TÜLU

is. [ ər. ]
1. Doğma, çıxma, zühur etmə (Günəş haqqında).
□ Tülu etmək (eyləmək) – doğmaq, çıxmaq, zühur etmək (Günəş). Gün tülu etdi üfüqdən, yerə taban gəliri. Heyran xanım.
Gün tülu etdi, ucaldı fələkə; Ufacıq biz demə yatdıq bu gecə! Ə.Nəzmi.

// Dan yeri sökülən vaxt, sabah açılan vaxt, sübh işıqlanan vaxt.
Sübhün tüluunda gecələmiş çil xoruz oyanıb, uca və zil səslə banladı. S.S.Axundov.

2. məc. Başlanğıc, ibtida, törəniş; çıxma, zahir olma.
Günün ömrü öz vaxtında uzanır; Öz vaxtında gödəlir; Həyatın tüluu da; Bu qanuna düz gəlir. B.Vahabzadə.

TÜLLABLIQ
TÜMƏN

Digər lüğətlərdə

вы́порка малове́рный моне́ты не расчёт обою́дно потанцева́ть присво́ривание роково́й кре́пнуть мы́шца нагнета́ние растяжи́мый реквизи́роваться сапожо́нки уда́чный Мстислав пяскотня lemon chrome live video osier progenitive sea-fan ski pole сельдяной флора