SKY

n səma, göy; a clear blue ~ aydın mavi səma; a starry ~ ulduzlu səma

◊ to praise to the skies tərifləyib göylərə qaldırmaq

SKUNK
SKY-BLUE
OBASTAN VİKİ
Red Sky
Sky Tower
Sky Tower (ing. Sky Tower) — Polşanın Vrotslav şəhərində yerləşən çoxfunksiyalı göydələn. 2015-ci ilin siyahıya alınmasınada tikili hündürlüyünə görə Vrotslav şəhərində birinci, Polşada üçüncü, Avropada isə 31-ci sıradadır. İlkin layihədə altı və ya hətta yeddi bina və maksimum hündürlüyü 258 metr (şpil ilə, 221 metr dama kimi) və 56 mərtəbədən ibarət bir kompleks iştirak etdi. Kompleksin tikintisinə 4 aprel 2008-ci il tarixində başlanıldı. == Xüsusiyyətləri == Bina üç hissədən ibarətdir. Birinci binanın yerüstü üç və yeraltı bir, ikinci binanın isə 19 mərtəbəsi vardır. İkinci binada 11-ci mərtəbədən 18-ci mərtəbəyə qədər 52 yaşayış mənzili mövcuddur, qalan hissəsi ofislərdən ibarətdir. Üçüncü bina, 51 mərtəbədən ibarət kompleksdir, ofislər 1-dən 27-ci mərtəbəyə qədər, 28-dən 48-ə qədər 184 yaşayış mənzilləri mövcuddur. Tikintidə fasadın dekorasiyası üçün 30.000 ton möhkəmləndirici polad və 60.000 m² şüşə istifadə edilmişdir.
Sky Living Loves
«Sky Living Loves» — «British Sky Broadcasting» şirkətinin sahibləndiyi Böyük Britaniya telekanalı. Telekanal yayımına 5 iyul 2010-cu ildə başlamış, 21 fevral 2012-ci ildə isə yayımını dayandırmışdır. Telekanal «Sky Living» və «Sky Livingit» telekanalları ilə əməkdaşlıq etmişdir. == Tarixi == 1 iyul 2010-cu ildə «Living +2» kanalının əvəzinə «Sky Living Loves» kanalının yaradılması barədə «Sky» və «Virgin Media» arasında razılıq əldə olunmuşdur. 5 iyul 2010-cu ildə saat 15:00-da telekanal yayımına start vermişdir. Telekanal «Sky Living»-də yaxın zamanlarda yayımlanan komediya və dram verilişlərini yenidən nümayiş etdirirdi. Tamaşaçılar yenidən seriallara baxmaq imkanını əldə edirdilər.25 oktyabr 2010-cu ildə telekanal 2011-ci ilin əvvəlinə kimi «Sky Living» telekanalı ilə rebrendinq edəcəyini açıqlamışdır. Telekanal Sky-da EPG mövqeyini «Sky1»-dən sonra və «Sky Atlantic»-dən əvvəl olmaqla, 112-dən 107-ə kimi dəyişməyi bacarmışdır. Bunun nəticəsi kimi «Living Loves» adını «Sky Living Loves» olaraq rebrendinq etmişdir.5 sentyabr 2011-ci ildə «Sky Living Loves» telekanalı 24 saatlıq efir rejiminə keçmişdir. Əvvəllər isə telekanal 15:00-dan 02:00-a kimi yayımlanırdı.
To The Sky
To the Sky (azərb.
Castle in the Sky
Səma qəsri Laputa(yap. 天空の城ラピュタ ) - Hayao Miyazakinin yazıb yaratdığı 1986-ci il tam metrajlı anime. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. == Məzmun == Qədim əfsanə olan Laputa uçan adadır.Bəziləri oranı böyük hərbi baza ,bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə-buludların arasında, gözlərdən uzaqda yerləşir.Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehirli güclərə malik tumarı vasitəsi ilə tapmaq olar.Tumar göy rənglidir və üzərində qızılı simvol var. == Film heyəti == == Rolları səsləndirənlər == == Saundtrek siyahısı == Səma qəsri Laputa animasiyasının saundtreki - 1986-cı ildə buraxılmış saundtrek albomudur.Saundtrek siyahısı 14 trekdən ibarətdir.Bütün treklərin müəllifi Co Hisayşidir. "The Girl Who Fell from the Sky" – 2:27 "Morning in Slag Ravine" – 3:04 "A Fun Brawl (Pursuit)" – 4:27 "Memories of Gondoa" – 2:46 "Discouraged Pazu" – 1:46 "Robot Soldier (Resurrection/Rescue)" – 2:34 "Carrying You" – 2:02 (Xor: Suginami Children's Choir) "Sheeta's Decision" – 2:05 "On the Tiger Moth" – 2:32 "An Omen to Ruin" – 2:18 "The Sea of Cloud Under the Moonlight" – 2:33 "Laputa: Castle in the Sky" – 4:36 "The Collapse of Laputa" – 2:00 (Xor: Suginami Children's Choir) "Carrying You" – 4:07 (İfaçı: Azumi Inoue) == Maraqlı faktlar == Film İMDBnin hazırladığı Top 250 film siyahısında 230-cu mövqedə qərarlaşıb.İMDB xalı 8,1-dir.
Cənubi Koreyanın SKY universitetləri
== Ümumi məlumat == SKY üç məşhur Kore universitetinin adının birləşməsindən yaranmışdır. Seul Milli Universiteti, Koreya Universiteti və Yonsey Universiteti. Statistikaya əsasən Koreyadakı dövlət məmurlarının 46 faizi, CEO-ların isə 50 faizi məhz SKY universitetlərinin məzunu olurlar. Eyni zamanda hər il universitetlərə qəbulda abituriyentlərin ən çox qəbul olmaq istədiyi universitet də məhz SKY universitetləri olur. Lakin bu o demək deyil ki, ən çox qəbul göstəriciləri məhz bu universitetlərdir. Əksinə SKY universitetlərində qəbul şərtləri həddindən artıq ağır olduğu üçün qəbul olunan tələbə sayında azlıq hər zaman onlara məxsus olur. Bəzi hallarda SKY universitetlərini “elitlərin universitetləri” adlandırmaqları da buradan irəli gəlir. Koreyanın nüfuzlu şəxslərinin övladları birmənalı şəkildə bu universitetlərdə təhsil alır. Belə deyək, əgər siz bu universitetlərdən birində oxuyursunuza, artıq 1-0 öndəsiniz və uğurlusunuz. Çünki SKY universitetlərində həqiqətən də profesional olmaq istəyənlər təhsil alır.
Explosions in the Sky
Explosions in the Sky — 1999-cu ildə Ostin, Texasda qurulmuş post rok qrupudur. Explosions In The Sky, post rok deyiləndə ağla ilk gələn qruplardan biridir. Digər bir çox post rok qrupları kimi, musiqiləri yavaş və epiktir. Mahnılarının hamısı instrumentaldır. Ancaq, qrup eyni tərz musiqiçilər arasında, dərhal seçilən bir tərzə malikdir. 2000-ci ildə «How Strange, Innocence» albomunu çıxardan qrup, xüsusilə 2001-ci ildə çıxartdığı «Those Who Tell The Truth Shall Die, Those Who Tell The Truth Shall Live Forever» adlı albomuyla musiqi bazarında çox yaxşı müvəffəqiyyət əldə etdi. 2003-ci ildə çıxartdıqları albomları «The Earth Is Not A Cold Dead Place» ilə şöhrətini daha da artıran qrup, 2005-ci ildə nümayış olunan Friday Night Lights adlı filmin musiqilərinin də böyük bir hissəsinə imza atdı. Qrup, 2005-ci ildə isə «The Rescue» adında bir albom çıxartdı. 2007-ci ilə gəldikdə isə «All Of A Sudden I Miss Everyone» adlı albomunu çıxaran qrup, son olaraq 2011-ci il aprelində «Take Care, Take Care, Take Care» albomunu dinləyicilərinə təqdim etdi.
Orange Sky Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Spirit in the Sky (mahnı)
Spirit in the Sky (azərb. Səmadakı ruh‎) — Norveçin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.KEiiNO qrupu "Spirit in the Sky" mahnısı ilə Norveçi İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Tom Huqo Hermansen, Fred Bulyo, Aleksandra Rotan, Henrik Tala, Aleksandr Olsson və Rudiqer Şramm tərəfindən bəstələnmişdir. Mahnının əsas mövzusu gender bərabərliyi və önmühakimələrdir.
A Blaze in the Northern Sky
A Blaze in the Northern Sky (Şimal Səmasında Parlaq İşıq) Norveç Blek Metal qrupu Darkthrone'un sayca ikinci studio albomudur. Albom 26 Fevral 1992-ci il tarixində Peaceville Records tərəfindən çıxarılmışdır. Albomda qrupun ilk blek metal səsyazmaları yer almış və janrın klassikləri sırasında yer almışdır. Bu fanatlar tərəfindən "Pislik Üçlüyü" adı verilən və digər ikisi də Under a Funeral Moon və Transilvanian Hunger olan albom üçlüyünün ilkidir. Albom həmçinin bass gitarist Dag Nilsenin yer aldığı son albomdur. == Keçmişi == Darkthrone'nun ilk albomu olan Soulside Journey İsveç tərzi bir des metal idi. Albomu yazdıqdan sonra, qrup daha çox blek metal ünsürləri daşıyan musiqilər bəstələməyə başladı. Bunun nəticəsində instrumental demo olan Goatlord hasil oldu. Daha sonra qrupun üç üzvü — Fenriz, Nocturno Culto və Zephyrous— qərara gəldi ki, blek metal musiqisinə köklənsinlər. Bu bass gitarist Dag Nilsen'in xoşuna gəlmədi və o qrupu tərk etdi.
Anjelo Skyavio
Angelo Schiavio (it. Angelo Schiavio; 15 oktyabr 1905, Boloniya – 17 sentyabr 1990, Boloniya) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Karyrerasında ancaq bir klubun, "Bolonya" klubunun şərəfini qoruyub. 1934-cü il Dünya Çempionatının qalibi olub . == Karyera == Anjelo Skyavio 1922–23 mövsümündə "Bolonya"nın əsas heyətində debüt edir. Mövsüm ərzində 6 oyun keçirib 6 qol vurur. O dövrdə İtalyan liqası bir neçə fərqli regional qrupa ayrılırdı. 1925-ci ildə "Bolonya" tarixində ilk Liqa çempionluğunu qazanır. Anjelo Skyavio o mövsumdə 27 oyunda 16 qol vurur.
Douglas A-4 Skyhawk
Douglas A-4 Skyhawk, Douglas Aircraft Company və daha sonra McDonnell Douglas tərəfindən istehsal edilmiş ABŞ konstruksiyalı delta qanadlı aviadaşıyıcı əsaslı bir hücum təyyarəsidir. Təyyarə əvvəllər ABŞ Hərbi Donanması tərəfindən 1962-ci ilə qədər A4D olaraq adlandırıldı. Bu təyyarələrdən Yom Kippur, Vyetnam, Folklend müharibələrində aktiv şəkildə istifadə edilmişdir.
Douglas C-47 Skytrain
C-47 Göyqatarı, (Skytrain) 1935-ci ildən etibarən ABŞ tərəfindən istehsal edilən nəqliyyat təyyarəsi. == Xarici keçidlər == Türk Hava Qüvvətləri saytındaki C-47 səhifəsi Arxivləşdirilib 2006-04-28 at the Wayback Machine Vikianbarda Douglas C-47 Skytrain ilə əlaqəli mediafayllar var.
SkyDrive
Microsoft SkyDrive (qısaldılmış - SkyDrive; əvvəllər Windows Live SkyDrive; ilk dəfə Windows Live Folders) — bulud texnologiyasına əsaslanan bir fayl hosting xidmətidir. Microsoft tərəfindən 2007-ci ilin avqustunda yaradılmış tətbiqi proqramdır və onlayn mühitdə faylların saxlanması, paylaşımı və redaktə etmə imkanına əsaslanır. “Bulud Texnologiyası”nda məlumatları cihazlarda deyil, istifadə edilən xidmət serverlərində saxlanılır. Məlumat saxlama arxivində internet vasitəsilə ilə istənilən yerdən hər cür məlumata və fərdi məlumatlara dərhal daxil olma təmin edilir, istənilən əməliyyatları dərhal reallaşdırmaq mümnük olur. SkyDrive-dan istifadə etmək üçün Microsoft (Windows Live) hesabı tələb olunur. Microsoft (Windows Live) hesabınız yoxdursa, www.live.com ünvanında və ya telefonunuzdan istifadə edərək hesab yarada bilərsiniz. SkyDrive-ın əsas müsbəti ofis proqramlarını Microsoft ofis keyfiyyətində online redaktəsidir. Google accountla idarə olunur, Google servislərlə tam inteqrasiya olunub.
Skyaldmö
Qalxanqız və ya Skyaldmö (q.skan. skjaldmær) — Skandinaviya folkloru və mifologiyasında qadın döyüşçü. Onları adları adətən «Hervör və Heydrekin saqası» və «Danların əməlləri» kimi saqalarda çəkilir. Qalxanqızlar digər german xalqlarında (qotlar, kimvrlar, markomanlar) da mövcud idilər. Mifik valkiriyaların qalxanqızlara əsaslanmaları ehtimal olunur. == Tarixi mövcudluq == Qalxanqızların tarix mövcud olmaları sərt şəkildə mübahisəlidir. Nil Prins kimi alimlər onların mövcud olduqlarını irəli sürür, Yudif Ceş kimi tarixşünaslar isə təlim almış və ya nizamlı qadın döyüşçülərin olması barədə yetərli dəlilin olmadığını iddia edir. == Tarixi mənbələr == Vikinqlər dövründə qadınların döyüşdə iştirakı barədə az sayda attestasiya var. Buna baxmayaraq, Bizans tarixçisi İohann Sklitsa I Svyatoslav 971-ci ildə indiki Bolqarıstan ərazisində bizanslara hücum edən zaman qadınların da döyüşlərdə iştirak etdiyi barədə məlumat verir. Varyaqlar Dorostolonun mühasirəsində məğlubiyyətə uğrayan zaman qaliblər həlak olmuş döyüşçülər arasında qadınların da olduğunu öyrənəndə təəccüblənmişdilər.Qrenlandların saqasında Leyf Erikssonun hamilə olan ögey bacısı Freydis Eyriksdottir Vinlandda olarkən əlinə qılınc alıb skrelinqləri qovduğu barədə məlumat verilir, ancaq burada Eyriksdottirə qalxanqız olaraq müraciət edilmir.Sakson Qrammatik qalxanqızların 750-ci ildə gerçəkləşən Brovalla döyüşündə danların tərəfində vuruşduqları barədə məlumat verir.
Skylab
Skylab, 14 may 1973-cü ildə Amerika kosmik agentliyi NASA tərəfindən buraxılan və istismar olunan bir kosmik stansiyadır. 1973–1979-cu illər arasında dünyanın orbitini gəzmiş və insanların orbitdə daha uzun müddət qalmalarına və çəkisiz bir mühitdə müxtəlif təcrübələr aparmasına imkan yaratmaq məqsədi daşıyırdı və bunun üçün bir atelye, günəş rəsədxanası və digər sistemlər də daxil edilmişdir. Dəyişdirilmiş Saturn V raketindən istifadə edilərək 77 ton çəkisi ilə pilotsuz kosmosa buraxılmışdır. 1973–1974-cü illər arasında stansiyaya üç pilot missiyası uçuşu həyata keçirilmişdi və Apollon Komanda/Xidmət Modulu (KSM) Saturn raket ailəsinin daha kiçik bir üzvü olan Saturn IB-yə quraşdırılmış və üç astronavtdan ibarət heyətlər daşınmışdır. Üçüncü missiyada, mümkün kosmik xilasetmə əməliyyatı üçün yerdə uçmağa hazır olan əlavə bir ədəd Apollo KSM/Saturn IB raketi hazır vəziyyətdə saxlanılmışdır. SL-2, SL-3 və SL-4 kod adlı pilotlu kosmik uçuşdan birincisində, havaya qalxarkən xarab olmuş və stansiyanın qızmasının qarşısını almaq üçün inşa edilmiş bir günəş panelinin təmiri lazım idi. Təmir uğurlu olmasaydı, həddindən artıq istiyə görə stansiya tezliklə yararsız vəziyyətə düşəcəkdi. 25 May 1973-cü ildə kosmosa buraxılmış komanda, əvvəl xarab olmuş müdafiə panelinin yerinə ehtiyat birini yerləşdirən kosmik yürüş həyata keçirdərək uğur qazandılar. Daha sonra, ikinci bir kosmik gəzinti zamanı xarab olan günəş batareyaları dəyişdirildi. Bundan sonra təcrübələr davam etdirildi və 28 gün kosmik stansiyada keçirildi.
Skyland İstanbul
Skyland İstanbul — Türkiyənin İstanbul şəhərində yerləşən əkiz göydələnlər. Şişlinin Seyrantəpə məhəlləsində yerləşir. 285 metr hündürlüyündə olub 65 mərtəbədən ibarətdir. Bina hündürlüyünə görə Türkiyədə 1-ci, Avropada isə səkkizincidir. Skyland İstanbulda 830 iqamətgah, 504 ofis sahəsi və 300 otaq və 550 nəfərlik konfrans salonu olan beşulduzlu beynəlxalq hotelə ev sahibliyi edir.Tikili Broadway Malyan şirkətinin baş memarı olan Peter Vaquan tərəfindən dizayn edilmişdir. Sahibi Eroğlu Gayrimenkuldur.Tikilidə mənzillərin qiyməti 940,000–6,300,000 TL arasıdır.
Skype
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. == Anonimlik == Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Tokio Skytree (teleqüllə)
Tokyo Skytree, ( İvrit :東京スカイツリー, Tokyo Sükan Tsurī), indi Yaponiyanın ən yüksək və dünyada Bürc Xəlifə "dən sonra ən yüksək 2-ci binası. 634 m yüksəkliyə sahibdir. Gecə saatlarında LED işıqları ilə işıqlandırılır. Əslində, Tokio teleqülləsi ilə eyni vəzifəni daşıyır. Tokyo qülləsi 333 m, Tokyo Skytree isə 634 m hündürlüyə sahibdir. == Dizayn == Tokyo Skytreenin 5 əsas dizaynı vardır. Yaponiya dizaynını və ənənəvi gözəlliyini göstərir. Şəhərin dirçəlişi üçün katalizator rolunu oynayır.. Zəlzələyə çox davamlıdır. Çox güclü küləklərə davam edə bilər.
Tokyo Skytree (teleqüllə)
Tokyo Skytree, ( İvrit :東京スカイツリー, Tokyo Sükan Tsurī), indi Yaponiyanın ən yüksək və dünyada Bürc Xəlifə "dən sonra ən yüksək 2-ci binası. 634 m yüksəkliyə sahibdir. Gecə saatlarında LED işıqları ilə işıqlandırılır. Əslində, Tokio teleqülləsi ilə eyni vəzifəni daşıyır. Tokyo qülləsi 333 m, Tokyo Skytree isə 634 m hündürlüyə sahibdir. == Dizayn == Tokyo Skytreenin 5 əsas dizaynı vardır. Yaponiya dizaynını və ənənəvi gözəlliyini göstərir. Şəhərin dirçəlişi üçün katalizator rolunu oynayır.. Zəlzələyə çox davamlıdır. Çox güclü küləklərə davam edə bilər.
Xuan Alberto Skyaffino
Xuan Alberto "Pepe" Skyaffino Villano (it. Juan Alberto "Pepe" Schiaffino Villano; 28 iyul 1925, Montevideo – 13 noyabr 2002, Montevideo) ― hücumameyilli yarımmüdafiəçi və ya hücumçu mövqeyində oynamış İtaliya və Uruqvay oyunçusu. Yüksək bacarıqlı və yaradıcı oyunu ilə seçilən Skyaffino klub səviyyəsində Uruqvayın "Penyarol" və İtaliyanın "Milan" və "Roma" klublarında çıxış etmişdir. Milli komanda səviyyəsində o, Uruqvay millisinin heyətində 1950 FİFA Dünya Kubokunun qalibi olmuş və 1954 FİFA Dünya Kubokunda iştirak etmişdir, daha sonra o, İtaliya milli komandasının şərəfini qorumuşdur.BFTSF-nın keçirdiyi sorğuya əsasən, o, bütün dövrlərin ən yaxşı Uruqvay futbolçusu və iyirminci əsrin ən yaxşı 17-ci futbolçusu seçilmişdir. == Klub karyerası == Doğma Uruqvay çempionatında çıxış edən "Penyarol"da keçirtdiyi səkkiz uğurlu ildən sonra Skyaffino 1954-cü ilin sentyabr ayında Seria A təmsilçisi "Milan" klubuna o vaxt üçün rekord məbləğ olan 52 milyon lirə qiymətinə transfer olundu. O, "Milan"ın heyətində 171 oyun 60 qol vurmuş və 1958 Çempionlar Kuboku finalında oynamışdır, hansında ki italyan klubu "Real Madrid"ə 2–3 hesabı ilə (əlavə vaxt) məğlub oldu. Nils Lidholm və Qunnar Nordal kimi xarici ulduzların üstünlük təşkil etdiyi "Milan" klubunun ən vacib hücumçularından biri idi. Skyaffino klubla birgə 1955, 1957 və 1959 İtaliya çempionatı mövsümlərinin qalibi oldu. Skyaffino "Roma" klubuna keçid etdiyindən "Milan"dan ayrıldı. Paytaxt klubunda o, iki mövsüm keçirdikdən sonra oyunçu karyerasını başa vurdu.
Tokyo Skytree
Tokyo Skytree, ( İvrit :東京スカイツリー, Tokyo Sükan Tsurī), indi Yaponiyanın ən yüksək və dünyada Bürc Xəlifə "dən sonra ən yüksək 2-ci binası. 634 m yüksəkliyə sahibdir. Gecə saatlarında LED işıqları ilə işıqlandırılır. Əslində, Tokio teleqülləsi ilə eyni vəzifəni daşıyır. Tokyo qülləsi 333 m, Tokyo Skytree isə 634 m hündürlüyə sahibdir. == Dizayn == Tokyo Skytreenin 5 əsas dizaynı vardır. Yaponiya dizaynını və ənənəvi gözəlliyini göstərir. Şəhərin dirçəlişi üçün katalizator rolunu oynayır.. Zəlzələyə çox davamlıdır. Çox güclü küləklərə davam edə bilər.
Skype Technologies
Skype Technologies S. A. R. L (həmçinin Skype Software SARL, Skype Communications SARL, Skype Inc. və Skype Limited kimi tanınır) baş qərargahı Lüksemburq və Palo Alto, Kaliforniya, ABŞ-də yerləşən və əsas biznesi istehsal və marketinq olan telekommunikasiya şirkətidir. O, video telefoniya (video chat) və ani mesajlaşma kompüter proqramı Skype və müxtəlif əlaqəli VoIP internet telefoniya xidmətlərini təmin edir. Microsoft şirkəti 2011-ci ildə alıb və o vaxtdan bəri törəmə müəssisə kimi fəaliyyət göstərir və 2016-cı ildən etibarən Microsoft Office Məhsul Qrupunun bir hissəsi kimi fəaliyyət göstərir. Şirkət Amerika məhdud məsuliyyətli şirkətinə bərabər olan Société à responsabilité limitée və ya SARL-dir. Skype, IP üzərindən səs (VoIP) xidməti kimi, ilk dəfə 2003-cü ildə kompüterdən kompüterə pulsuz zənglər və ya kompüterdən telefonlara aşağı sürətli zənglər etmək üçün buraxıldı. Skype-ın stasionar telefonlara/mobil telefonlara zəng etməsi (əvvəllər SkypeOut adlanırdı), Skype (əvvəllər SkypeIn adlanır və indi Skype Nömrəsi adlanır) və Skype-ın gəlirinin böyük hissəsini təşkil edən səsli mesajlaşma kimi pullu xidmətlər üçün dəstək var idi. eBay 2005-ci ilin sentyabrında və 2009-cu ilin aprelində Skype Technologies S. A.-nı aldı və daha sonra 2010-cu ildə ilkin kütləvi təklif (IPO) həyata keçirməyi planlaşdırdığını açıqladı. 2009-cu ilin sentyabrında Silver Lake, Andreessen Horowitz və Kanada Pensiya Planı İnvestisiya Şurası (CPP İnvestisiya Şurası) eBay-dən Skype-ın 65%-nin satın alındığını elan etdilər. Skype 2011-ci ilin mayında Microsoft tərəfindən 8,5 milyard dollara alınıb.
агонизи́рующий втора́я изобрази́тель обле́ниваться затя́жно миазмати́ческий морозоупо́рность недослы́шать неопали́мый разме́рить снаряжа́ться трескотня́ тяп да ля́п утконо́с што́ковый скука appliqué argot bullfighter crocoite planktotrophic shockproof безрассудный путь своекоштный