SƏDRƏDDİN
SƏDRİYYƏ
OBASTAN VİKİ
Bələdiyyə sədri
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
İbrahim Sədri
İbrahim Sədri (Ərən) (türk. İbrahim Sadri (Eren)) - Türk təqdimatçı, bədii qiraətçi, aparıcı, şair və teatr aktyoru. == Həyatı == İbrahim Sədri İstanbulda dünayaya göz açsa da əslən Ərzincanın, Yücbələn kəndindəndir. İlk və orta məktəbi İstanbulda almışdr. İstanbul Universitetində İdarəetmə fakültəsində oxuduqdan sonra, yeddi il teatrla məşğul olmuşdur. Öz ölkəsində turnelərə çıxaraq Anadolunu yaxından tanıma imkanı olmuşdur. Müxtəlif qəzet və jurnallarda şeirləri yayımlanmışdır. Radiolarda və televizayada aparıcılıq və proqramçılıq etmişdir. İndiyədək özəl bir televizyada proqramlar təşkil etməkdə davam edir. Şeir və teatr tamaşalarından ibarət kasetləri buraxılmaqdadır.
Qulamhüseyn Sədri-Avşar
Qulamhüseyn Sədri-Avşar (1934, Urmiya) — İran tarixçisi. == Həyatı == Qulamhüseyn Sədri-Avşar 1935-ci ildə Urmiya şəhərində dünyaya gəlib. Tanınmış tarixçidir. Qulamhüseyn Sədri-Avşar tərcüməçi kimi də şöhrət tapmışdı. Ərəb, fars, ingilis və türk dillərini mükəmməl bilirdi. Qulamhüseyn Sədri-Avşar Tehranda Milli Cəbhə hərakatına qoşulmuşdu. Burda çətinliklərlə üzləşib Urmiyaya döndü. Qiraətxana açıb, kitabdarlıqla məşğul olmağa başladı. Biliyinin çoxluğu, elminin genişliyi Urmiyaya sığmadı. Yenidən Tehrana qayıtdı.
Sədri Maqsudi Arsal
Sədri Maqsudi Arsal (23 iyul 1878, Taşsu[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 20 fevral 1957, İstanbul) Türk-Tatar dövlət adamı, hüquq profesoru, alim və filosof. == Həyatı == Sədrəddin Nizaməddin oğlu Maqsudov, hazırkı Rusiya içindəki Tatarıstan Respublikasının paytaxtı Kazanın ətrafındakı Taşşu kəndində doğulmuşdur. Atası kəndin mollası Molla Nizaməddin idi. Kənd məktəbindən sonra 1888-ci ildə Allamiyə Mədrəsəsi'nə getdi. Böyük qardaşı Əhməd Hadi (1868–1941) də eyni mədrəsədə oxumuş, arxasından orada müəllim olmuşdu. Daha sonra ünlü bir pedaqoq və Kazanın bəlli-başlı cədidçilərindən biri olacaq Əhməd Hadi Maqsudi, 1895-ci ildə bir Bağçasaraydaki Zincirli Mədrəsədə dərs verməyə gedərkən, qardaşını bərabərində götürdü. Sədrəddin, bu qurumda müəllimlik edəm İsmayıl bəy Qaspıralı (1851–1914)yla tanış oldu və onun fikirləriylə yaxından qarşılaşdı. Dönüşündə Rus Müəllimlər Məktəbi'nə girərək həyatında devrim, dönüş olmasına bir qərar aldı. Bu kararı nədəniylə o zamanlar Türk camaatinca tənqid edildi. Müəllimlər Məktəbini bitirdiktən sonra təhsilinə İstanbul'da davam etmək istədi.
Pakistan Milli Məclisinin sədri
Pakistan Milli Məclisin sədri (urdu اسپیکر قومی اسمبلی)—qeyri-rəsmi olaraq Milli Məclisin sədri olaraq Pakistan Milli Məclisinin sədr müavini - Pakistan Parlamentinin aşağı palatasıdır. Ofis 1947-ci ildə köklüdür və Konstitusiyaya uyğun olaraq 1973-cü ildə yenidən qurulmuşdur; spiker universal franchise əsasında seçilmiş xalq nümayəndələrindən ibarət palataya sədrlik edir. Spiker Pakistan Prezidentinin ardıcıllığından sonra ikinci yerdədir və Prezident, Baş nazir və Senat sədrindən sonra Üstünlük Zəmanətində dördüncü yeri tutur. Bundan əlavə, spiker Milli Məclisin xarici dünyadakı nümayəndəsidir və yanaşmasında tərəfsiz deyil. Evin hər bir üzvünün bu yüksək vəzifənin sahibinə bəxş etdiyi hörmətdən, məhəbbətdən və düşüncədən qaynaqlanan böyük nüfuzdan istifadə etmək üçün spiker öz vəzifələrini yerinə yetirməkdə tam qərəzsizlik göstərir. Milli Məclis ləğv edildikdə, yeni bir spiker seçilməyincə öz kabinetində davam edir. == Tarixi == Pakistan Milli Məclisinin ilk spikeri / Prezidenti Məhəmməd Əli Cinnah 11 Avqust 1947-ci ildə Pakistanın Təsis Məclisi tərəfindən yekdilliklə seçildi. 11 Avqust - 11 Sentyabr 1948-ci ildə vəfatına qədər xidmət etdi. Təsis Məclisinin Başçı Köməkçisi, Maulvi Tamizuddin Xan sonra bu vəzifədə iki ayrı müddət işləyən Prezident seçildi. Pakistan tarixində yalnız iki məruzəçi 14 Aprel 1972 - 15 Avqust 1972-ci il tarixlərində spiker olaraq çalışan Zülfikar Əli Bhutto və 17 Oktyabr 1993 - 16 Fevral 1997 arasında vəzifə yerinə yetirən Yousaf Raza Gillani Baş nazir olmağa başladılar.
Telman Hacıyev (HİK sədri)
Telman Həbib oğlu Hacıyev — Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Ədliyyə polkovniki. == Həyat və fəaliyyəti == 1951-ci ildə anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci illər ərzində təhsilini keçmiş SSRİ Daxili İşlər Nazir-liyinin Volqoqrad şəhərindəki Ali İstintaq Akademiyasında davam etdirmişdir. 1976-cı ildən 2006-cı ilə qədər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hüquq şöbəsinin müdiri işləmişdir. 2008-ci ilin aprelində Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. == Mükafatları == Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Vüqar Novruzov (konqres sədri)
Vüqar Şahmar oğlu Novruzov (1962, Laçın rayonu) — hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri. == Həyatı == 1962-ci ildə Laçın rayonunda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayır. 1988-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakultəsini bitirib, hüquq elmləri doktorudur. 1992-ci ildən biznes fəaliyyəti ilə məşuldur, "Azmol Company" şirkətinin prezidentidir. 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. "Dədə Qorqud" Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu "Vətən övladı" ordeni ilə təltif edib. Təltifetmə mərasimi 10 fevral 2011-ci il tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində “Moldexpo”nun «Casa vinului» sərgi salonunda keçirilib. Moldova Prezidenti tərəfindən "Gloria Muncii" ordeni ilə təltif edilib. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Vüqar Şahmar oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il sərəncamı ilə “"Tərəqqi" medalı” ilə təltif edilib.
Azərbaycan SSR Ali Sovetinin sədri
Azərbaycan Ali Soveti — 1937–1995-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı. 1991-ci ilədək Azərbaycan SSR Ali Soveti, 1991-ci ildən isə Azərbaycan Respublikasının Ali Soveti adlandırılmışdır. 1995-ci ildə ləğv edilərək səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və yeni yaradılmış Azərbaycan Respublikasının Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür. == Haqqında == Azərbaycan SSR Ali Soveti 24 iyun 1938-ci ildə təsis edilmişdir. Azərbaycan SSR Ali Soveti birpalatalı olub Azərbaycan SSR Konstitusiyasına əsasən Azərbaycan SSR-ə verilmiş bütün hüquqları həyata keçirirdi. Bu hüquqlar Azərbaycan SSR Konstitusiyasına görə Azərbaycan SSR Ali Sovetinə hesabat verən dövlət orqanlarının — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan SSR Nazirlər Sovetinin və respublika nazirliklərinin səlahiyyətinə daxil olmamışdır. Azərbaycan SSR Ali Sovetinə deputatlar gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, ortalama hər 12.500 əhalidən 1 nəfər hesabı ilə seçilirdi. Mandat müddəti, I və XI çağırışlar istisna olmaqla, 4 il təyin olunmuşdu. 21 yaşına çatmış seçki hüququ olan istənilən şəxs — fəhlələr, kolxozçular, mədəniyyət xadimləri, dövlət partiya xadimləri Azərbaycan SSR Ali Sovetinə deputat seçilə bilərdilər. == Çağırışlar == I çağırış (1938–1946) II çağırış (1947–1950) III çağırış (1951–1954) IV çağırış (1955–1959) V çağırış (1959–1962) VI çağırış (1963–1966) VII çağırış (1967–1970) VIII çağırış (1971–1975) IX çağırış (1975–1979) X çağırış (1980–1984) XI çağırış (1985–1990) XII çağırış (1991) == Rəhbərlər == 1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu.
Azərbaycan SSR Nazirlər Sovetinin sədri
Azərbaycan hökumət başçılarının siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycan Respublikası Baş nazirləri və hökumət başçıları bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Baş nazirləri (müxtəlif dövrlər və dəyişik sifətlərlə) sıralanmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az.-əski. آذرنایحان جمهوریتی مجلس مبوثانی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır. == Tarixi == === Yaradılması === 1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Azərbaycan Respublikasının Milli Məclisinin sədrlərinin siyahısı — 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin adı Azərbaycan Respublika Ali Soveti olaraq dəyişdirilmiş, daha sonra isə onların bazasında Azərbaycan Respublikasının Milli Məclisi qurulmuşdur. Bu məqalədə hər 2 quruma rəhbərlik edən sədrləri ehtiva etməkdədir. == Siyahı == == Müvəqqəti sədrlər == Milli Məclisin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının Sədri
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əski. آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri
SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri — 1936 - 1989-cu illərdə SSRİ-də dövlət başçısı. Rəyasət Heyətinin Sədri SSRİ Ali Sovetinin birgə iclasında seçilirdi.
Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri
Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədrləri — 1940-cı ildən 1991-ci ilədək Azərbaycanda dövlət nəzarəti qurumlarına rəhbərlik edən şəxslər. Bu siyahıda Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır. == Siyahı == === Dövlət müfəttişləri === === Dövlət nəzarəti nazirləri === === Xalq dövlət nəzarəti komissarları === Azərbaycan SSR Xalq Dövlət Nəzarəti Komissarlığı 24 sentyabr 1940-cı ildə təsis edilmişdir. 28 mart 1946-cı ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Azərbaycan SSR Nazirlər Soveti adlandırılması ilə əlaqədar olaraq Azərbaycan SSR Dövlət Nəzarəti Komissarlığı Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyi adlandırılmışdır. === Dövlət nəzarəti nazirləri === Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyi 1958-ci ildə ləğv edilmişdir. === Sovet Nəzarəti Komissiyasının sədrləri === === Dövlət Nəzarəti Komissiyasının sədrləri === Azərbaycan SSR Nazirlər Soveti Dövlət Nəzarəti Komissiyası 21 dekabr 1962-ci ildə ləğv edilmişdir. === Partiya-Dövlət Nəzarəti Komissiyasının sədrləri === Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyası 22 dekabr 1965-ci ildə ləğv edilmişdir. === Xalq Nəzarəti Komitəsinin sədrləri === Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi 22 dekabr 1965-ci ildə təsis edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanı. == Tarixi == 1938–1990-cı illərdə Naxçıvan MSSR-in parlamenti Ali Sovet adlanıb. Kommunist partiyasının rəhbərliyi ilə son seçkilər XII çağırış Naxçıvan MSSR Ali Sovetinə 30 sentyabr 1990-cı ildə keçirilmişdir. Həmin seçkilərin keçirilməsi üçün Naxçıvan MSSR-də 110 seçki dairəsi yaradılmışdır. Naxçıvan MSSR Ali Sovetinə 110 deputat seçilmişdir. 17 noyabr 1990-cı ildə XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk iclasında Ali Sovetin Rəyasət Heyətinin sədri Ali Sovetin 2 nömrəli M. F. Axundov seçki dairəsindən deputatı Heydər Əliyev seçilmişdir. Həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. === Ali Məclisin çağırışları === == Statusu == Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — parlamenti həyata keçirir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri
SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri — 1936 - 1989-cu illərdə SSRİ-də dövlət başçısı. Rəyasət Heyətinin Sədri SSRİ Ali Sovetinin birgə iclasında seçilirdi.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti (azərb-kiril. Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј’әти) — 1937–1990-cı illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali orqanı. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin işini təşkil edən orqana çevrilmişdir. == Tarixi == 14 mart 1937-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmış və onun əsasında Azərbaycan SSR Ali Soveti yaradılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1938-ci ildə fəaliyyətə başlamış və ilk illərdə Azərbaycan SSR Baş Sovetinin Prezidiumu adlanmışdır. Rəyasət Heyətinin tərkibinə Ali Sovetin deputatları arasından seçilmiş sədr, 2 müavin, katib və 15 üzv daxil idi. Həmin tərkib Azərbaycan SSR Ali Sovetinin hər çağırışının ilk iclasında seçilirdi. == Səlahiyyətləri == === 1990-cı ilədək === 1990-cı ilədək Rəyasət Heyətinin səlahiyyətləri geniş olmuşdur. Onlardan bir qismi hazırda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri ilə üst-üstə düşür. Azərbaycan SSR Konstitusiyasına (1978) əsasən Rəyasət Heyətinin səlahiyyətlərinə aşağıdakılar daxil olmuşdur: Azərbaycan SSR Ali Sovetinin sessiyalarının çağırılması, daimi komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi; Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə, habelə rayon (şəhər) xalq məhkəmələrinə seçkilərin təyin edilməsi; Azərbaycan SSR Konstitusiyasına əməl olunmasına nəzarət edilməsi, eləcə də Naxçıvan MSSR Konstitusiyasının və qanunlarının Azərbaycan SSR Konstitusiyasına və qanunlarına uyğun olmasını təmin edilməsi; Yerli xalq deputatları sovetlərinin fəaliyyətinə rəhbərlik edilməsi; İnzibati ərazi quruluşu məsələlərinin həlli qaydasının müəyyənləşdirilməsi, inzibati-ərazi vahidlərinin tabeliyinin müəyyən edilməsi, yaşayış məntəqələri adlarının dəyişdirilməsi; Respublikanın qüvvədə olan qanunlarını şərh edilməsi; Ümumxalq səsverməsinin (referendum) keçirilməsi; Azərbaycan SSR Nazirlər Sovetinin, Naxçıvan MSSR Nazirlər Sovetinin, rayon və şəhər xalq (zəhmətkeş) deputatları sovetlərinin qərar və sərəncamlarının qanunamüvafiq olmadıqda ləğv edilməsi; Azərbaycan SSR fəxri adlarının təsis edilməsi və verilməsi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmə, habelə həmin mükafatlardan məhrum edilmə; Azərbaycan SSR vətəndaşlığına qəbul edilmə və sığınacaq vermə məsələlərinin həll edilməsi; Amnistiya haqqında aktların qəbul edilməsi, məhkəmə orqanları tərəfindən məhkum edilmiş vətəndaşların bağışlanma hüququnun həyata keçirilməsi; Azərbaycan SSR-in xarici dövlətlərdə və beynəlxalq təşkilatlar nəzdində olan diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması; Azərbaycan SSR Dövlət himninin təsdiq edilməsi; Müxtəlif məsələlər üzrə fərmanların verilməsi; Azərbaycan SSR Konstitusiyasının və qanunlarının müəyyən etdiyi başqa səlahiyyəti həyata keçirilməsi.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini
Azərbaycan SSR Nazirlər Soveti (azərb-kiril. Азәрбајҹан ССР Назирләр Совети) — 1946–1991-ci illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali icraedici orqanı, Azərbaycan SSR hökuməti. == Haqqında == Azərbaycan SSR Nazirlər Soveti 1946-cı il martın 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Bu dövrədək orqan Azərbaycan SSR Xalq Komissarları Soveti adlanmışdır. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Sovetinin hər çağırışının birinci sessiyasında təşkil edilirdi. Nazirlər Sovetinin tərkibinə Nazirlər Sovetinin sədri, onun birinci müavini, müavinləri, Azərbaycan SSR nazirləri, dövlət komitələrinin sədrləri, Azərbaycan SSR Konstitusiyasının 48-ci maddəsində göstərilmiş digər mərkəzi idarələrin rəhbərləri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (vəzifəsinə görə) daxil edilirdi. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti, onun sessiyaları arasındakı dövrdə isə Ali Sovetin Rəyasət Heyəti qarşısında məsul olur və hesabat verirdi. Azərbaycan SSR Nazirlər Soveti qanunvericilik təşəbbüsünə malik idi. Bir sıra fəaliyyət istiqaməti olmuşdur: Azərbaycan SSR ittifaq-respublika və respublika nazirliklərinin, Nazirlər Sovetinin dövlət komitələrinin və ona tabe olan başqa idarələrin işinin birləşdirilməsi və həmin işə istiqamət verilməsi; Xalq təsərrüfatı planlarının, dövlət və yerli büdcələrin yerinə yetirilməsi, ictimai asayişin təmin olunması, dövlət mənafeyi və vətəndaşların hüquqlarının qorunması üçün tədbirlər görülməsi; Azərbaycan SSR Nazirlər Soveti yanında təsərrüfat və mədəniyyət işlərinə baxan xüsusi komitələr və baş idarələrin təşkil edilməsi; Azərbaycan SSR Nazirlər Soveti SSRİ-nin müəyyən etdiyi ümumi qaydaya əsasən Azərbaycan SSR-in xarici dövlətlərlə münasibət işlərinə, qoşun birləşmələrinin təşkilinə rəhbərlik edilməsi; Naxçıvan MSSR Nazirlər Sovetinin işinə istiqamət verilməsi və onun yoxlanılması; Dağlıq Qarabağ Muxtar Vilayəti, rayon və şəhər Xalq (Zəhmətkeş) Deputatları Sovetləri icraiyyə komitələrinin işinə rəhbərlik edilməsi və onun yoxlanılması; SSRİ və Azərbaycan SSR qanunlarına, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarına əsasən onların icra edilməsi üçün qərar və sərəncamlar verilməsi və icranın yoxlanılması. Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR Nazirlər Sovetinin, DQMV və yerli Xalq (Zəhmətkeş) Deputatları Soveti icraiyyə komitələrinin qərar və sərəncamlarını, həmçinin nazirlərin əmr və təlimatlarını, tabeliyindəki başqa idarələrin aktlarını ləğv etmək hüququna malik olmuşdur.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
Azərbaycan SSR Nazirlər Soveti (azərb-kiril. Азәрбајҹан ССР Назирләр Совети) — 1946–1991-ci illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali icraedici orqanı, Azərbaycan SSR hökuməti. == Haqqında == Azərbaycan SSR Nazirlər Soveti 1946-cı il martın 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Bu dövrədək orqan Azərbaycan SSR Xalq Komissarları Soveti adlanmışdır. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Sovetinin hər çağırışının birinci sessiyasında təşkil edilirdi. Nazirlər Sovetinin tərkibinə Nazirlər Sovetinin sədri, onun birinci müavini, müavinləri, Azərbaycan SSR nazirləri, dövlət komitələrinin sədrləri, Azərbaycan SSR Konstitusiyasının 48-ci maddəsində göstərilmiş digər mərkəzi idarələrin rəhbərləri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (vəzifəsinə görə) daxil edilirdi. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti, onun sessiyaları arasındakı dövrdə isə Ali Sovetin Rəyasət Heyəti qarşısında məsul olur və hesabat verirdi. Azərbaycan SSR Nazirlər Soveti qanunvericilik təşəbbüsünə malik idi. Bir sıra fəaliyyət istiqaməti olmuşdur: Azərbaycan SSR ittifaq-respublika və respublika nazirliklərinin, Nazirlər Sovetinin dövlət komitələrinin və ona tabe olan başqa idarələrin işinin birləşdirilməsi və həmin işə istiqamət verilməsi; Xalq təsərrüfatı planlarının, dövlət və yerli büdcələrin yerinə yetirilməsi, ictimai asayişin təmin olunması, dövlət mənafeyi və vətəndaşların hüquqlarının qorunması üçün tədbirlər görülməsi; Azərbaycan SSR Nazirlər Soveti yanında təsərrüfat və mədəniyyət işlərinə baxan xüsusi komitələr və baş idarələrin təşkil edilməsi; Azərbaycan SSR Nazirlər Soveti SSRİ-nin müəyyən etdiyi ümumi qaydaya əsasən Azərbaycan SSR-in xarici dövlətlərlə münasibət işlərinə, qoşun birləşmələrinin təşkilinə rəhbərlik edilməsi; Naxçıvan MSSR Nazirlər Sovetinin işinə istiqamət verilməsi və onun yoxlanılması; Dağlıq Qarabağ Muxtar Vilayəti, rayon və şəhər Xalq (Zəhmətkeş) Deputatları Sovetləri icraiyyə komitələrinin işinə rəhbərlik edilməsi və onun yoxlanılması; SSRİ və Azərbaycan SSR qanunlarına, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarına əsasən onların icra edilməsi üçün qərar və sərəncamlar verilməsi və icranın yoxlanılması. Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR Nazirlər Sovetinin, DQMV və yerli Xalq (Zəhmətkeş) Deputatları Soveti icraiyyə komitələrinin qərar və sərəncamlarını, həmçinin nazirlərin əmr və təlimatlarını, tabeliyindəki başqa idarələrin aktlarını ləğv etmək hüququna malik olmuşdur.
Sədrin portreti (film, 1989)
== Məzmun == Kinolentdə Neftçala rayonundakı kolxozun sədri, el ağsaqqalı Nuruş Əliyevin kolxoz quruculuğundakı fəaliyyətindən, onun kənd təsərrüfatının inkişafındakı rolundan danışılır. == Film haqqında == Film Neftçala Rayonu Nuruş Əliyev Adına Kolxozun sifarişi ilə çəkilmişdir.

Digər lüğətlərdə