlk uçuşunu 20 noyabr 1945-ci ildə həyata keçirmişdir.
Safine-ye Süleymani
Safine-ye Süleymani (azərbaycanca: Süleymanın gəmisi) — Səfəvi sülaləsindən olan şah I Süleymanın (1666–1694) Siamda yerləşən Ayutiya krallığına göndərdiyi elçiliyin səyahətnaməsi nəzərdə tutulur. Səyahətnamənin mətni elçiliyin katibi Məhəmməd Rəbi ibn Məhəmməd İbrahim tərəfindən qələmə alınmışdır. Səyahətnamədə əks olunanlar Səfəvi imperiyasının bu dövrdə Hind okeanının şərq bölgələrindəki varlığı barədə mükəmməl məlumat verir. Həmçinin səyahətnamədəki məlumatlar əsasında Siamın XVII əsrin sonlarında tarixini öyrənmək üçün də istifadə edilə bilər. Bu səyahətnamə dünyanın bu xüsusi bölgəsi ilə Səfəvi imperiyasının əlaqələrinin tarixindən bəhs edən yeganə qaynaqdır. Muhammad Rabi' ibn Muhammad Ibrahim (1972). The Ship of Sulaiman (azərbaycanca: Süleymanın gəmisi). Con O' Kane tərəfindən tərcümə edilmiş və Nyu-York şəhərində yerləşən Kolumbiya Universiteti Nəşriyyatında nəşr edilmişdir. Bu tərcümə Britaniya Muzeyində saxlanılan əlyazma əsasında həyata keçirilmişdir. Həmçinin əsərin tərcüməsinə tərcüməçi tərəfindən qeydlər və giriş qismi əlavə edilmişdir.
Safiya Qəddafi
Safiya Qəddafi (1952, Əl-Bayda) — Liviyanın Birinci xanımı. Safiya Farkaş Qəddafi Liviyanın şərqində yerləşən Əl Beda şəhərində anadan olub. O, Liviya prezidenti Müəmmər Qəddafinin ikinci həyat yoldaşıdır. Onlar 1971-ci ildə ailə həyatı qurublar. Safiya Qəddafi 6 oğul və 1 qız anasıdır. 2008-ci ildə Afrika qadınları təşkilatının vitse-prezidenti seçilib.
Safiyat Əsgərova
Safiyat Əsgərova (1907, Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası – 1955, Moskva) — Dağıstanda ilk kino aktrisası, səssiz film ulduzu olmuşdur. Safiyat Əsgərova 1907-ci ildə Dağıstan vilayəti, Samur dairəsi, Axtı kəndində anadan olmuşdur. Safiyatın yaradıcılıq meyllərini uşaqlıqdan izləmək olur. Musiqini, xoreoqrafiyanı, təsviri sənəti çox sevdiyi məlumdur. Safiyat yaradıcı bir ailədə böyümüşdür. Atası Nuxbek Əsgərov Axtın teatrının rəssamı olmuşdur. Qardaşı Dağıstan heykəltəraşlıq sənətinin banisi Xasbulat Əsgər-Sarıcadır. Digər qardaşı Beybulat Əsgərov tamaşaların qurulması ilə məşğul olmuş, dekorasiyanı qurmuşdur. Daha sonra Azərbaycan kinokilm studiyasının rejissoru və direktoru olur. Üçüncü qardaş Aslanbek uzun illər Mosfilm-də operator işləyir.
Safiyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Safiyə Sultan (II Mustafanın qızı)
Safiyə Sultan (Osmanlıca: صفية بن مصطفى ساني) (13 dekabr 1696, Ədirnə – 15 may 1778, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı. Əminə Sultan 1696-cı ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. O əsnada atası II Mustafa Belqrad üzərinə səfərə çıxmışdı. Taxta yeni çıxan atasının üçüncü övladı idi. Böyük bacıları Əminə və Ayşə Sultan kimi uşaq yaşlarında Mərzifonlu Mustafa Paşanın oğlu və Adana sancaqbəyi olan Maktulzadə Əli Paşa ilə nişanlandı. Tamamilə siyasi səbəblərdən baş tutan bu evlilik planı, o əsnada atasının taxtdan endirilməsi və bir müddət sonra vəfat etməsi səbəbilə təxirə salındı. Toy mərasimi 8 may 1710-cu ildə baş tutdu. Bu evlilikdən bir oğlu dünyaya gəldi. Ancaq 1 ay sonra Əli Paşa Diyarbəkir bəylərbəyi oldu və əyalətə göndərildi.
Safiyə Sultan (IV Muradın qızı)
Safiyə Sultan (1634, Topqapı sarayı – 1685, Konstantinopol) — 17. Osmanlı sultanı IV Muradın qızı. Safiyə Sultan 1634-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 6 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Safiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1659-cu ildə vəzir Abxaz Siyavuş Paşanın oğlu Sarı Hüseyn Paşayla (ö. 2 mart 1688) nigahlanan Safiyə Sultanın bu nigahdan 2 övladı dünyaya gəldi. Safiyə Sultan 1685-ci ildə doğuş əsnasında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu. Sultanzadə Mehmed Rəmzi bəy (d. 1660 — ö.
Timur Safin
Timur Safin (tat. Тимур Марсель улы Сафин; 4 avqust 1992) Rusiyalı qılıncoynadan, üç dəfə Avropa çempionu, dünya çempionu(2014) və Avropa oyunları qalibi olmuşdur. 1992-ci ildə Daşkənddə Tatar ailəsində doğulmuşdur. Daha sonra Rusiyaya köçmüşdür. Safinin qılıncoynatma karyerası doqquz yaşında, oxuduğu məktəbə gələn bir məşqçinin çıxışından sonra başlamışdır. Ufa şəhərində idmançıların ümumi seçimi olan Safin, 2009-cu ildə Rusiyanın gənclər komandasına aparıldı. 2011-ci ildə Kazan şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal və komandada isə gümüş medal qazandı. Eyni ildə Moskvada Avropa Gənclər Çempionatında fərdi oyunda çempionluq qazanmış və qrupda isə gümüş qazanmışdı. 2011-12 mövsümündə dünya gənclərinin sıralamasında dördüncü sırada qərarlaşdı. 2013-cü ildə Torun U23 Avropa Çempionatında ikiqat qızıl medal qazandı.
Ümmül Safiyyə-yi do
Ümmül Safiyyə-yi do (fars. ام‌الصفایه دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 12 ailədə 33 nəfəri kişilər və 33 nəfəri qadınlar olmaqla cəmi 66 nəfərdir.
Ümmül Safiyyə-yi yek
Ümmül Safiyyə-yi yek (fars. ام‌الصفایه یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 15 ailədə 39 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 83 nəfərdir.
SAFİR T-seriyası
SAFİR T-seriyası — Tüfəng Türkiyə istehsalıdır. Bu tüfəng "Safir Armas" şirkəti tərəfində "M16 colt" avtomatının bazasında istehsal olunan "T-14" ov tüfəngidir.
Safiya Həsən Şeyx Əli Cimale
Safiya Həsən Şeyx Əli Cimale — Somalili siyasətçi. O, 27 may 2019-cu ildən 30 iyul 2020-ci ilə qədər Beledveyne şəhərinin meri olub. Safiya Somali vətəndaş müharibəsindən sonra ölkənin ilk qadın meri seçilmişdir. Siyasətçi Qəyyumluq dövründə və həmçinin yeni müstəqil Somali Respublikasında Əmək və Sosial Məsələlər Naziri vəzifəsində çalışmış Şeyx Əli Cimalinin nəvəsidir.

Digər lüğətlərdə