TƏKBİR

(Cəlilabad)
atın belinə bağlanan qayış. – Gəldi atun yanunə, bütün təkbirrərin bağladı
TƏKBƏND
TƏKƏGÖZ
OBASTAN VİKİ
Təkbir
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Təkbirətul-ehram
Təkbirətül-ehram - namazın vacib hissələrindən biri, eləcə də namazın rüknüdür. Hər namazın əvvəlində "Allahu əkbər" demək vacib və rükndür. "Allah" kəlməsinin və "əkbər" kəlməsini hərflərini və iki–"Allah" və "əkbər" kəlmələrini ardıcıl və ərəb dilində səhih deməlidir. Deməli bir kəs bunları ərəbcə səhv desə, yaxud tərcümələrini desə, səhih deyil. Ehtiyat budur ki, namazın təkbirətül-ehramı ondan əvvəl deyilən hissələrə (iqaməyə, yaxud təkbirətül-ehramdan əvvəl oxunan duaya) birləşdirilməsin. Əgər namaz qılan "Allahu əkbər" kəlməsini ondan sonra oxuduğu kəlməyə (məsələn "bismillahir-rəhmanir-rəhim"ə) birləşdirmək istəsə, gərək "əkbər" kəlməsinin rey hərfinə zəmmə versin (yəni "Allahu əkbəru bismilləhir-rahmənir-rahim" desin). Təkbirətul-ehram deyən vaxt bədən aram olmalıdır. Əgər bir kəs təkbirətül-ehramı qəsdən hərəkət halında desə batildir. Həmçinin səhvən hərəkət etsə, ehtiyat-vacibə görə gərək namazı batil edən hər hansı əməl edib sonra yenidən təkbir desin. Təkbir, Həmd, Surə, zikr və dua elə oxunmalıdır ki, şəxsin özü eşitsin.

Digər lüğətlərdə