SİLVİ

(Çənbərək, Gədəbəy, Qazax, Tovuz)
təpə, təpəlik. – Heyvannar o silvidə otdo:rdu (Qazax); – Naxır silvidən ə:nə aşdı (Çənbərək); – Bizim yaylax o silvidədi; – O silviyi enənnən soηra Ermənisdannıxdı (Gədəbəy); – Qavax silvidən Ceyran çölü görünür (Tovuz)
SİLTƏMƏX’
SİLVİJ
OBASTAN VİKİ
Mentha arvensis var. silvicola
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mentha silvicola
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Silvia Paredes
Silvia Paredes (23 yanvar 1983) — Ekvadorlu marafonçu. Silvia Paredes Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Silvia Paredes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 1 saniyəyə qət edərək 157 marafonçu sırasında 95-ci yeri tutdu.
Silvia Toffano
Silvia Toffano (d. 5 yanvar 1985; Venesiya, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Silvia Toffano İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Silvilər
Silvilər (lat. Sylviidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Xırda və orta ölçülü tutqun rəngli, başlıca olaraq cəngəlliklərdə yaşamağa uyğunlaşmış cücüyeyən quşların geniş qrupudur. Bədəninin uzunluğu 105–206 mm, kütəsi 6-30 q –dır. Bədəni qamətli, dartılmış, kiçik ensiz başı vardır. Dimdiyi mülayim uzun, çox vaxt nazik, düz və ya az qala düz, ucunda yarıəyilmiş qarmaq vardır. Dimdiküstünün ucu itilənmiş qabırğa şəklindədir. Burun dəlikləri açıq, lələklə qorunmamışdır. Lakin onların üstündə zarlı qapaqlar sallanır. Lələkləri Yumşaqdır.
Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar. Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.
Silvinu Juan de Karvalyu
Silvinu Juan de Karvalyu (port. Silvino João de Carvalho; 20 may 1981, Araripina, Braziliya; daha çox Jaba (port. Jabá) adı ilə məşhurdu) — braziliyalı futbolçu, hücumçu. Jaba 20 may 1980-ci ildə Braziliyada anadan olmuşdur. Jaba hücumçudur. Həm sağ, həm də sol cinahlarda oynaya bilir, sürətlidir, yüksək məhsuldarlıq nümayiş etdirir. Son 4 mövsümü Türkiyənin Ankaragücü klubunda forma geyən Jaba Superliqada 50-dən artıq qola imza atıb. Jaba 20 may 1981-ci ildə Braziliyada dünyaya gəlib. 2001-2003-cü ildə vətənində çıxış edən hücumçu 2003/06-ci illərdə "Ankaraspor"da forma geyinib. Bu müddətdə 83 oyuna çıxıb 27 qol vuru.
Silvio Berluskoni
Silvio Berluskoni (it. Silvio Berlusconi; 29 sentyabr 1936[…], Milan, İtaliya krallığı[…] – 12 iyun 2023, Milan) — İtaliyanın keçmiş baş naziri. 1994-cü ildə İtaliyada keçirilən parlament seçkiləri öncəsi yaradılmış Forza İtaliya siyasi hərəkatının başçısı olub. 1994–1995, 2001–2006 və 2008–2011-ci illərdə dörd hökumətdə İtaliya Baş naziri vəzifəsində çalışmışdır. 1994–2013-cü illərdə Deputatlar Palatasının üzvü olub; 2013-cü ilin martından noyabr ayına və 2022-ci ildən 2023-cü ilə qədər Respublika Senatının üzvü; 1999-cu ildən 2001-ci ilə qədər və 2019-cu ildən 2022-ci ilə qədər Avropa Parlamentinin (MEP) üzvü olmuşdur. 2023-cü ilin iyun ayına olan xalis sərvəti 6,9 milyard ABŞ dolları olan Berluskoni İtaliyanın üçüncü ən varlı adamı idi. 29 sentyabr 1936-cı ildə anadan olmuşdur. Hüquq təhsili almışdır. "İrəli İtaliya" siyasi hərəkatının və "Azadlıq xalqı" Partiyasının yaradıcısı və sədri olub. 1993-cü ildə "İrəli İtaliya" siyasi hərəkatını təsis etmişdir.
Silvio Piola
Silvio Piola (it. Silvio Piola; 29 sentyabr 1913[…] – 4 oktyabr 1996) — 1929-1954-cu illər arasında futbol oynamış italiyalı futbolçu. 1938-ci il Dünya Çempionatının qalibi. A Seriyası tarixinin ən yaxşı bombardiri (274 qol). İtaliya millisinin heyətində cəmi 34 oyuna baxmayaraq, Piola 30 qolla milli komandanın tarixində Luici Riva (35) və Cuzeppe Meattsadan (33) sonra üçüncü ən yaxşı bombardirdir. Novara şəhərində adına futbol stadionu var. Silvio Piola 29 sentyabr 1913-cu ildə İtaliyanın Lombardiya bölgəsində doğulub. Piolanın karyerası "Pro Verçelli" klubunda başlayıb. İtalyan futbolunun yüksək liqasında debütü isə 16 fevral 1930-cu ildə "Bolonya" ilə matçda baş verir. İlk mövsümdə hücumçunun on səkkiz yaşı olmasına baxmayaraq 13 qol vurur.
Silvio Qezell
Yohan Silvio Qezell (alm. Johann Silvio Gesell‎; 17 mart 1862 – 11 mart 1930) — alman təşəbbüskarı, maliyyə nəzəriyyəçisi və sosial islahatçı, "azad iqtisadiyyat" nəzəriyyəsinin müəllifi (alm. Freiwirtschaft‎). Ernst Qezell və belçikalı Valon Janet Talbotun ailəsində doqquz uşağın yeddincisi olmuşdur. 1887-ci ildə Argentinanın Buenos Ayres şəhərinə köçdü. Buenos-Ayresdə, xüsusilə Argentinada güclü olan 1880-ci illərin sonlarındakı iqtisadi böhranın təsiri altında pul dövriyyəsi problemlərini araşdırmağa başlayan uğurlu bir alman taciri olmuşdur. İlk elmi işi "Rifah Dövlətinə Bir Yol kimi Sikkə İslahatı" 1891-ci ildə Buenos Ayresdə nəşr olundu. Pulla bağlı əsas fikirlər həmin il Buenos-Ayresdə "Nervus rerum" əsərində və bir çox əsərində dərc edildi 1906-cı ildə təqaüdə çıxıb İsveçrəyə getməyinə qədər nəşr olunan sonrakı kitab və broşuralar. 1907-1911-ci illərdə yenidən Argentinada yaşadı, sonra Almaniyaya qayıtdı və Berlinin şimalında Oranienburqda Frans Oppenheymer tərəfindən qurulan vejetaryen kommunası "Obstbausiedlung Eden" də yerləşdi. Burada Birinci Dünya Müharibəsinin başlamasından sonra artan senzuraya görə bağlanmış "Fizokrat" jurnalını nəşr etdirdi.
Silviya
Silviya — ad. Silviya Popoviç — Serbiya voleybolçusu. Silviya Plat — Amerikalı şair və yazıçı. Silviya Rayt — futbolçu. Digər Silviya (park) — Qatçina muzey-qoruğunun tərkibinə daxil olan park.
Silviya (park)
Silviya — Qatçina da (Leninqrad vilayəti ) yerləşən Qatçina muzey-qoruğu nun tərkibinə daxil olan park . "Silviya" adı öz mənşəyini latıncadan meşə mənasını verən "silvia" sözündən götürmüşdür. Həmçinin bu parkın adını knyaz I Pavel in öz xanımı Mariya Fyodorovna ilə birgə səyahətə çıxaraq 1782 -ci ilin 10-12 iyun tarixlərində Fransanın məşhur aristokrat iqamətgahlarından biri olan Şantiyi də eyniadlı parkın adından götürməsi ilə əlaqələndirirlər. Qatçinada yerləşən Silviya parkı 1792 -1800 -cü illərdə memar Vinçenso Brenn və bağban C. Hekket tərəfindən yaradılmışdır. Parkın ərazisi 17,5 hektara yaxındır. O Saray parkının sol sahilində, Böyük Qatçina sarayının şimal-qərbində yerləşir. Şəhər tərəfdən parkın sərhədləri Qırmızı Ordu prospektinin içərisindən keçir. Bu sərhəddə XIX əsrin sonlarında qarovulxana üçün Qara darvazalarla birlikdə kərpicdən hasar çəkilmişdir. Analoji olaraq digər qarovulxanalar parkın digər iki girişində - Silviya və Kaskad darvazalarında qoyulmuşdur. Saray parkı tərəfdən Silviya parkını Silviya darvazaları ilə birlikdə boş daş divar ayırır.
Silviya Artola
Silviya Bosurqi
Silviya Bosurqi (17 aprel 1979, Messina, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. Silviya Bosurqi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Silviya Bosurqi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Silviya Braun
Silviya Braun (ing. Sylvia Browne) - amerikalı ekstrasens medium, hipnoterapist və yazıçıdır. Yəhudi bir ata və protestant bir ananın qızıdır, ancaq özünə qabiliyyətinin nənəsindən (ana tərəf) Ada Kolendən keçdiyini deyir (nənəsi də ekstrasensdir). Anasının bu mövzuları bir "axmaqlıq" olaraq adlandırmasından ötrü nənəsi ilə daha yaxın olmuşdur. Özü reinkarnasiyaya inanır və hər kəsin əslində özündən aslı bir ruhani rəhbəru olduğunu, qabiliyyətli olaraq adlandırılan insanların digər insanlardan tək fərqinin öz ruhani rəhbərləri ilə əlaqə qura bilmələri olduğunu diqqətə çatdırır. O biri dünyada həyat adlı kitabı o biri dünya həyatı ilə əlaqəli ən çox oxunan kitablardan biri olmuşdur.
Silviya Didon
Silviya Didon (31 avqust 1979) — Fransanı təmsil edən bədii gimnast. Silviya Didon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Silviya Didone
Silviya Didon (31 avqust 1979) — Fransanı təmsil edən bədii gimnast. Silviya Didon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Silviya Freşet
Silviya Freşet (27 iyun 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. Silviya Freşet Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Silviya Freşet Olimpiadanın gümüş medalına sahib olub.
Silviya Gregorini
Silviya Gregorini (18 fevral 1983) — İtaliyanı təmsil edən bədii gimnast. Silviya Gregorini İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Silviya Nazar
Silviya Nazar (alm. Sylvia Nasar‎; 17 avqust 1947, Rozenxaym, İşğal Almaniyası) — Almaniyada anadan olmuş amerikalı iqtisadçı və yazıçıdır. Onun ən məşhur kitabı Con Forbs Neş tərəfindən yazılmış və kinoya uyğunlaşdırılmış Ağıl oyunları əsəridir. 17 avqust 1947-ci ildə Almaniyanın Rozenhaym şəhərində dünyaya gəlmişdir. Özbək əsilli ABŞ vətəndaşı və MKİ üzvü Ruzi Nazarın qızıdır. Ruzi Nəzər İkinci Dünya müharibəsinə qatıldıqdan sonra, almanlara əsir düşmüş və Türküstan legionlarına qoşulmuşdur. Müharibə almanların məğlubiyyəti ilə sonlandıqdan sonra ABŞ-yə köçməyi bacarmış və MKİ-ə qoşulmuşdur. Ailəsi 1951-ci ildə ABŞ-yə köçdükdən sonra 1960-cı ildə yenidən Ankaraya qayıtmışlar. 1970-ci ildə Antiox Kollecini Ədəbiyyat fakültəsini bitirmişdir. 1976-cı ildə Nyu-York Universitetində İqtisadiyyat ixtisası üzrə magistr oxumuşdur.
Silviya Plat
Silviya Plat (ing. Sylvia Plath; 27 oktyabr 1932[…], Boston – 11 fevral 1963[…], London) — amerika şairi, yazıçısı. 1932-ci ildə doğulan amerikalı yazıçı Silviya Platın atası alman, anası amerikalı idi. O, daha çox ağrılı həyatı və faciəvi ölümü ilə tanınır. İlk şeirini səkkiz yaşında yazan şair bütün həyatı boyu manik depressiyadan əziyyət çəkib. Kollecdə oxuyarkən intihara cəhd etdiyi üçün ruhi dispanserə yerləşdirilir. Dispanserdən çıxdıqdan sonra Kembric Universitetində təhsil alır. İngiltərədə olarkən 1956-cı ildə gələcəkdə evlənəcəyi ingilis şair Ted Hyuzla tanış olur. Qısa müddət sonra Plat və Hyuz evlənib Bostona köçürlər. Plat hamilə qaldıqdan sonra yenidən İngiltərəyə qayıdırlar.
Silviya Popoviç
Silviya Popoviç (15 mart 1986, Nikşiç) — Serbiya voleybolçusu.
Silviya Rayt
Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Hessen) — alman futbol mütəxəssisi. 1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Silviya Volbi
Silviya Tereza Volbi (ing. Sylvia Theresa Walby; 16 oktyabr 1953) — Britaniya sosioloqu. O, sosiologiya üzrə professor, London Şəhər Universitetində Zorakılıq və Cəmiyyət Mərkəzinin direktorudur. Volbi sosiologiya sahəsində fərqləndiyinə görə Belfast Kraliça Universitetinin fəxri doktoru dərəcəsinə malikdir. O, məişət zorakılığı, patriarxat, iş yerində gender münasibətləri və qloballaşma sahələrində fəaliyyəti ilə seçilir. Volbi Gender Bərabərliyi Araşdırmalar Şəbəkəsinin (GENIe) koordinatorudur. Qurumun məqsədi tədqiqat yolu ilə gender bərabərsizliyini anlamaq və azaltmaq üçün bilik bazasını inkişaf etdirməkdir. Volbi YUNESKO-nun gender araşdırmaları üzrə ilk sədridir və YUNESKO-nun Gender Araşdırmaları Qrupunda əlaqəli sədrini əlaqələndirir. O, 2008-ci ildə bu vəzifəyə təyin edilmişdir. Walby, Sylvia; Lancaster Regionalism Group.
Galium silvivagum
Galium pumilum (lat. Galium pumilum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.

Digər lüğətlərdə