SANCAĞ

(Salyan)
çiçəkləyəndən sonra salxımda əmələ gələn xırda gilələr. – Sancağ hələ bərkimiyib, əl vırırsan tökülür
SANBUD
SANCAX
OBASTAN VİKİ
Sancağ-ı Şərif
Sancağ-ı Şərif — İslam peyğəmbəri Məhəmmədin istifadə etdiyi qara rəngli bayraq. XVI əsrdən etibarən İstanbulda mühafizə edilən bayraq hal-hazırda Topqapı Sarayında digər Müqəddəs Əmanətlərlə birlikdə saxlanılır. Sancağ-ı Şərifin Osmanlıların əlinə nə vaxt keçdiyi məlum deyil. I. Səlimin Misir səfərinin sonunda Hicaza girməsi nəticəsində 1517-ci ildə bayraq İstanbula göndərildi. XVI əsrin sonlarından etibarən bayraq uğur gətirməsi inancı ilə padşahla birlikdə səfərlərə qatılırdı. İlk dəfə III. Mehmed tərəfindən 1596-cı ildə Əyri Səfərinə aparıldı. Daha sonrakı illərdə Osmanlı padşahlarının səfərlərə qatılmaması ilə bağlı səfərə çıxan sədrəzəm vəya sərdar-i əkrəmlərlə birlikdə səfərə göndərildi. Bundan başqa Sancağ-ı Şərif Osmanlılara qarşı çıxan üsyanlarda xalqı qəlyana gətirmək üçün də istifadə edilmişdir. 3 sentybr 1651 tarixində Kösəm Validə Sultanın qətlə yetirilməsinin ardından qəlyana gələn yeniçəriləri yatırmaq məqsədilə Sancağ-ı Şərif çıxarılmışdır. 25 may 1825 tarixində II. Mahmudun yeniçəri ocağını bağlamasının ardından üsyana qalxan əsgərlərə qarşı xalqın dəstəyini almaq məqsədilə də Sancağ-ı Şərifin çıxarılması əmr edilmişdir.
Gəncə sancağı
Gəncə sancağı — 1593 cü ilOsmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Gəncə idi.
Hersoqovina sancağı
Herseqovina sancağı (türk. Hersek Sancağı, bosn. , serb. , xorv. Hercegovački sandžak) — müasir Bosniya və Herseqovina, Xorvatiya, Çernoqoriya və Serbiya ərazisində mövcud olan Osmanlı İmperiyasının sancağı. Tarixi bölgənin adı "Köhnə Hersoqovina". 1470-ci ildə fəth edilmiş Serbiya torpaqlarında yaradılmışdır. Elə həmin dövrdə Hersoqovina sancağına Brda və Primorye kimi çernoqoriya torpaqları da daxil oldu, həmin vaxt Köhnə Çernoqoriya Skadar sancağının tərkininə daxil olmuş oldu. Sancağın inzibati mərkəzi əvvəlcə şərqi Hersoqovinada, Foča və Pljevlja bölgələrində yerləşirdi. 1580-ci ildən — sancak Bosniya əyalətinin bir hissəsi olaraq mövcudluğunu qorudu, 1833-cü ildə isə Bosniya Herseqovinada Hersoqovina əyaləti adlı muxtariyyət meydana gəldi. .
Həkəri sancağı
Dizaq sancağı — Liva-i Həkəri (Həkəri livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizaq idi.
Kağız sancağı əməliyyatı
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. == Ozenberq siyahısı == Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. == Overcast kampaniyası == Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.
Lori sancağı
Lori sancağı və ya Lori livası — Osmanlı İmperiyasının Tiflis əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lori idi.
Marağa sancağı
Marağa sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Marağa idi. 1593-cü ildə Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Bu zaman Marağa livası Səracu, Leylan, Əgərtu, Kavdul, Miyandab, Axtaçı-ulya (Yuxarı Axtaçı) və Axtaçı-suflə (Aşağı Axtaçı-G.Qafqazlı) nahiyələrdən ibarət olmuşdur. Suldus livası isə Suldus, Saru-kurqan livası Sarı-kurqan, Əcri-yi ulya, Əcri-yi suflə, Siyah-kuh, Hüseyabad nahiyələrindən təşkil olunmuşdur (7, səh84).
Mosul sancağı
Mosul sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Mosul şəhəri idi. == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Mossoul, page 814–846. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Naxçıvan sancağı
Naxçıvan sancağı - Liva-i Naxçıvan (Naxçıvan livası) Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. 1590 Osmanlı dövlətində inzibati ərazi vahidi olmuşdur. Sancaq əyalətin və ya digər iri inzibati vahidin, nahiyə isə sancağın bölündüyü inzibati ərazi bölgüsü olmuşdur. Osmanlı-Səfəvi müharibələri nəticəsində iki dəfə 1588-1603 və 1724-1736-cı illərdə Səfəvi torpaqları Osmanlı dövləti tərəfindən tutularaq idarə edilmişdir. Bu illərdə tarixi Naxçıvan bölgəsinin ərazisi iki dəfə Osmanlı idarəçəliyində Naxçıvan sancağı inzibati vahidində birləşmişdir. == Naxçıvan sancağının ərazisi və inzibati bölgüsü == Naxçıvan sancağının XVI-XVIII əsrlərdəki ərazisi və eyni zamanda inzibati bölgüsü haqqında dəqiq məlumatlar Osmanlı təhrir dəftərlərindən əldə edilmişdir. Osmanlı dövləti tərəfindən 1590-1595-ci illər arasında təsdiq edilmiş “İrəvan əyalətinin icmal dəftəri” (həmin vaxt Naxçıvan sancağı bu əyalətin tabeçiliyində idi) və 1727-ci il "Naxçıvan sancağının müfəssəl dəftəri" həmin təhrir dəftərlərindəndir. Akademik Z.Büyadov və H.Məmmədov tərəfindən işlənmiş bu mənbələrdə Naxçıvan sancağının hüdudları haqqında verilən məlumatlar bu diyarın ərazicə böyüklüyü ilə yanaşı, eyni zamanda inzibati bölgüsü, ərazi-inzibati vahidlərinin sərhədləri, yaşayış məskənlərinin tipləri və sayları barədə tam məlumatı əhatə edir. XVI əsrin sonlarında Naxçıvan sancağı Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad, Şorlut və Dərənürgüt adlı 16 nahiyədən, Naxçıvan və Ordubad adlı 2 qəzadan və ibarət olmuşdur . XVIII əsrin 20-ci illərində isə osmanlılar Naxçıvan sancağı ərazisində Naxçıvan sancağı ilə yanaşı Ordubad sancağını da yaratmışdılar.
Prizren sancağı
Prizren sancağı (türk. Prizren Sancağı, alb. Sanxhaku i Prizrenit, serb. Призренски санџак) ― Osmanlı imperiyasının sancaqlarından biri. İnzibati mərkəzi Prizren şəhəri idi. Əsası 1455-ci ildə, Osmanlının Serbiya despotluğunu işğal etdikdən həmən sonra qoyulmuş. Serbiyanın digər ərazilər isə 1459-cu ildə, Smederevonun süqutundan sonra işğal edilmişdir. Bölgədə aşğıdakı sancaqlar yaradılmışdır: Vuçitrn sacağı, Kruşevas sancağı və Smederev sancağı. Birinci Balkan müharibəsi zamanı (1912) Prizren sancağı Serbiya və Monteneqro krallığı tərəfindən nəzarətə götürüldü. London Sülh Müqaviləsinə (1913) əsasən Prizren sancağı Serbiya və Monteneqro arasında bölüşdürüldü.
Qazax sancağı
Qazax sancağı — Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəri idi. Qazax livasının adı Kasax (əsli Qazax) çayının adındandır. Osmanlılar Qazax sancağını 4 nahiyyəyə bölünmüşdür. Bunlar Axtata (Ağstafa), İncə, Türk və Cuvar nahiyyələri idi.
Qəbələ sancağı
Qutqaşen sultanlığı və ya anaxronistik olaraq Qəbələ sultanlığı — XVIII əsrin ortalarında yaranmış kiçik feodal hökmdarlıqlarından biri. Şəki xanlığının tabeliyində olan Qutqaşen nahiyəsində yerləşmişdi. Nadir şahın ölümündən (1747) sonra müstəqil sultanlıq elan olunmuşdu, lakin kiçik bir ərazidə yerləşən Qutqaşen sultanlığının müstəqilliyi çox çəkmədi. Qutqaşenin yeni hakimi Kalbalı Sultan bir müddət Şəki və Ərəş feodallarının çəkişmələrindən istifadə edərək hakimiyyət başında qala bildi. Lakin feodal ara müharibələrindən birində həlak oldu. Bundan sonra Qutqaşen sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə daxil oldu. Mahalı Şəki xanları tərəfindən təyin olunan və yerli Qutqaşen sultanlarından olan naiblər idarə edirdi. XVIII əsrin axırında qutqaşınlı Məhəmməd Şəfi sultan malikəsinin bir hissəsini şəkili Məhəmmədhəsən xana (1784-1796) satdı. Məhəmmədhəsən xan bu torpağa şəxsi kəndi olan Çaykənddən kəndlilər köçürdü. Hacı Səfi Sultan Kalbalı Sultan — 1779 Hacı Nəsrulla == Məşğuliyyəti == Qutqaşen sultanlığında əhali əsasən maldarlıq və kənd təsərrüfatı ilə məşğul idi.
Sancağabənzər plaun
Sancağabənzər plaun (lat. Lycopodium clavatum) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin plaun cinsinə aid bitki növü.
Saru-kurqan sancağı
Saru-kurqan sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Saru-kurqan idi. 1593-cü ildə Saru-kurqan livası Sarı-kurqan, Əcri-yi ulya, Əcri-yi suflə, Siyah-kuh, Hüseyabad nahiyələrindən təşkil olunmuşdur (7, səh84).
Sulduz sancağı
Sulduz sancağı və ya Sulduz livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sulduz idi. 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyaləti Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Suldus livası isə Sulduz nahiyəsindən təşkil olunmuşdur Osmanlı üsul-idarə sisteminə uyğun olaraq hər iki əsrdə (XVI və XVIII əsrlərdə) aparılmış təhrirlərə nəzər saldıqda görürük ki, Soyuqbulaq livasına isə Suldus livalıqdan çıxarılaraq nahiyə kimi qatılmış.
Süleymaniyyə sancağı
Süleymaniyyə sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Süleymaniyyə şəhəri idi. == İnzibati bölgü == Vilayət inzibati cəhətdən 5 qəzaya bölünürdü: Süleymaniyyə qəzası (mərkəzi qəza) Baziyan qəzası Gülənbər qəzası Şəhrbazar qəzası Məmurət ül-Həmidiyyə qəzası == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Suléimanieh, page 866–875. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Süleymaniyə sancağı
Süleymaniyyə sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Süleymaniyyə şəhəri idi. == İnzibati bölgü == Vilayət inzibati cəhətdən 5 qəzaya bölünürdü: Süleymaniyyə qəzası (mərkəzi qəza) Baziyan qəzası Gülənbər qəzası Şəhrbazar qəzası Məmurət ül-Həmidiyyə qəzası == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Suléimanieh, page 866–875. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Təbriz sancağı
Təbriz sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi.
Van sancağı
Van sancağı — Liva-i Van (Van livası)Osmanlı İmperiyasının 1724 ci ildə Osmanlı İmperiyasının Van əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Van idi. == Tarixi == Van sancağı, Van əyaləti'nin paşa sancağı olub, qərbdən Van gölü, Bitlis sancağı və Adilcevaz sancağıları şərqdən Mahmudi, Qotur sancağıları və İran kuzeyden sərhəd idi. Van sancağı 1. Van nahiyəsi 2. Vastan nahiyəsi 3. Gevaş nahiyəsi 3. Erçek nahiyəsi 4. Amuk nahiyəsi 5. Kârcikân nahiyəsi nahiyələrinə bölünürdü.
Xaçın sancağı
Xaçın sancağı — 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Xaçın idi. Sancaq (Xaçın, Qaraağac nahiyəsi, Ağcabədi nahiyəsi, Çalaberd dağıstanı, Çalaberd, Qarqar, Mağavuz nahiyəsi nahiyələri, Ulusati-Hacılı, ulusati-Otuziki ölkələri), nahiyələrinə bölünürdü.
Zəfər sancağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. == Haqqında == Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150. Tüfəng, II. Kutuzov sinfi, İdrissa bölüyü, 79. Tüfəng Korpusu, 3. Zərbə Ordusu 1.
Çuləndər sancağı
Çavundur sancağı — Liva-i Çuləndər (Çuləndər livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Məlikli kəndi 1728 ci ildə mövcud olmuş Çuləndər sancağını nahiyyəyələri göstərilmir/ Daha doğrusu Çavundur livası bir nahiyədən Çavundur nahiyəsi ibarət idi. Oğuzların 24 boyundan olan Cavuldur/Çavundur boyu adı ilə bağlıdır.
İrəvan sancağı
İrəvan sancağı — Liva-i İrəvan (İrəvan livası) Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi.
Şəhr-i Zor sancağı
Şəhr-i Zor sancağı, Kərkük sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. == İnzibati bölgü == Sancaq 6 qəzaya bölünürdü, qəzalar isə 1.150 kəndi əhatə edən 12 nahiyyədən ibarət idi. == Əhalisi == == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Chéhrizor, page 847–865. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Saqqız Sancağı
Saqqız Sancağı və ya Xios — ikinci səviyyəli Osmanlı vilayəti (sancak və ya liva). Sancağın mərkəzi Egey dənizinin şərqindəki Xios (Saqqız) adasında yerləşib. Yunan dilində ada Xios adlanır. Türklər isə adaya burda bitən məhsula, saqqız ağacına görə belə ad veriblər. == Tarixi == === Adanın fəthi === 1346-cı ildən Genuya Respublikasının mülkiyyətində olan Saqqız adaları (və ona bitişik Psara və İnous adaları) 1566-cı ildə Kapitandərya Piyalə Paşanın komandanlığında Osmanlı donanması tərəfindən müqavimətsiz şəkildə ələ keçirildi. Bu bir il əvvəl Maltanı tuta bilməməyin əvəzini çıxmaq üçün edildi. Çünki Malta hücumu zamanı adadan Malta cəngavərlərinı kömək göndərilmişdi. Saqqızın Osmanlı torpaqlarına qatılması ilə keçmiş Bizans imperiyasının son Genuya koloniyası da yox oldu. Piyalə Paşa Saqqız şəhərinə daxil olduqdan sonra kilsələrdən birini məscidə çevirib və Qanuni I Süleyman adına xütbə oxutdu. Adaya sancaq statusu verildi və o Arxipelaq Əyalətinin bir hissəsi oldu.