SALAMAT [Səadət xanım:] Əlac nədir.. hər zülmə, cəbrə tab elərəm, ancaq Fəxrəddin salamat qalsın (N.Vəzirov); ƏSƏN (qəd.) Sağ əsəndir ol pəri-ru; Səndən eləmiş dili-bəri-ru (Xətayi); SAĞ Xacə: Padşah, nə qədər ki onlar sağdır, sizi hər an təhlükə gözləyir (A.Şaiq); SAĞ-SALAMAT Umur bəy: Bizim sağ-salamat qalmağımız kəfəni yırtıb çıxmaq kimidi (H.Abbaszadə); SALİM Tək-tək ayılan varsa da, həq-dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da, batsın (M.Ə.Sabir); SAĞLAM (bax).