Rauf Əliyev (Səxavət oğlu)
Rauf Səxavət oğlu Əliyev (4 iyun 1994, Əbrəqunis, Naxçıvan Muxtar Respublikası – 22 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Rauf Əliyev 1994-cü il iyun ayının 4-də Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açmışdır.
== Təhsili ==
Orta təhsilini Nəsimi rayonu 19 nömrəli məktəbdə almışdır. 2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya və Texnologiya fakültəsini bitirmişdir.
== Ailəsi ==
Subay idi.
== Aprel döyüşləri ==
2015-ci ildə hərbi xidmətə yollanmış və Aprel döyüşlərinin fəal iştirakçısı olmuşdur. Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir
== İş fəaliyyəti ==
Hərbi xidmətdən sonra əmək fəaliyyətinə Celt Colleges hazırlıq kurslarında ingilis dili müəllimi olaraq başlamış, daha sonra nüfuzlu İKT şirkətlərində aparıcı vəzifələrdə çalışmışdır. Sonuncu iş yeri və və çalışdığı vəzifə Azər-Türk Bankda proqramist vəzifəsi olmuşdur.
Proqramlaşdırma üzrə bir çox beynəlxalq sertfikartları qazanmış, bir neçə xarici ölkədə proqramlaşdırma üzrə təlimlərdə iştirak etmişdir. İngilis, rus dillərini mükəmməl bilməklə yanaşı, həvəskar qitara ifaçısı olmuşdur.